/ / “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin yeni yarımstansiyaları və inzibati binaları istifadəyə verilib
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin yeni yarımstansiyaları və inzibati binaları istifadəyə verilib
01.02.2013 [00:24]
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak edib, həmçinin videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılış mərasimləri olub.
Prezident İlham Əliyevin birbaşa göstərişi ilə 2006-cı ildən başlayaraq paytaxtın ötürücü və paylayıcı şəbəkəsi əsaslı şəkildə müasirləşdirilib və bu sahəyə 606 milyon manatdan çox investisiya qoyulub. Ötən müddətdə 110 kilovoltluq 20 yarımstansiya inşa edilib. Bu, paytaxtın və Abşeron yarımadasının fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatında mühüm rol oynayır. İndiyə qədər 35 kilovoltluq 51 yarımstansiya tikilib. Kompleks tədbirlər hesabına paytaxtın elektrik şəbəkəsinin güc qəbul etmə və paylama qabiliyyəti 80 faizədək artıb. Şəbəkənin qoyuluş gücü 2006-cı ildən bəri 3048 meqavoltamperdən 5245 meqavoltamperə yüksəlib. Texniki itkilər isə 8 faizə qədər azalıb. Müasir Dispetçer Mərkəzi və dairəvi təchizat sxemi yaradılıb. “Bakıelektrikşəbəkə” ASC balansındakı bütün inzibati binaları yenidən qurur və informasiya-kommunikasiya texnologiyalarının tətbiqini də xüsusi diqqətdə saxlayır. Əgər şəbəkə fəaliyyətə başlayana qədər həmin iqtisadi qurum ölkənin paytaxtının sürətli sosial-iqtisadi inkişafı ilə bağlı tələbatdan əsaslı şəkildə geri qalırdısa, indi bu tarazlıq müsbət istiqamətdə əksinə dəyişib, paytaxtın perspektiv inkişafına uyğun əlavə texniki və güc imkanları yaradılıb. Ümumilikdə, Bakı şəhəri və ətraf qəsəbələrin elektrik təsərrüfatında həyata keçirilən kompleks tədbirlər Azərbaycanın inkişaf modelinin və dövlət quruculuğu fəlsəfəsinin insan amilindən qaynaqlandığının real göstəriciləridir.
Azərbaycan Prezidenti əvvəlcə Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak edib.
“Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verib. O, qeyd edib ki, bu yarımstansiya 1974-cü ildə Nərimanov rayonundakı sənaye müəssisələrini, o cümlədən Bakı məişət kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək üçün tikilib istismara verilib.
Ötən müddətdə tamamilə köhnələn həmin energetika qurğusunun yerində perspektiv inkişaf da nəzərə alınmaqla ən müasir standartlara cavab verən yeni yarımstansiya inşa olunub. Açıq paylayıcı qurğu və yardımçı binaları ilə birlikdə əvvəlki yarımstansiya 16 min kvadratmetrdən çox sahədə yerləşirdisə, qapalı tipli yeni yarımstansiyanın yerləşdiyi ərazi bundan 7 dəfə azdır. Bu yeni energetika qurğusunun qoyuluş gücü 100 meqavoltamperdir. Son illərdə tikilən digər yarımstansiyalarda olduğu kimi, bu qurğunun binası da konstruktiv həlli və memarlıq görünüşü ilə diqqəti çəkir, şəhərin ümumi görünüşünə əlavə çalarlar qatır. Ətrafda böyük bir ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Yarımstansiyanın girişində Ulu öndər Heydər Əliyevin barelyefi qoyulub, burada Ümummilli liderin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, həmçinin paytaxtın ötürücü və paylayıcı şəbəkəsinin inkişafı üçün həyata keçirdikləri kompleks tədbirlərə dair fotoguşə yaradılıb.
