Prezident İlham Əliyev respublikanın cənub bölgəsinə səfər edib
05.09.2013 [09:44]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə rayonun mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verib ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanıb. Ümumi sahəsi 22 min kvadratmetr olan parkda Ulu öndərin möhtəşəm abidəsi ucaldılıb. Abidə Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanıb.
Diqqətə çatdırılıb ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınıb, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilib, işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, qranit və asfalt döşənib, su anbarı inşa olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Yenidən Salyanda olmağımdan çox şadam. Son illər ərzində mən dəfələrlə Salyan rayonunda olmuşam. Bu, mənim Prezident kimi yeddinci səfərimdir. Çox şadam ki, Salyanda işlər yaxşı gedir, şəhər abadlaşır, gözəlləşir, bütün küçələrdə abadlıq işləri görülür, binalar təmir olunur, gözəl binalar tikilir. Bu gün biz Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Gözəl, möhtəşəm binadır. Əlbəttə ki, bu mərkəzlərin yaradılması, ilk növbədə, xalqımızın Ulu öndərinin xatirəsinə olan hörmətinin əlamətidir. Eyni zamanda, bu mərkəzlərdə müxtəlif tədbirlər keçiriləcək, dərnəklər fəaliyyət göstərəcəkdir. Yəni, bu mərkəzlər yaşayacaq və vətəndaşlar da mərkəzlərin imkanlarından istifadə edəcəklər.
Bu il biz Ulu öndərin 90 illik yubileyini qeyd etdik, eyni zamanda, Qurtuluş gününün 20-ci ildönümünü də. Bu şanlı tarixə bir daha nəzər salaraq görürük ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının formalaşmasında xüsusi xidmətləri olmuşdur. Məhz Onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan inkişaf edir.
Azərbaycan sabit, inkişafda olan ölkədir. Biz Ulu öndərin qoyduğu yolla gedirik və bu yol inkişaf, tərəqqi yoludur. Son 10 il ərzində biz bu yolda böyük nailiyyətlərə imza atmışıq. Biz bunu Salyan rayonunun timsalında da görürük. Salyan son illər ərzində böyük inkişaf yolu keçmişdir. Qeyd etdiyim kimi, abadlıq işləri görülür, binalar tikilir, küçələr abadlaşır, eyni zamanda, infrastruktur layihələri də icra edilir. Qazlaşdırma işləri yaxşı gedir, rayon təxminən 60-70 faiz qazlaşdırılmışdır. Ancaq əlbəttə, qarşıya məsələ qoyulubdur ki, Salyanın bütün kəndləri 100 faiz qazlaşdırılsın. Buna imkan vardır, biz bunu yaxın gələcəkdə edəcəyik.
İçməli su-kanalizasiya layihələrinin icrası nəzərdə tutulur. Əgər hər şey proqram üzrə gedərsə, gələn ilin sonuna qədər bu problem də öz həllini tapacaqdır. Bilirəm ki, bu, çox ciddi, vətəndaşları narahat edən problemdir. İçməli su fasilələrlə, qrafiklə verilir. Bildiyiniz kimi, indi ölkəmizin bütün bölgələrində bu böyük layihələr icra edilir, o cümlədən Salyan rayonunda. Dediyim kimi, gələn ilin sonuna qədər bu məsələ tam şəkildə həll olunacaq və 24 saat keyfiyyətli içməli su veriləcəkdir.
Mənə indi verilən məlumata görə, bir neçə məsələ var ki, insanları narahat edir, öz həllini gözləyir. Biz onu da həll edəcəyik. Kür çayı üzərində körpünün tikintisi məsələsi vardır. Bu da, əlbəttə ki, öz həllini tapmalıdır. Son illərdə Azərbaycanda 150-dən çox körpü tikilmişdir, həm Bakıda, həm bölgələrdə. Bu körpülərin tikintisi, ilk növbədə, insanların rahatlığı üçündür. Əlbəttə ki, nəqliyyat infrastrukturunun yaradılması, yeniləşməsi çox vacib məsələdir. İndi Bakı-Salyan avtomobil yolu tikilir. Onun bir hissəsi artıq hazırdır. Qalan hissə də tikiləcəkdir və bütünlükdə Bakıdan Astaraya qədər - sərhədə qədər yeni dördzolaqlı yolun tikintisi həll ediləcəkdir. Körpünün tikintisi də əlbəttə ki, böyük əhəmiyyətə malik olan məsələdir. Bu, öz həllini tapacaqdır.
