Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Şəmkir və Gədəbəy rayonlarına səfər edib

Prezident İlham Əliyev Şəmkir və Gədəbəy rayonlarına səfər edib

12.09.2013 [09:19]

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Şəmkir rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Şəmkir şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Prezident İlham Əliyevə abidənin ətrafında və rayonda son illərdə görülən abadlıq işləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Şəmkirə səfəri çərçivəsində Bayraq Meydanı və Bayraq Muzeyi ilə də tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Şəmkir rayonunun girişində yerləşən meydan 4,5 hektar ərazini əhatə edir. Meydanda 98 metr hündürlüyündə bayraq dirəyi ucaldılıb, uzunluğu 40, eni 20 metr olan dövlət bayrağı asılıb.
Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış olub. Prezident İlham Əliyev sentyabrın 10-da Şəmkirdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitlə tanış olub. Prezident İlham Əliyev Mərkəzdən ərazini seyr edib. Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılış mərasimində iştirak edib. Azərbaycan Prezidenti akademiyada yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı Oksford məktəbinin Şəmkir filialı ilə tanış olub. Dövlətimizin başçısı Bakı Oksford məktəbinin Şəmkir filialının yataqxanasına da baxıb. Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Bu gün Şəmkir rayonunda bir neçə tədbir keçirilir. Onların içərisində içməli suyun verilməsi əlbəttə ki, xüsusi yer tutur. Bu layihənin icrası böyük əhəmiyyət kəsb edir. İçməli su insanlar üçün əsas məsələdir. Mən çox şadam ki, artıq Şəmkirdə də bu vacib infrastruktur layihəsi uğurla icra edilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
İçməli su layihələri, kanalizasiya xətlərinin çəkilişi ölkəmizdə geniş vüsət almışdır. Ölkəmizin müxtəlif yerlərində, demək olar ki, hər yerdə, hər şəhərdə bu layihələr icra edilir. Bəzi yerlərdə biz artıq açılışlarda iştirak etmişik, bəzi yerlərdə isə işlər hələ ki, davam etdirilir. Ancaq qarşıya vəzifə qoyulmuşdur ki, 2015-ci ilin sonuna qədər, bəlkə ondan da tez bütün şəhərlərdə və əksər kəndlərdə təmiz içməli su təminatı təşkil edilsin. Bu layihələr təbii ki, böyük vəsait, böyük zəhmət tələb edir. Azərbaycan dövləti bu gün güclü dövlətdir. Ulu Öndərin dediyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Azərbaycan reallıqları bunu bir daha sübut edir.
İçməli su problemi ölkəmiz üçün həmişə böyük məsələ idi, həmişə insanları narahat edən böyük bir məsələ idi. Bildiyiniz kimi, bizim əsas su mənbələrimiz ölkəmizin kənarında formalaşır. Su xətləri çəkilməli idi və çəkilib, su anbarları tikilməli idi və tikilib. Onlardan biri - Şəmkirdə Şəmkirçay dəryaçasının tikintisi davam edir. Bu dəryaçanın böyük əhəmiyyəti vardır. Çünki həm Şəmkiri və qonşu şəhərləri içməli su ilə təmin edəcək, eyni zamanda, 75 min hektar torpaq sahəsi suvarılacaqdır. Əlbəttə ki, Azərbaycanda su ilə bağlı məsələlər bütün dövrlərdə çox ciddi problem olaraq qalmışdır. 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin göstərişi ilə su xətləri çəkilmişdir. Ancaq bu gün biz bu məsələlərin tam şəkildə həllinə nail oluruq və nail olacağıq. İnsanların sağlamlığı üçün əsas məsələ olan təmiz içməli su artıq hər bir şəhərə veriləcəkdir. Şəmkirdə də biz bu gün bunu qeyd edirik. Artıq sakinlərin bir hissəsi içməli suyu 24 saat ərzində alır. Yaxın zamanlarda şəhər su ilə tam təmin ediləcəkdir. Bununla bərabər, Şəmkirdə digər infrastruktur layihələri icra edilir. Qazlaşdırma məsələlərinə xüsusi diqqət göstərilir və bildiyimə görə, qazlaşdırma təxminən 90 faiz səviyyəsindədir. İndi kəndlərdə - bu günə qədər qazlaşdırılmamış kəndlərdə qazlaşdırma gedir. Şəmkirin bütün yaşayış məntəqələri təbii qazla təmin edilməlidir. Biz bu məsələni də həll edəcəyik. Demək olar ki, məsələnin əsas hissəsi öz həllini tapmışdır. Hər bir rayonda olduğu kimi, digər sosial infrastruktur layihələrinin icrası böyük əhəmiyyət kəsb edir.
