Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak edib

Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak edib

11.05.2013 [10:28]

Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, Ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olublar.
Dövlətimizin başçısı və ailə üzvləri Ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verib ki, paytaxt sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilib.
Xalqımızın Ümummilli liderinin abidəsinin ucaldığı parkda Gül bayramının təşkil olunması dahi dövlət xadiminin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkil olunması baxımından da gözəl addımdır.
Parkda müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, anadan olmasının 90-cı ildönümünü qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi xüsusilə diqqət çəkir. Abidənin postamenti güllərlə bəzədilib. Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı qarşısında qurulub. Bu məkanı dağın zirvələri fonunda Ulu öndərin güllərdən toxunmuş portreti bəzəyir. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılıb.
Bakı şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.
Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulub. Hər tərəf baharın xoş ovqatına bürünüb. Ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması, əlbəttə ki, Ulu öndərin xatirəsinə xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir.
Builki Gül bayramı daha bir hadisə ilə yadda qalacaq. Belə ki, “DufoA” adlı Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının “azeri” adını verməyi qərara alıb. Bununla bağlı mayın 10-da Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və “DufoA” Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıblar.
Xrizantem gülünün bu növünün yetişdirilməsi üçün beş il vaxt tələb olunur. Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə alıb.
Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünüb. Rənglər o qədər gözəldir ki, istər-istəməz insanda xoş ovqat yaradır. Fəvvarələr də güllərlə əhatə olunub. Yüzlərlə çiçəyin bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır. Buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. Onların gülləri xatırladan müxtəlif libaslarda parka gəlmələri bayram ovqatını daha da artırır.
Artıq Bakıda ənənə halını alan Gül bayramı dünyanın ən nadir gözəlliklərini bir arada toplamaqla Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Ümummilli liderin doğum gününün bu cür mötəbər formada keçirilməsi ilə yadda qalır.
Dövlətimizin başçısı və xanımı Gül bayramında iştirak edən uşaqlarla səmimi söhbət ediblər, xatirə şəkli çəkdiriblər.
Bu il Gül bayramının daha bir maraqlı məqamı ondan ibarətdir ki, yüzlərlə uşaq Heydər Əliyev Sarayı qarşısında yürüş ediblər.

Paylaş:
Baxılıb: 968 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30