Digər məsələ Şirvan-Salyan avtomobil yolunun tikintisidir. Bu məsələ də öz həllini tapacaqdır. Güman edirəm ki, gələn ilin investisiya proqramında hər iki məsələ öz əksini tapmalıdır. Vəsait ayrılacaq və bu məsələlər öz həllini tapacaqdır.
Eyni zamanda, hələ ki, qəzalı vəziyyətdə olan məktəblər vardır. Baxmayaraq ki, son illərdə bir çox məktəblər əsaslı şəkildə təmir edilib, hər bir rayonda, o cümlədən burada qəzalı vəziyyətdə məktəblər vardır. Bu məsələlər də öz həllini tapacaqdır.
Əlavə hər hansı görüləsi işlər varsa, siz mənə deyin, onları da həll edək. Mənim bölgələrə səfərlərimin əsas səbəbi bundan ibarətdir, vəziyyətlə tanış olum, görüm əlavə nə işlər görülməlidir ki, insanlar daha da razı olsunlar”.
Sakinlər: Çox sağ olun, minnətdarlığımızı bildiririk. Sizin sayənizdə işlər çox gözəl gedir.
Əməkdar Müəllim Yaqut Ələsgərova və Əməkdar Mədəniyyət İşçisi Yavər Cəbrayılov Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Daha sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Mərkəzin inşası 2011-ci ilin dekabrında başlanıb və bu ilin avqustunda başa çatdırılıb. İnşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının ümumi sahəsi 626 kvadratmetrdir.
Azərbaycan Prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyan rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb, inşaat işləri ötən ilin avqustunda başa çatdırılıb. Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir. Üçmərtəbəli binanın foyesində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli liderin və Prezident İlham Əliyevin Salyan rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət guşələr yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Bayraq Meydanının inşasına bu ilin iyununda başlanıb, avqustda başa çatdırılıb. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılıb. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilib. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir.
Meydanın ərazisində istirahət parkı da salınıb.
Azərbaycan Prezidenti parkın ərazisini gəzib.
Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verib.
* * *
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib ki, Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcək: “Bu, böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bundan sonra kəndlərə də su xətləri çəkiləcəkdir və beləliklə, uzun illər qalmış bu problemi biz birdəfəlik həll edirik”.
Dövlət başçısı bildirib ki, bununla yanaşı, Biləsuvarda digər infrastruktur layihələri, o cümlədən qazlaşdırma layihəsi uğurla icra edilir: “Mənə verilən məlumata görə, rayon təqribən 90 faiz qazlaşdırılıbdır. Bu ilin sonuna qədər bir neçə kəndin qazlaşdırılması nəzərdə tutulur. Biləsuvarda qazlaşdırma 100 faiz təmin ediləcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Azərbaycan dövləti bunları uğurla, ardıcıllıqla icra edir. Bildiyiniz kimi, bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Bütün maliyyə vəsaiti isə Azərbaycan dövlət büdcəsi hesabına formalaşır və ildən-ilə artan maliyyə imkanlarımız imkan verir ki, biz belə gözəl layihələri icra edək”.
