Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri başa çatıb
15.05.2013 [10:43]
Dövlətimizin başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib
Mayın 13-də Vyanada Avstriya-Azərbaycan biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer biznes forumda iştirak ediblər.
Tədbiri giriş sözü ilə Avstriya İqtisadi Palatasının sədri Kristof Laytl açıb.
Daha sonra biznes forumda Avstriya Respublikasının Prezidenti Haynts Fişer və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış ediblər.
* * *
Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı Mərkəzin açılışını edib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Avstriya parlamentinin vitse-spikeri Frids Noyqebauer çıxış ediblər.
Açılış mərasimində iştirak edən Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr dövlətimizin başçısı ilə görüşlərində bu Mədəniyyət Mərkəzinin yaradılmasının ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildiriblər. Onlar Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsində bu cür mədəniyyət ocaqlarının açılmasının əhəmiyyətini vurğulayıblar.
* * *
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti və iri şirkətlərin rəhbərləri ilə görüşüb.
Avstriya Sənaye Federasiyasının prezidenti Georq Kapş dövlətimizin başçısını salamlayıb və bu görüşdən məmnunluğunu bildirib.
Azərbaycan Prezidenti görüşdə çıxış edib.
Sonra Avstriya iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı aparıcı şirkətlərin rəhbərləri təmsil etdikləri qurumlar barədə dövlətimizin başçısına məlumat veriblər.
Onlar Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndiriblər.
Şirkət rəhbərləri, həmçinin yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, enerji, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
* * *
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfəri çərçivəsində BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşüb.
Dövlətimizin başçısı BMT-nin Vyana ofisinə gəlib.
Baş direktor Yuri Fedotov Prezident İlham Əliyevi qarşılayıb.
Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu qurumun, ümumiyyətlə BMT-nin həyata keçirdiyi fəaliyyətə və ümumi proseslərə töhfə verdiyi qeyd olunub. Eyni zamanda, BMT-nin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin Azərbaycanda keçirilməsinin önəmi vurğulanıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Vyana ofisi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Vyanada Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının seçilmiş icraçı katibi Lassina Zerbo ilə görüşüb.
Dövlətimizin başçısı əvvəlcə Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının beynəlxalq məlumat mərkəzinin fəaliyyəti ilə tanış olub.
Komissiyanın seçilmiş icraçı katibi Lassina Zerbo Azərbaycana təşkilata göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə Prezident İlham Əliyevə məlumat verib.
Söhbət zamanı Azərbaycan ilə Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyası arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyanada BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella ilə görüşüb.
Görüşdə baş direktor Kandeh Yumkella Azərbaycana səfərini məmnunluqla xatırlayıb, dünyada gedən qloballaşma proseslərinə toxunaraq sənaye, energetika və digər sahələrdə müşahidə olunan meyllərdən, bəşəriyyəti narahat edən problemlərdən danışıb. Müasir dövrün çağırışlarından bəhs edən BMT rəsmisi dünyadakı işsizlik problemlərinə toxunub.
Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişaf proseslərini diqqətə çatdıraraq, ölkəmizdə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, energetika və digər sahələrdə görülən tədbirlər barədə məlumat verib, respublikamızın əldə etdiyi uğurlardan danışıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşüb.
Görüşdə baş direktor Yukiya Amano Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu bildirib. Qeyd edib ki, indiki dövrdə nüvə təhlükəsizliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev nüvə təhlükəsizliyinin təkcə Azərbaycan üçün deyil, region və dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib və qeyd edib ki, Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyəti bu baxımdan narahatlıq doğurur.
Dövlətimizin başçısı həmin Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə doğurduğunu bir daha diqqətə çatdırıb.
BMT-nin Vyana ofisində görüşlərini başa çatdıran Prezident İlham Əliyevi baş direktor Yuri Fedotov yola salıb.
* * *
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriya Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
* * *
Həmin gün Azərbaycan Prezidenti Bakıya qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24

