Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavinini qəbul edib

26.06.2013 [10:00]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavini Endrü Morrisonu qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin BMT çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb. Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibindəki uğurlu fəaliyyəti və ölkəmizin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfə yüksək qiymətləndirilib, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.

Paylaş:
Baxılıb: 1097 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31