Bərdə terrorundan 4 il ötür...
26.10.2024 [10:41]
44 günlük Vətən Müharibəsinin nəticələri dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.
Vətən müharibəsində rəşadətli ordumuzun qarşısında aciz qalan təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə pozaraq mülki əhaliyə qarşı hücum edib. Ermənistan, həmçinin “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyasının tələblərini də heçə sayaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan hərbi birləşmələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib.
Erməni faşizminin növbəti təzahürü olan bu cinayətkar əməldən ən çox zərər görən regionlardan biri də döyüş zonasından xeyli uzaqda yerləşən Bərdə şəhəri və onun kəndləri oldu. 44 günlük Vətən müharibəsində düşmən Bərdə rayonunun bir sıra kəndlərini və rayon mərkəzini dəfələrlə atəşə tutub. Bərdə şəhərinə ilk raket hücumu zamanı 1 mülki şəxs dünyasını dəyişdi, xeyli sayda yaralanan oldu. Bu qanlı cinayətlər 2020-ci ilin 27 və 28 oktyabrında da törədilib. Belə ki, oktyabrın 27-də rayonun Qarayusifli kəndinə edilən raket hücumu 4 nəfərin həyatına son qoydu. Həlak olanlardan biri azyaşlı qız uşağı idi. Miqyası baxımından Bərdəyə ən qanlı və qəddar raket hücumu isə oktyabrın 28-də gündüz saatlarında olub. Ermənistanın bu terror hücumlarından artıq 4 il ötür. Humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan hərbi birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə qadağan olunmuş silahlarla hücum nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu terror hücumundan sonra ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri hadisə yerində olub, erməni vəhşiliyini öz gözləri ilə görüblər. Eləcə də hadisə yerində olan xarici jurnalistlər də Bərdə qətliamını beynəlxalq mediada təkzibolunmaz faktlarla işıqlandırıblar.
Göründüyü kimi, Ermənistan hərbi birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı ağır məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini atəşə tutub. Belə ki, erməni hərbi birləşmələri yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçib, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda, qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törədib, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.
Ermənistan hərbi birləşmələrinin 44 gün sürən Vətən müharibəsinin gedişatında bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Bərdəni hədəf alması 1988-ci ildən davam etdirilən təcavüzkar siyasətin tərkib hissəsi idi.
Ümumilikdə, Vətən müharibəsində 100-dən çox mülki insan erməni terroru nəticəsində həyatını itirib. Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri hədəfə alınıb.
Xatırladaq ki, müharibə dövründə Qarabağdakı erməni separatçılarının başçısı Arayik Arutunyanın özü Azərbaycanın döyüş bölgəsindən uzaq olan yaşayış məntəqələrinə raket hücumu əmrini verdiyini etiraf etmişdi. Hazırda Arayik və digər separatçılar, günahsız insanların qatilləri Bakıda həbsxanadadırlar. Onlar yaxın zamanlarda ədalət mühakiməsinə çıxarılaraq layiq olduqları cəzanı alacaqlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