Prezident İlham Əliyev yarımstansiyanın dispetçer idarəetmə mərkəzi ilə tanış olub. Qeyd edilib ki, bu müasir mərkəz fiber-optik kabel vasitəsilə “Bakıelektrikşəbəkə”nin Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulub. Bildirilib ki, bu yarımstansiyanın işə düşməsi ilə şəbəkədə 12 faiz güc artımına nail olunub. Yarımstansiya “Xırdalan” və “Müşfiq” yarımstansiyaları arasındakı dairəvi sxemin tərkib hissəsi olmaqla yanaşı, “Nizami” yarımstansiyası ilə əlaqələndirilib. Yeni yarımstansiya 2-ci 110 kilovoltluq dairəvi təchizat sxeminin yaradılmasında baza rolunu oynamaqla Heydər Əliyev adına neftayırma zavodunun, həmçinin bir sıra digər mühüm sənaye obyektlərinin enerji təchizatının etibarlılığını artırır. Avtomatik açılmalar və güc çatışmazlığı zamanı bu yarımstansiya dövriyyəyə qoşula bilər. Həmin energetika qurğusu Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binası, yeni inşa edilən Gimnastika Federasiyası, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və digər mühüm obyektləri elektrik enerjisi ilə təchiz edir.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
Yarımstansiya işə düşdükdən sonra paytaxtın Nəsimi rayonundakı 117 nömrəli yarımstansiya və Sabunçu rayon Elektrik Təchizatı və Satışı İdarəsinin ofisi ilə canlı bağlantı yaradılıb. Videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılışı olub.
Yeni yarımstansiyaların və inzibati binaların açılışı münasibətilə “Bakıelektrikşəbəkə”nin kollektivini təbrik edən Prezident İlham Əliyev deyib: “Sizi təbrik edirəm. Bu gün Bakı şəhərində çox əlamətdar bir gündür. Bakı şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün bir neçə yerdə gözəl obyektlər açılır. Bu işlər mütəmadi qaydada aparılır və son illər ərzində Bakı şəhərinin elektrik təchizatı böyük dərəcədə inkişaf etmişdir. Əgər əvvəlki illəri yada salsaq görərik ki, işıqla problem həmişə insanları incidirdi. Ancaq Bakı elektrik şəbəkəsini dövlət sərəncamına qaytarmaqla və işləri yüksək səviyyədə qurmaqla biz bütün xoşagəlməz hallara son qoyduq. Bu gün Bakı şəhərində elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Əksinə, ildən-ilə, gündən-günə elektriklə təchizat yaxşılaşır, maddi-texniki baza möhkəmlənir, yeni xətlər çəkilir, gözəl yarımstansiyalar tikilir və beləliklə, şəhərimizin bundan sonrakı dövrdə inkişaf proqramını həll etmək üçün yeni güclər yaradılır.
Ölkəmiz də, Bakı şəhəri də inkişaf edir. Şəhərimizdə çoxsaylı tikinti işləri aparılır, yeni sənaye müəssisələri, iş mərkəzləri, ticarət obyektləri yaradılır. Əlbəttə ki, bütün bu obyektlər qidalanmalıdır. Dayanıqlı elektrik enerjisi ilə təchizat hər bir ölkə üçün başlıca vəzifədir və bunsuz heç bir inkişaf mümkün deyildir. Bu il də bu işlər görülür. Əminəm ki, növbəti illərdə də bu sahədə böyük işlər görüləcəkdir. Dövlət bu sahəyə çox böyük diqqət, qayğı göstərir. Təkcə Bakıda deyil, ölkəmizin bütün yerlərində, bütün yaşayış məntəqələrində dayanıqlı enerji ilə təchizat bizim başlıca vəzifəmizdir. Hazırda ölkədə elektrik enerjisi ilə bağlı hazırda heç bir problem yoxdur. Ancaq ötürücü, paylayıcı xətlər hələ də lazımi səviyyədə deyildir və yaxın illərdə bu məsələ də öz həllini tapacaqdır.
Bu gözəl hadisə münasibətilə, - bu gün Bakının bir neçə yerində gözəl mərkəzlər açılır, - sizi və Bakı sakinlərini ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram”.
