Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad, Saatlı və Ağcabədi rayonlarına səfər edib
30.08.2013 [09:46]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyub.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verib.
Bildirilib ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Meydanın ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilib, rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulub. Burada geniş yaşıllaşdırma işləri görülüb, müxtəlif gül kolları və həmişəyaşıl ağaclar əkilib, oturacaqlar qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, binanın inşasına 2012-ci ilin mayında başlanıb. Tikinti işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunub. Orijinal layihəsi, özünəməxsus memarlıq üslubu ilə tikilmiş üçmərtəbəli bina şəhərin görkəminə əlavə rəng qatır. Ümumi sahəsi 900 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub.
Yeni Azərbaycan Partiyası təşkilatları üçün belə müasir binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanıb. Bu, həm də respublikanın ağır günlərində Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına göstərilən diqqəti nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabada səfəri çərçivəsində rayon mərkəzinin Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidenti məktəbin köhnə binasının görüntülərini əks etdirən stendə baxıb.
Binanın birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı ilə bağlı fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.
Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyevə əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev adına istirahət parkında yaradılan şərait barədə məlumat verilib.
Azərbaycan Prezidenti rayonda görülmüş işləri əks etdirən stendlərə baxıb.
Sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Bu Mərkəzin yaradılması ilk növbədə sabirabadlıların Ümummilli liderin xatirəsinə ehtiramını nümayiş etdirir. Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti kompleksin inkişaf planı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş istixana komplekslərinə dair stendlərə baxıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlətimizin başçısına tərəvəz istehsalı və istixana təsərrüfatları barədə məlumat verib.
Prezident İlham Əliyev istixana kompleksinin işçiləri ilə söhbət edib.
İşçi: Cənab Prezident, çox sağ olun ki, bizə bu cür şərait yaratmısınız. Bizə yollar çəkdirmisiniz, idman kompleksi tikdirmisiniz, xəstəxanalar açdırmısınız. Sizə sağ olun deyirik. Allah Sizə uzun ömür, cansağlığı versin. İşlərinizdə uğurlar arzulayırıq.
Prezident İlham Əliyev: Çox sağ olun.
İşçi: Cənab Prezident, xoş gəlmisiniz. Mən bir şeyi xatırlatmaq istəyirəm, Ulu öndərimiz həmişə deyərdi ki, Azərbaycan çox qüdrətli bir ölkə olacaqdır. Biz bu gün məhz Sizin rəhbərliyiniz altında bu fikirlərin reallığa çevrilməsinin canlı şahidiyik. Buna görə də çox sağ olun, minnətdarıq.
Prezident İlham Əliyev: Sağ olun. Sabirabadda çox işlər görülüb. Bildiyiniz kimi, Olimpiya İdman Kompleksi, digər vacib obyektlər tikilib. Onların içində əlbəttə ki, sənaye müəssisələrinin yaradılması da xüsusi yer tutur. Həm sizin üçün iş yerləri yaradılır, həm yüksək maaş verilir. Eyni zamanda, görürəm ki, burada qadınlar işləyirlər. Qadınlar üçün də iş yerləri olmalıdır. Müasir texnologiya əsasında qurulmuş müəssisələrdə işləmək əlbəttə ki, çox xoşdur.
Burada neçə nəfər işləyir?
İşçi: 55 nəfər. İstixananın dörd hektar ərazisi istifadəyə veriləndən sonra 110 nəfərə çatacaqdır.
Prezident İlham Əliyev: Əksəriyyəti də qadınlardır. Bura hələ genişlənəcəkdir. Əlavə iş yerləri yaradılacaqdır. Siz bu kənddə yaşayırsınız?
İşçi: Bəli, Bulaqlı kəndində.
Prezident İlham Əliyev: Əvvəllər işləyirdiniz?
İşçi: Xeyr.
Prezident İlham Əliyev: Amma indi işləyirsiniz. Gözəl işdir. Şərait də yaxşıdır. Burada fəhlələrə yaxşı xidmət göstərilir. Maaş nə qədərdir?
İşçi: 320 manat. Yeməyimizi də verirlər. Şəraitimiz yaxşıdır. Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında da iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verib.
Qeyd edilib ki, yolun ümumi uzunluğu 50 kilometr olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılıb. Ümumi eni 15 metr olan yol ikizolaqlıdır. Yolun hər iki hərəkət hissəsinin və yol çiyninin eni 3,75 metrdir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Sonra dövlətimizin başçısı İlham Əliyev Sabirabadda Kür çayı üzərində körpünün açılışını edib, Saatlı və Ağcabədi rayonlarında səfərdə oub.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