Biləsuvarda dəfələrlə olduğunu vurğulayan dövlət başçısı deyib ki, “bu, mənim Prezident kimi dördüncü səfərimdir. Burada gedən abadlıq-quruculuq işləri əlbəttə ki, məni sevindirir. Əminəm ki, sizi də sevindirir. İndiki Biləsuvar əvvəlki ilə müqayisəedilməz dərəcədə inkişaf edibdir. Gözəl şəhər yaradılıbdır. Gözəl binalar tikilir, küçələr abadlaşıb. Bax, bu meydan yox idi. Yeni tikilib. Yəni, hər şey etmək mümkündür. Gözəl Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyətinin yeni binası, park. Yəni, hər şey insanlar üçün edilir. Bizim şəhərlərimiz deyə bilərəm ki, sürətlə abadlaşır, yeni görkəm alır. İnsanların rahatlığı üçün işlər görülür. Əvvəlki dövrdə də Biləsuvarda müxtəlif layihələr icra edilmişdir. Olimpiya Mərkəzi, məktəblər tikilmişdir, zavodlar işə salınmışdır, iş yerləri açılmışdır. Kənd yolları tikilmişdir. İki böyük kənd yolu layihəsi icra edilir.
Kənd yolları problemi Biləsuvarda tam şəkildə həll ediləcəkdir. Qazlaşdırma dediyim kimi, 90 faizdir, 100 faizə çatacaqdır. İçməli su şəhəri tam əhatə edəcəkdir, kəndlərə də çəkiləcəkdir. Budur bizim bugünkü reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük. Əlbəttə ki, bütün bu layihələrin içərisində insanların sağlamlığına xidmət edən layihə xüsusi yer tutur. Bax, bu layihə onların arasında bəlkə də ən önəmlisidir.
Bilirəm ki, Biləsuvarda rayon mərkəzi xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir. Biz xəstəxananın təmirini də təşkil edəcəyik. Azərbaycanda bir dənə də gözəl xəstəxanası olmayan şəhər olmamalıdır. İndi ətraf bölgələrdə də, rayonlarda da xəstəxanalar tikilib və təmir edilib. Biləsuvarda da bu iş görüləcəkdir.
Əlavə hər hansı bir təklifiniz, xahişiniz olarsa, siz mənə, əlbəttə ki, yerli icra orqanlarına çatdırın ki, biz növbəti investisiya proqramlarımızda bütün bunları nəzərə alaq. Çünki bizim vəzifəmiz insanlara xidmət etməkdir. Bu gün güclənən Azərbaycan bir daha demək istəyirəm ki, bütün görülən işlərin məntiqi nəticəsidir. Bir daha sizi salamlayıram və gözəl hadisə münasibətilə təbrik edirəm”.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt Ağayeva ölkənin bütün rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov layihə barədə dövlət başçısına məlumat verib.
Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Yeni bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfəri çərçivəsində rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olub.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsi önünə gül dəstəsi qoyub.
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun tikinti işlərinin gedişini, eləcə də texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda “Fidan” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
Xəstəxananın kollektivini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı çox gözəl hadisədir, böyük hadisədir: “Bu xəstəxananın qısa müddət ərzində tikilməsi də Azərbaycan dövlətinin gücünü göstərir. Mən xatırlayıram, keçən il Cəlilabadda olarkən burada Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı göstəriş vermişdim. Bu xəstəxana bir il ərzində tikilib və ən yüksək standartlara cavab verir. Dünyada hansı yüksək standart varsa, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında da o standart vardır - həm keyfiyyət, həm memarlıq, həm gözəllik, təmizlik. Eyni zamanda, burada ən müasir avadanlıq quraşdırılıbdır, bütün şöbələr - cərrahiyyə, terapiya, oftalmologiya, doğum şöbələri fəaliyyət göstərir. Yəni, bu xəstəxana dünya səviyyəsində tikilmiş xəstəxanadır”.
Dövlət başçısı onu da bildirib ki, bu gün Cəlilabadın yeni dövrü davam edir: “Bu gün biz müstəqil dövlətdə yaşayırıq, bizim taleyimiz öz əlimizdədir. Əlbəttə ki, müstəqillik dövründə görülən işlər göz qabağındadır. O cümlədən Cəlilabadda əvvəlki dövrdə də böyük işlər görülmüşdür, Olimpiya Mərkəzi tikilmişdir, parklar salınır, kənd yolları tikilir. Bu gün bir kənd yolunun açılışını da qeyd etdik. Rayon sakinlərinin xahişini nəzərə alaraq Cəlilabad-Yardımlı yolu tikilir. Həm iki rayonu birləşdirir, eyni zamanda, yolun üstündə yerləşən onlarla kəndi əhatə edirik. Onlarla kənd yeni yoldan istifadə edəcəkdir.
