Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev “Statoil” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev “Statoil” şirkətinin baş icraçı direktorunu qəbul edib

09.04.2013 [11:43]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də “Statoil” şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Statoil” şirkəti arasında mövcud olan uzunmüddətli tərəfdaşlıq əlaqələrini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Statoil” şirkəti arasında əməkdaşlığımıza dair yeni layihələrin önəmini qeyd edib.
“Statoil” şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanda neft və qaz sənayesinin inkişafında ölkəmizdə mövcud olan sabitliyin rolunu xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Statoil” şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1057 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30