Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

04.09.2013 [08:36]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsenin etimadnaməsini qəbul edib.
Səfir Robert Jan Qabrielsen fəxri qarovul dəstəsinin qarşısından keçib.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Robert Jan Qabrielsen paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, Niderland Kralı Əlahəzrət Villem-Aleksandrın Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.
Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı layihələrin önəmi qeyd edilib.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Paylaş:
Baxılıb: 908 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30