Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi yaradılıb
11.05.2013 [10:27]
Prezident İlham Əliyev Muzey ilə və Mərkəzdə görülmüş bir sıra işlərlə tanış olub
Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi yaradılıb.
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Muzey ilə və Mərkəzdə görülmüş bir sıra işlərlə tanış olublar.
Xalqımızın Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində Ulu öndərin adını daşıyan Muzeyin istifadəyə verilməsi dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, Onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Muzeydəki hər bir eksponat da təsdiqləyir ki, tarix yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu öndərin də taleyi, əslində, bir insanın ömür yolu deyildir. Bu, Azərbaycanın tarixidir. O tarix ki, XX əsrin ikinci yarısında Azərbaycanın ayrılmaz parçası olub. Ümummilli liderin yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilib. Muzeydə təqdim olunan materiallardan da görünür ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan Heydər Əliyevin titanik xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətimizin dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaradıb, hüquqi dövlət və vətəndaş cəmiyyəti formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Bununla da Ulu öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazıb.
Heydər Əliyev Mərkəzində Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirən bir neçə ekspozisiya zalının istifadəyə verilməsi də bu Mərkəzin fəaliyyətinə daha bir özəllik qatır. Bu ekspozisiyalarda qədim insan məskəni olan Azərbaycanın keçdiyi tarixi dövrlər haqqında geniş məlumat verilir, qədim zamanlardan indiyədək qorunub saxlanılan maddi-mədəniyyət nümunələri təqdim olunur. Bundan başqa, Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərindən bəhs edən ekspozisiya zalları, heç şübhəsiz ki, buraya gələn hər kəsdə ölkəmiz haqqında müfəssəl təəssüratın və zəngin informasiyanın yaranmasına imkan verəcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, xalqımızın Ümummilli liderinin xatirəsinin əbədiləşdirildiyi Muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət Muzeydə Ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Bu da öz növbəsində Muzeyin orijinallığını daha da artırır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Dövlətimizin başçısına və xanımına məlumat verilib ki, müasir texnologiyalar əsasında qurulan Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin digər dövlət başçıları ilə görüşlərinin və Ulu öndərə bağışlanan hədiyyələrin fotoları əks olunur. Eyni məkanda həmin hədiyyələrin orijinalları da muzeyə gələn qonaqların diqqətinə çatdırılır. Bundan əlavə, zalda Ümummilli liderin hərbi və mülki geyimləri, o cümlədən Onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır. Bir sözlə, dizaynı və tətbiq edilən yeni texnologiyalarla fərqlənən Muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.
Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və qonaqlar üçün Azərbaycan tarixini, adət-ənənələrini, milli dəyərlər və mədəni irsimizi öyrənmək, təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirib. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb. Mərkəzin sərgi zalları bölməsinin birinci mərtəbəsində “Azərbaycan inciləri” sərgisi təqdim edilir. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir bir vasitə kimi diqqəti cəlb edir. Onun özəlliyini artıran ən mühüm cəhətlərdən biri tariximizin bütün dövrlərinin bir arada təqdim olunması, mədəniyyətimizin müxtəlif sahələrinə dair eksponatların nümayiş etdirilməsidir. Belə ki, qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəbinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir.
Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Mini Azərbaycan” sərgi zalında da olublar. Bildirilib ki, bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Hazırda bu layihə çərçivəsində 24 tarixi bina və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır. “Mini Azərbaycan” layihəsi Azərbaycan tarixi, milli memarlıq sənəti barədə məlumat əldə etmək baxımından sakinlər və qonaqlar üçün qiymətli layihədir. Gələcəkdə Azərbaycanda mövcud olan daha 21 memarlıq abidəsinin maketləri hazırlanacaq.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində Ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar nəşrlər hazırlayıb.
Dövlətimizin başçısına və xanımına məlumat verilib ki, “Azərbaycana xoş gəlmisiniz” ekspozisiya zalı isə Mərkəzin Azərbaycanın tanıdılması layihələri sırasında təqdim edilir. Bu layihə ilə, əslində, Azərbaycana virtual tur etmək mümkündür. Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin və təbiətinin əks olunduğu bu sərgi bir çox tərəfləri ilə maraq doğurur, layihənin əhəmiyyətini daha da artırır.
Digər zalda “Azərbaycanın mətbəx sənəti” fotoların dili ilə təqdim edilir. Bu, əslində, Heydər Əliyev Mərkəzinin Azərbaycan ənənələrini yaşadan, mədəniyyətimizi dünyaya tanıdan, eləcə də dünya mədəniyyətinin Azərbaycanda təbliğinə xidmət edən mühüm layihələrindən biridir. Burada Fransada yaşayıb-yaradan məşhur amerikalı fotoqraf Peter Lippmanın əsərləri vasitəsilə Azərbaycanın zəngin adət-ənənələr dünyasına səyahət etmək mümkündür.
Ekspozisiyada Azərbaycanın adət-ənənələri, süfrə mədəniyyəti ilə foto sənətinin sintezi sərgilənir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış ikinci konfrans zalındakı şəraitlə tanış olublar. Mərkəzin Auditorium bölməsindəki ikinci konfrans zalının ümumi sahəsi 1811 kvadratmetr, hündürlüyü 7, 8 metrdir. Zal müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzdə qonaqların asudə vaxtının təşkili üçün kafe də yaradılıb. Binada təbii dekorativ ağac və güllərdən landşaft ərazi salınıb. Bundan əlavə, müxtəlif interaktiv məlumat köşkləri qurulub. Bu məlumat köşklərində qonaqlara Mərkəz və burada keçirilən tədbirlər, müxtəlif layihələr barədə informasiyalar çatdırılır.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxMEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30