Bütün işlər, iqtisadi-sosial, infrastruktur layihələri ardıcıl şəkildə aparılır. Mənə verilən məlumata görə, qazlaşdırma prosesi də gedir. Düzdür, rayon hələ ki, tam şəkildə qazlaşdırılmayıbdır, ancaq hesab edirəm ki, yaxın bir il ərzində bütün kəndlər, şəhər də daxil olmaqla yüz faiz qazlaşdırılmalıdır. İçməli su layihəsi gələn ilin sonuna qədər başa çatacaqdır, Cəlilabad şəhərinin təmiz içməli su ilə təminatı həll ediləcəkdir. Tibb mərkəzləri. Yəni, rayonda bütün sosial infrastruktur yenilənir, tikilir və bundan sonra da biz bu siyasəti davam etdirəcəyik.
Cəlilabad böyük rayondur, əhalisi də çoxdur. Əlbəttə ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün Cəlilabadda bu günə qədər həll edilməyən məsələlər də öz həllini tapacaqdır. Xüsusilə biz müxtəlif layihələri gələn ilin investisiya proqramına salacağıq. Gələn il növbəti regional inkişaf proqramı qəbul ediləcəkdir ki, oraya da bu günə qədər görə bilmədiyimiz məsələlər salınacaqdır.
Rayonun hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər görülür və qeyd etdiyim kimi, səhiyyə, təhsil, infrastruktur, iqtisadi inkişafla bağlı bütün məsələlər öz həllini tapır. Deyə bilərəm ki, son illərdə Cəlilabadda görülən işlər ölkəmizin ümumi dinamikasını göstərir. Mən son 10 il ərzində Prezident kimi dəfələrlə Cəlilabadda olmuşam, əvvəlki dövrlərdə də olmuşam. Amma Prezident kimi bu, mənim altıncı səfərimdir. Demək olar ki, rayonda iki ildən bir, bəlkə ondan da tez oluram. Keçən il də olmuşam. Əlbəttə ki, bu səfərlər imkan verir ki, vəziyyətlə dərindən tanış olum, eyni zamanda, insanları narahat edən problemləri də mən gərək sizdən eşidim. Əlavə nə edilməlidir, həllini gözləyən hansı əlavə məsələlər var ki, biz gələcəkdə onları həll edək. Əlbəttə, bu səfərlərdə, hər bir səfərdə biz hansısa bir önəmli obyektin açılışında iştirak edirik.
Bu xəstəxana doğrudan da, bir memarlıq əsəridir. Bir daha demək istəyirəm ki, bu xəstəxana insanların sağlamlığı üçün tikilibdir və insanların, vətəndaşların sərəncamına verilir. Eyni zamanda, bu xəstəxana həkimlərin iş yeridir. Həkimlər də başqa kateqoriyalı işçilər kimi keyfiyyətli iş yerləri ilə təmin edilməlidir. Burada iş şəraiti çox gözəldir, yüksəkdir. İstənilən şəhərdən, hətta Bakıdan buraya gəlib işləmək istəyənlərin hesab edirəm ki, sayı az olmamalıdır. Ancaq mənə verilən məlumata görə, yerli həkimlər də peşəkardırlar. Həkimlər daim öz peşəkarlığını artırmalıdırlar ki, dünyada gedən yeniliklər Azərbaycanda tətbiq edilsin. Çünki tibb elmi sürətlə inkişaf edir, burada ən müasir avadanlıq quraşdırılıbdır. Əsas odur həkimlərin təkmilləşdirilməsi prosesi daim getsin ki, insanlara keyfiyyətli tibbi xidmət göstərilsin. Həkimləri, vətəndaşları, Cəlilabad rayon sakinlərini təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Həkim Nəzakət Nəzərli rayon sakinləri adından Azərbaycan Prezidentinə minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