Sonra Prezident İlham Əliyev yarımstansiyanın 110 kilovoltluq qapalı paylayıcı qurğusu ilə tanış olub. Burada elektroenergetika sahəsində ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıq quraşdırılıb.
Daha sonra Prezident İlham Əliyev şəbəkənin Tədris Mərkəzinin bu yarımstansiyada yaradılan yeni korpusu ilə tanış olub. Burada Tədris Mərkəzinin zəngin təcrübəsi əsasında ən müasir tələblərə uyğun hərtərəfli şərait yaradılıb. Həmin bazada şəbəkənin əməkdaşları bilik səviyyələrini artıracaq, elektroenergetika sahəsində ən son elmi-texniki yeniliklərlə tanış olacaq, müasir avadanlıq və texnologiyalar üzrə peşə vərdişlərinə yiyələnəcəklər. Həyata keçirilən və perspektiv tədbirlər haqqında stendlər vasitəsilə dövlətimizin başçısına yeni yarımstansiyanın əvvəlki vəziyyəti, istismara buraxılan digər yarımstansiyalar və ofislər, quraşdırılan kabel xətləri, Səngəçal-Xırdalan dairəvi iki şüalı elektrik təchizatı sxemi və sair işlər barədə geniş məlumat verilib. Bütün yarımstansiyalarda olduğu kimi, burada da əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə inşa olunan yeməkxana da müasir tələblərə cavab verir.
“Bakıelektrikşəbəkə” son illərdə enerji satışı sistemində müştərilərə xidmətin səviyyəsini yüksəltməyi və bu sahədə ən müasir standartların tətbiqini də xüsusi diqqətdə saxlayır. Nərimanov rayonundakı yeni yarımstansiyanın ərazisində inşa olunan Enerji Satışı Departamenti bunun daha bir əyani nümunəsidir. Bu ofis əlavə torpaq sahəsi alınmadan yarımstansiyanın ərazisindən səmərəli istifadə edilməklə tikilib. Həmin inzibati binanın metronun “Bakmil” stansiyası yaxınlığında yerləşməsi abonentlərin, eləcə də işçilərin rahatlığı üçün olduqca əlverişlidir.
Üçmərtəbəli binanın girişində Ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli liderin və Prezident İlham Əliyevin ölkənin energetika sisteminin inkişafı üçün reallaşdırdıqları tədbirlərdən bəhs edən fotoguşə yaradılıb.
Binanın ümumi sahəsi 2700 kvadratmetrə yaxındır. Burada abonentlərin qəbulu və müvafiq xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Ofis sürətli internet və rabitə şəbəkəsi ilə təmin olunub. Enerji Satışı Departamentinin daxili tərtibatı özünəməxsusluğu ilə seçilir. İldən-ilə respublikamızın iqtisadi imkanları artdıqca bu cür yenidənqurma tədbirləri də gücləndirilir, əhaliyə xidmətin səviyyəsi ən müasir standartlara uyğunlaşdırılır, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər daha da gücləndirilir.
Enerji Satışı Departamentinin yeni inzibati binası ilə tanış olan dövlətimizin başçısı “Bakıelektrikşəbəkə”nin kollektivi ilə görüşüb.
Kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını çatdıran Baxış Babayev ötən illərdə dövlətin hərtərəfli dəstəyi ilə paytaxtın energetika sisteminin tanınmaz dərəcədə dəyişdiyini vurğulayaraq deyib: “Hörmətli cənab Prezident, mən Sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Bakı şəhərində hazırda 4 milyona yaxın insan yaşayır. Sizin rəhbərliyiniz altında Bakı şəhərinin hava xətləri yer altına keçirilib. Bu cür gözəl binalar, bu cür yarımstansiyalar çoxdur. Hamısını Siz bu xalq üçün yaratmısınız. Biz Sizin arxanızda dayanmışıq. Mən bu yaşda bu sözü deyirəm. Siz respublikamızı yüksək səviyyədə idarə edirsiniz. Şəxsən mən ailəmin adından, öz adımdan, Bakı şəhər elektrik idarəsi adından Sizə cansağlığı, müvəffəqiyyətlər arzulayıram. Həmişə Sizi belə təravətli görüm. Çox sağ olun, zəhmət çəkib bizimlə görüşə gəlmisiniz”.
