Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelində yüksək xidmət şəraiti yaradılıb

Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelində yüksək xidmət şəraiti yaradılıb

21.12.2012 [03:17]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusarda Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanıb. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub. Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikildiyi sahə ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Kompleksin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdə yerləşir. 2058 hektar ərazisi olan kompleks bütün il boyu fəaliyyət göstərəcək. Bu layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Qeyd edilib ki, Şahdağ qış-yay turizm kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni otellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verilib. İnşası başa çatdırılan otellərdə yaradılan şərait təsdiqləyir ki, son illərdə ölkəmizdə həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan bu kompleksin dünya standartlarına uyğun hazırlanması diqqət mərkəzində saxlanılıb. Şahdağ qış-yay turizm kompleksinin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinin inkişafına mühüm töhfə verməklə yanaşı, həm də Azərbaycanın tanıdılması, qədim tariximizin, mədəniyyətimizin və bənzərsiz təbiətimizin təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Bütün bu amillər Şahdağ qış-yay turizm kompleksinin dünya turizm sənayesində əhəmiyyətini daha da artırır.
Məlumat verilib ki, ikimərtəbəli “Zirvə” otelinin ərazisində xüsusi dizaynla abadlaşdırma işləri görülüb, yaşıllıq zolağı salınıb.
Ərazinin planına baxan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, “Zirvə” oteli əsas lift bazasında yerləşir. Burada üçü VİP olmaqla, bütövlükdə 40 nömrə var.
Oteldə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, bütün nömrələrdə turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Burada uşaqlar üçün ayrıca istirahət guşəsi də qurulub. Oteldə ofis otaqları ilə yanaşı, kafe, restoranlar, konfrans zalı, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı və digər əyləncə obyektləri var.
Azərbaycan Prezidenti və xanımı otelin eyvanından ərazini seyr edərək görülən işlərlə tanış olublar.
Sonra otelin konfrans zalına gələn Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda burada kompleksdə çalışacaq heyətin hazırlanması üçün treninqlərə başlanıb. İndiyədək 160 yerli mütəxəssis kurslara cəlb olunub.
Dövlətimizin başçısı treninq iştirakçıları ilə görüşərək deyib: “Treninqdə iştirak edənlərin hamısı yerli gənclərdir, rayonun sakinləridir. Yaxşı öyrənin ki, yaxşı mütəxəssis olasınız və yaxşı xidmət göstərəsiniz, ümumiyyətlə işiniz yaxşı getsin”.
VİP nömrədə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev daha sonra otelin tibb mərkəzinə gəlib. Bildirilib ki, burada əməliyyat, rentgen, stomatologiya bölmələri fəaliyyət göstərir. Ayrıca laboratoriya, terapevt və manipulyasiya otaqları da yaradılıb. Mərkəz müraciət edən turistlərə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün müasir avadanlıqla təchiz olunub.
Sonra Azərbaycan Prezidenti ərazidən lift bazanı seyr edib. Bildirilib ki, bu baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Bazada Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün hərtərəfli şərait yaradılıb.
Bildirilib ki, turistlərin xizək enişinə çatdırılmaları üçün kanat yolları inşa olunub. Kompleksdə süni qaryağdırma sistemi də yaradılıb. Bunun üçün bütün enişlərdə qar generatorları quraşdırılıb. Bazada xüsusi avadanlıqdan qarın bərkidilməsində və xizək trassının lazımi səviyyəyə çatdırılmasında istifadə olunacaq.
Diqqətə çatdırılıb ki, kompleksə daxil olan 2 nömrəli kanat yolu və xizək enişi 2011-ci ilin yanvarında iştifadəyə verilib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otelə gələn turistlər üçün xüsusi olaraq yaradılmış idman mağazasında olublar. Bildirilib ki, burada qış idman növləri ilə məşğul olmaq istəyən turistlərin maraqları nəzərə alınıb. Mağazadakı malları həm icarəyə götürmək, həm də satın almaq mümkündür.
Dövlətimizin başçısı oteldə yaradılmış şəraitdən razılığını bildirib.

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30