Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb

13.11.2024 [14:48]

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.

Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğuladı, bunun əməkdaşlığımızın möhkəmlənməsi işinə verdiyi töhfəyə toxundu.

Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğuladı ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub.

COP29-un əhəmiyyətinə toxunan Bolqarıstan Prezidenti bu tədbirin mükəmməl səviyyədə təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, burada əldə edilən nəticələr gələcək üçün böyük əhəmiyyət daşıyacaq.

Rumen Radev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini məmnunluqla vurğuladı.

Görüşdə bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olundu, COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi bildirildi.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31