Prezident İlham Əliyev: Sağ olun, mən də sizi təbrik edirəm. Doğrudan da, bu gün çox əlamətdar bir gündür. Bir gündə Bakı şəhərinin bir neçə yerində gözəl açılışlar etdik. İndi yarımstansiyalar belə, saraylara bənzəyir. Biz əvvəlki illəri yaxşı xatırlayırıq. Bu gün də qeyd etdim, əfsuslar olsun ki, “Bakıelektrikşəbəkə” müəssisəsi idarəçiliyə veriləndən sonra vəziyyət yaxşılığa doğru getmədi, daha da tənəzzülə uğradı. Bir neçə il bundan əvvəl mənim göstərişimlə bu müəssisə, bütün bu infrastruktur dövlətə qaytarıldı. O vaxt təftiş aparılanda gördük ki, onu idarəçiliyə götürən xarici şirkət daşı-daş üstünə qoymayıbdır, olan-qalanı da dağıdıb talayıb. Biz bu obyektləri, bu infrastrukturu faktiki olaraq yenidən qurmağa məcbur olduq. Çox şadam ki, sizin kimi dəyərli, qiymətli insanlar bunları qısa müddətdə yaratmısınız və bu gün Bakı şəhərində elektrik enerjisi ilə heç bir problem yoxdur. Burada stendlərdə göstərilən yeni tikiləcək obyektlərin də potensialı hesablanıb ki, biz inşa olunacaq o obyektlərin fəaliyyətinə hazır olaq.
Baxış Babayev: Ulu öndərimiz də bu cür hərəkət edib.
Prezident İlham Əliyev: Bəli, əlbəttə, bu işin bünövrəsi Ulu öndərin dövründə qoyulmuşdur. O, 1980-ci illərin əvvəllərində Azərbaycandan gedəndən sonra əfsuslar olsun ki, bütün sahələrdə olduğu kimi, bu sahə də yavaş-yavaş tənəzzülə uğramışdır. Amma bu gün Bakıda və ümumiyyətlə Azərbaycanda elektrik enerjisi ilə təchizat yüksək səviyyədədir. Beynəlxalq agentliklər də, beynəlxalq qurumlar da bunu qiymətləndirirlər ki, elektrik enerjisinin keyfiyyəti də, dayanıqlılığı da yüksək səviyyədədir. Çalışmalıyıq ki, daim bu səviyyəni saxlayaq. Görüləsi işlər çoxdur. Ancaq bu günə qədər görülən işlər deməyə əsas verir ki, gələcəkdə də uğurlar qazanacağıq.
Baxış Babayev: Cənab Prezident, biz hamımız Sizi çox istəyirik. Mən Ulu öndərlə işləmişəm. Nazirlər Sovetində də gedib Onu görmüşəm. Naxçıvana İğdırdan xətti tikən bizik. Fəxr edirik ki, bizim Sizin kimi Prezidentimiz vardır. Biz Sizə minnətdarıq, sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Yaxşı yadınızdadır, hamımız xatırlayırıq, əvvəlki dövrdə elektrik enerjisi ilə təchizat elə idi ki, bizi təmin edə bilmirdi. Biz məcbur idik enerjini xaricdən alaq. Amma bu gün Azərbaycan qonşu ölkələrə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə, hətta Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edir. Budur, bizim gördüyümüz işlərin nəticəsi.
Baxış Babayev: Onların hamısı Sizin fəaliyyətinizin nəticəsidir. Sizə uğurlar arzulayırıq.
Prezident İlham Əliyev: Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40

