/ / Ötən ilin sosial-iqtisadi uğurları 2013-cü ildə davamlı, sürətli inkişafa əlverişli zəmin yaradır
Ötən ilin sosial-iqtisadi uğurları 2013-cü ildə davamlı, sürətli inkişafa əlverişli zəmin yaradır
08.01.2013 [11:37]
Prezident İlham Əliyev: 2012-ci ildə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmişdir
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2012-ci ili bütün makroiqtisadi parametrlər üzrə dünyada yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın sürətlə inkişaf edən dövlətinə çevirib. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, nəzərə çarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Respublikada rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi yoxsulluğun səviyyəsinin aşağı salınması, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaradıb. Dünya maliyyə iqtisadi böhranına baxmayaraq, 2012-ci ilin 11 ayının yekunları üçün iqtisadi göstəricilərin səviyyəsinin yüksək olması deyilənləri sübut edir. Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı 2012-ci ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 48,2 milyard manata çatıb. Onun adambaşına düşən həcmi 5253,9 manat (6686,8 ABŞ dolları) olub. 2012-ci ilin 11 ayında əhalinin gəlirləri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 29,9 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 3260,5 manat və ya ayda 296,4 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 11,0 faiz üstələyərək 12,2 faiz olub. Beynəlxalq reytinq agentlikləri isə 2012-ci ildə ölkəmizin kredit reytinqlərini artırıblar. Hazırda Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir.
Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən 2012-ci ildə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm nəticələr verdiyini və ölkəmizdə davamlı inkişafın müşahidə edildiyini vurğulayıb: “2012-ci il isə ölkəmiz üçün çox uğurlu il olmuşdur. 2012-ci ildə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir. 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır. Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində bir milyon 100 mindən çox iş yeri açılmışdır. İş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir”.
Qeyd etmək lazımdır ki, 2012-cı ildə makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda neftdən kənar sahələrin əhəmiyyətli inkişafına impuls verib. Yəni, ötən ildə iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri neftdən kənar sahələrin əvvəlki illərə nisbətdə daha yüksək faizlə inkişafının müşahidə olunması ilə xarakterizə oluna bilər. Kənd təsərrüfatı, sənaye, informasiya kommunikasiya sektorunda böyük inkişaf qeydə alınıb. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 24,7 milyard manat təşkil edib, neft-qaz sektorunda isə 6,5 faiz azalıb.
Ümumiyyətlə, Azərbaycan hökuməti bütün sahələrdə iqtisadi fəallığı artırmağa nail olub. 2012-ci ildə respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr də uğurla icra edilib. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar, istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. 2012-ci ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,6 milyard (ötən ildən 24,0 faiz çox) manat həcmində vəsait yönəldilib. Əsaslı vəsaitin 77,2 faizini və ya 9,7 milyard manatını daxili investisiyalar təşkil edib. Məhsul istehsalı obyektlərin inşasının aparılmasına investisiyanın 45,1 faizi, yaxud 5,7 milyard manat sərf olunub. Məsələn, ilin əvvəlindən Bakı şəhərində Metal Konstruksiyalar zavodu, Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall” İdman-konsert kompleksi, “Qafqaz Baku City Hotel and Rezidences” və “JW Marriott Absheron”, “Four Seasons” otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, “8 KM” stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində “Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Beyləqan rayonunda Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu, Bərdə rayonunda çörək istehsalı müəssisəsi, Yevlax-Bərdə avtomobil yolu, Cəlilabad rayonunda dəyirman və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, İmişli rayonunda “Kraun-co” taxıl anbarı kompleksi, Qazax rayonunda konserv zavodu, Qusar rayonunda mərkəzi xəstəxana, Şəki rayonunda “Shaki Palace” oteli, Tərtər rayonunda süd emalı zavodu, Tovuz rayonunda “Ayan Palase” oteli, Yevlax rayonunda Regional İnformasiya Mərkəzi və digər obyektlər istismara verilib.
Bütövlükdə Azərbaycanda iqtisadi inkişafı göstərən statistik göstəricilər yüksəkdir. Bunlar imkan verir ki, sosial sahədə problemlər də qısa müddətdə öz həllini tapsın. Dövlət başçısının da qeyd etdiyi kimi, 2012-ci ildə məcburi köçkünlərin problemlərinin həlli üçün çox böyük işlər görülüb və 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin edilib. Növbəti ildə də bu proses davam etdiriləcəkdir: “İqtisadi sahədə aparılan islahatlar, düşünülmüş siyasət bizə imkan verir ki, sosial məsələlərin həllində də böyük nailiyyətlərə imza ataq. 2012-ci ildə maaşlar, pensiyalar qaldırılmışdır, ünvanlı sosial yardım on minlərlə ailəni əhatə edir. 2012-ci ildə sovet əmanətlərinin qaytarılması prosesi başlamışdır. Əminəm ki, gələn il bu proses başa çatacaqdır. MDB məkanında Azərbaycanda bu sahədə aparılan siyasət ən yüksək qiymətə malikdir. Çünki biz bu əmanətlərin ən yüksək əmsalla və ən qısa müddət ərzində qaytarılmasına nail olacağıq. Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasətimiz konkret nəticələrini verməkdədir”.
Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə isə, 2012-ci ildə TANAP layihəsi imzalanıb. TANAP layihəsinin reallaşması Azərbaycanın zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etməyə imkan verəcək. Prezidentin də sözügedən nitqində vurğuladığı kimi, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır.
Beləliklə, başa çatmaqda olan ilin makroiqtisadi göstəriciləri respublikamızın düşünülmüş iqtisadi strategiyasının davam etdirilməsinin məntiqi nəticəsidir və bir daha hökumətin bu istiqamətdə qətiyyətini təsdiq edir. Öz növbəsində, uzunmüddətli iqtisadi siyasət, 2013-cü ildə də davamlı inkişaf üçün əlverişli zəmin yaradır. Azərbaycan hökumətinin 2013-cü ildə həyata keçirəcəyi iqtisadi siyasətin başlıca hədəfləri respublikamızın inkişaf strategiyasının davamlılığını təmin etməkdən, eləcə də, makroiqtisadi tarazlığı, yüksək inkişaf dinamikasını və maliyyə sabitliyini qoruyub saxlamaqdan ibarət olacaq.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

