Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığı komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığı komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

02.05.2013 [11:32]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatda uğurlu inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunaraq müdafiə sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğu vurğulanıb.
ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzer Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirib, bu sahədə fəal əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30