Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal bölgəsinə səfər edib
19.07.2013 [10:03]
İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Siyəzən rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevə Ulu öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verib.
Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının vəsaiti hesabına həyata keçirilir.
Prezident İlham Əliyev Siyəzən şəhərinin su təchizatı şəbəkəsinin planı, su təchizatı və kanalizasiya qurğularının yerləşmə sxemi, kanalizasiya şəbəkəsinin planı, çirkab sutəmizləyici qurğunun sxemi ilə tanış olub. Qeyd edilib ki, Siyəzən rayon mərkəzinin əhalisini içməli su ilə təmin etmək üçün layihədə su mənbəyi kimi ikinci Bakı su kəməri qəbul edilib. Layihələrdə yeni qurğuların texniki parametrləri öz əksini tapıb.
Prezidentə məlumat verilib ki, Fransanın “SADE” və Azərbaycanın “RAMKO” şirkətləri arasında imzalanmış tikinti müqaviləsi əsasında Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanılıb. Şəhərin bütün evləri su və kanalizasiya şəbəkələrinə qoşulub. İkinci Bakı kəmərindən suyun götürülməsi və şəhərə paylanması üçün 100 kubmetrlik təmizləyici su anbarının, 1000 və 3000 kubmetrlik su anbarlarının tikintisi başa çatdırılıb. Çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Siyəzən şəhər əhalisini 24 saat ərzində içməli su ilə təmin etmək mümkün olacaq.
Prezident İlham Əliyev şəhərə suyun verilməsini bildirən düyməni basıb.
Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar tapşırıqlarını verib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarda başlanılıb və iyul ayında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 753 kvadratmetrdir.
Binanın foyesində Ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Burada Ümummilli liderin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşələr yaradılıb. Tarixi sənəd və eksponatların da sərgiləndiyi binanın iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait var. Bütün otaqlar zəruri avadanlıqla təchiz olunub, kompyuterlər quraşdırılıb, kitabxana yaradılıb.
Diqqətə çatdırılıb ki, YAP Siyəzən rayon təşkilatı 1995-ci il fevralın 10-da təsis olunub. Özündə 42 ilk təşkilatı birləşdirən qurumun 3 min 240-dan çox üzvü var. Onların 32 faizini qadınlar, 28 faizini isə gənclər təşkil edir. Yeni binada təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın həyəti tamamilə abadlaşdırılıb, yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bir sözlə, rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, YAP müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində yeni uğurlara imza atacaq.
Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin, Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, Mərkəz ilk növbədə, siyəzənlilərin dahi rəhbərin xatirəsinə olan ehtiramını nümayiş etdirir. Mərkəzin yaradılması həm də Ulu öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Buradakı foto və digər eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli yüksəlişi, beynəlxalq nüfuzunun artması məhz Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır. Siyəzəndə Ulu öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi həm də şəhərin görünüşünə əlavə gözəllik verir.
Qeyd edilib ki, 3 mərtəbədən və 14 otaqdan ibarət olan Mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvarında başlanılıb və iyul ayında başa çatdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzənə səfərləri əks olunub. Mərkəzdə, həmçinin Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Siyəzənə səfərlərini əks etdirən fotolar da yer alıb. Buradakı eksponatlar və fotolardan aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, Mərkəzdə Prezident İlham Əliyevin Siyəzənə səfərləri ilə bağlı foto guşə də yaradılıb. Binanın birinci mərtəbəsində muzey, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcək. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və rəsm studiyaları, sərgi salonu var. Üçüncü mərtəbədə isə müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Siyəzən şəhər 2 nömrəli orta məktəbin müəllimi Ramilə Seyidova rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Siyəzən rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.
Prezident İlham Əliyevə məlumat verilib ki, rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin yeni tikilən inzibati binasında yaradılan şərait bir daha təsdiq edir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzindədir.
Qeyd edilib ki, müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqlar müasir tələblərə cavab verir. Heydər Əliyev prospektində inşa olunmuş binanın fasadı yerli tikinti materialları ilə üzlənib. Binanın tikintisinə 2012-ci ilin oktyabrında başlanılıb və 2013-cü ilin iyulunda başa çatdırılıb. İnşaat işləri büdcə vəsaiti hesabına həyata keçirilib. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, iki müasir bəzək elementi, işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə quraşdırılıb.
Binanın girişində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Burada dahi rəhbərin Siyəzənə səfərlərini əks etdirən fotoguşə yaradılıb. Bina müasir idarəetmə metodlarından istifadə olunması üçün bütün texniki şəraitlə təchiz edilib. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcək.
Diqqətə çatdırılıb ki, inzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, operativ idarəetmə mərkəzi də var. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılıb. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 128 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi mümkündür.
Vurğulanıb ki, rayon icra hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılıb. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun Məşrif, Zarat, Eynibulaq, Sədan və Böyük Həmyə icra nümayəndəlikləri şəbəkəyə qoşulub.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzəndə Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycan Respublkası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş Gənclər Mərkəzinin inşasına 2012-ci ilin aprelində başlanılıb və 2013-cü ilin iyulunda başa çatdırılıb. Layihənin smeta dəyəri 714,91 min manatdır.
Qeyd edilib ki, ümumi sahəsi 1634 kvadratmetr olan Gənclər Mərkəzi 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində bar, bilyard zalı fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Dövlətçilik Muzeyi yaradılıb. Muzeydə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları, pul əskinasları, medal və tarixi sənədlər toplanıb.
Bildirilib ki, Mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, bilyard, oyun avtomatları zalları, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Bütün kompyuterlər sürətli internetə qoşulub. Bu Mərkəz rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaq.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başcısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

