/ / Prezident İlham Əliyev “AİTF-2013” Xll Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
Prezident İlham Əliyev “AİTF-2013” Xll Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
06.04.2013 [16:56]
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən “AİTF-2013” XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər, həmçinin “HOREX Caucasus 2013” VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verib ki, son illər Azərbaycanın turizm potensialını nümayiş etdirmək məqsədi ilə keçirilən bir sıra mühüm tədbirlər bu sahəyə marağı daha da artırıb. Bu baxımdan Bakıda hər il ənənəvi keçirilən Beynəlxalq turizm və səyahətlər, Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin xüsusi rolu var.
Bildirilib ki, Azərbaycanın və ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - “AİTF” təsis edildiyi gündən etibarən maraqla qarşılanıb və böyük nüfuz qazanıb. Məhz buna görə də sərgi iştirakçılarının sayı ildən-ilə artır.
Diqqətə çatdırılıb ki, sərgidə bir sıra aviaxəttlər və avia-agentliklər həm milli qrupların tərkibində, həm də ayrıca stendlərdə təmsil olunur. Türkiyənin “Turkish Airlines”, Çinin “China Southern Airlines”, Qazaxıstanın “Air Astana”, Sloveniyanın “Adria Airways”, Yunanıstanın “Aegean Airlines” şirkətləri və digər aviaşirkətlər sərgidə ayrıca stendlərlə iştirak edirlər.
Dövlətimizin başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar.
“Azərbaycanda istirahət” bölməsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımına məlumat verilib ki, burada regionlarımızın iqlim xüsusiyyətləri, təbii ehtiyatları və çoxmillətli mədəniyyəti təqdim olunur. Sərgidə şəhər və rayonların ən məşhur kurort zonaları, mehmanxana və pansionatları barədə stendlər də nümayiş etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin “Tanay” şirkətinin stendi ilə tanış olublar. Bildirilib ki, şirkət artıq 6 ildir Azərbaycanda uğurla fəaliyyət göstərir. Keyfiyyətli məhsulları ilə seçilən şirkət Azərbaycandakı mehmanxanaların 70 faizini öz məhsulları ilə təmin edir.
Almaniyanın “Wanzi” şirkəti ilə tanışlıq zamanı qeyd olunub ki, ilk dəfədir bu sərgidə iştirak edən şirkətin fəaliyyətinin əsas istiqaməti otel, istirahət və supermarketlər kompleksləri üçün avadanlıq hazırlamaqdır. Şirkət bu sahədə dünyada aparıcı qurumlardan hesab edilir və onun məhsulları yüksək keyfiyyəti ilə seçilir.
Dövlətimizin başçısı və xanımı İsveçrənin “Franke” şirkətinin stendi ilə də tanış olublar. Bildirilib ki, artıq 8 ildir Azərbaycan bazarında yerini tutan bu şirkət ölkədə fəaliyyət göstərən ictimai obyektlər üçün müxtəlif təyinatlı avadanlıqlar hazırlayır. Şirkətin məhsulları İsveçrə ilə yanaşı, İtaliya, Almaniya və Avstriyada istehsal olunur.
Azərbaycan Prezidentinin və xanımının tanış olduğu daha bir stend Almaniyanın “Mühldorfer” şirkətinə məxsus olub. Bildirilib ki, bu şirkət yataq dəstlərinin istehsalı üzrə dünyada aparıcı qurumlardan biridir. 1920-ci ildən fəaliyyət göstərən şirkət dünyanın müxtəlif ölkələrində otel və mehmanxana komplekslərini yataq dəstləri ilə təmin edir. Şirkətin məhsulları yüksək keyfiyyəti və rahatlığı ilə seçilir.
Avstriyanın “Kny Design” şirkətinin stendi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu şirkət işıq dizaynı və dekorativ işıqlandırma sahəsində dünyada böyük nüfuza malikdir. Şirkət işıqlandırma dizaynı sahəsində böyük layihələr reallaşdırır.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya “AF Hotel-Aqua Park” ailəvi istirahət kompleksində yaradılan şərait barədə də məlumat verilib. Bildirilib ki, Xəzər dənizi sahilində yerləşən kompleks təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda analoqu olmayan ailəvi istirahət mərkəzidir. Fəaliyyətə başladığı gündən kompleks həm xarici qonaqların, həm də yerli sakinlərin sevimli istirahət mərkəzinə çevrilib. Qonaqlar burada yüksək səviyyədə otel, əyləncə və idman xidmətlərindən istifadə edə bilərlər.
Diqqətə çatdırılıb ki, “AF Hotel-Aqua Park” qonaqların arzusu ilə paytaxta və regionlara ekskursiyalar da təşkil edir.
İndoneziyanın stendi ilə tanış olan Prezident İlham Əliyevə və xanımına bu ölkənin turizm imkanları barədə məlumat verilib. Qeyd edilib ki, İndoneziya artıq ikinci dəfədir bu sərgidə iştirak edir.
Dövlətimizin başçısı və xanımı Birləşmiş Ərəb Əmirliklərinin stendi ilə də tanış olublar. Prezident İlham Əliyevə bu ölkənin, xüsusilə də Dubayın turizm imkanları barədə məlumat verilib. Bildirilib ki, Bakıdan Dubaya birbaşa aviareysin açılması qarşılıqlı turizm axınını təmin etməyə imkan yaradır.
Türkiyənin stendi ilə tanışlıq zamanı bildirilib ki, bu ölkə sərgidə geniş şəkildə iştirak edir. Türkiyəni təmsil edən şirkətlərin müxtəlif stendlərində ölkənin turizm marşrutları, infrastrukturu barədə geniş məlumatlar əksini tapıb. Diqqətə çatdırılıb ki, son illərdə Türkiyədən Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb. Türkiyənin turizm şirkətlərinin nümayəndələri Azərbaycanda keçirilən bu beynəlxalq sərgiyə böyük önəm verirlər.
Dövlətimizin başçısı və xanımı Bolqarıstan, Sloveniya və Monteneqronun stendləri ilə də tanış olublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin işinə uğurlar arzulayıblar.
Bu il “AİTF-2013” sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak edir. Sərgidə bir çox ölkələrin milli stendlərinin fəal iştirakı artıq ənənəyə çevrilib. Builki sərgidə rekord sayda - 20 stend öz milli ekspozisiyası ilə iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları olan Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya və Misirin milli qrupları vardır. Fransa, Macarıstan, İndoneziya, İran, Monteneqro, Mərakeş, Ukraynanın Krım Muxtar Respublikası, Tailand və Tunisin milli qrupları isə bu il ilk dəfə sərgiyə qatılıblar.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC-lərin təşkilatçılığı ilə keçirilən sərgi aprelin 6-da başa çatacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07