Əvvəllər Şəmkirdə olarkən bir neçə açılışda iştirak etmişəm. Bu gün də bir neçə açılışda iştirakım nəzərdə tutulur. Bütün bunlar rayonun dinamik inkişafını göstərir. Burada tarixi abidələr, binalar bərpa edilir, küçələr salınır, abadlıq işləri gedir, gözəl mehmanxana tikilmişdir. Şəmkir tamamilə yeni bir görkəm alır. Şəhər doğrudan da ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Şəmkir ölkəmizdə ən sürətlə inkişaf edən rayonlardan biridir. Bu, məni çox sevindirir. Çünki hər dəfə yenilikləri, abadlıq-quruculuq işlərini görəndə mən də sizin qədər sevinirəm. Şəmkirdə bütün bu işlər böyük zövqlə və rayona olan böyük məhəbbətlə icra edilir.
Mən artıq dördüncü dəfədir ki Şəmkirdəyəm. Son dəfə dörd il bundan əvvəl gəlmişəm. Deyə bilərəm ki, şəhəri tanımaq çox çətindir. Şəhər tamamilə yeniləşir, gözəlləşir, əlbəttə ki, öz tarixi simasını saxlamaqla ən müasir şəhərə çevrilir. Əldə edilmiş bütün bu uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm.
Şəmkir doğrudan da sürətlə inkişaf edir. Şəmkir rayonunun inkişafı Azərbaycanda ümumi dinamik inkişafın təzahürüdür. Sizin rayonunuzun sürətli inkişafı onu göstərir ki, vaxtilə qəbul edilmiş və uğurla icra olunan regional inkişaf proqramları çox böyük əhəmiyyətə malik olan təşəbbüs idi. Çünki əgər biz o proqramları 2004-cü ildə qəbul etməsəydik və 2009-cu ildə ikinci proqram qəbul edilməsəydi, bütün bu işlərin görülməsi mümkün olmazdı. Məhz proqramların mövcudluğu və orada nəzərdə tutulan məsələlərin həlli bugünkü reallığı təmin edir. Bütün bu işlər düşünülmüş, ardıcıl şəkildə görülmüşdür. İnfrastruktur, qaz, işıq, su, yollar. İnvestorlar cəlb edilmişdir, bölgələrə dövlət vəsaiti ayrılmışdır. Regional inkişaf proqramı hər il yüz milyonlarla manat vəsaitin qoyuluşu deməkdir. Son 10 il ərzində isə bütövlükdə ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulmuşdur. Yəni, əgər illərə bölsək hər il orta hesabla 15 milyard dollar. Yəni, Azərbaycan kimi ölkə üçün bu, çox böyük bir rəqəmdir. Bütün bu vəsaiti biz düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət nəticəsində əldə etmişik. Azərbaycan xalqının zəhməti, istedadı hesabına və düzgün siyasət hesabına biz buna nail ola bilmişik. Bu gün Azərbaycanda olan dinamik inkişaf heç bir yerdə yoxdur. Mən bunu tam əminliklə və qətiyyətlə deyirəm. Ona görə yox ki, biz burada özümüzü tərifləyək. Amma bu, reallıqdır. Heç bir ölkə son 10 il ərzində Azərbaycan qədər inkişaf etməyib və inkişaf etmir. Bu ildə dinamik inkişaf təmin edilib. Altı ayın yekunları da onu göstərir. Qeyri-neft sektoru sürətlə inkişaf edir, iş yerləri açılır, yoxsulluq azalır və abadlaşan şəhərlərimiz dediyim sözlərin ən gözəl təsdiqidir. Bir daha demək istəyirəm ki, bu reallıq özünü Şəmkir rayonunun timsalında çox gözəl şəkildə göstərir. Ancaq bu, o demək deyil ki, bütün məsələlər həllini tapıb. Yox, hələ ki, həllini gözləyən məsələlər var, o cümlədən Şəmkirdə. Onların içində xüsusilə rayon Mərkəzi Xəstəxanasının vəziyyətini xüsusi qeyd etmək istərdim. Mənə verilən məlumata görə, xəstəxananın vəziyyəti o qədər də yaxşı deyildir. Hesab edirəm ki, biz yaxın zamanlarda yeni xəstəxananın tikintisinə başlamalıyıq. Bu, çox vacib məsələdir. İnsanların sağlamlığı üçün içməli su, tibbi xidmət, gözəl təbiət, təmiz hava - biz buna nail olacağıq.
Son vaxtlar mən müxtəlif şəhərlərdə gözəl xəstəxanaların açılışlarında iştirak etmişəm. Bu gün Yevlaxda, bundan bir həftə əvvəl Cəlilabadda, ondan bir həftə əvvəl Ağcabədidə. Yəni, bu gün Azərbaycanın əksər şəhərlərində müasir tibbi xidmət vardır. Şəmkir kimi böyük rayonda mütləq müasir, böyük xəstəxana tikilməlidir. Biz bunu da edəcəyik. Lazım olan digər tədbirlər mütləq görüləcəkdir. Bir daha demək istəyirəm ki, bu tədbirlərin görülməsi üçün həm iqtisadi gücümüz, həm siyasi iradə vardır. Artıq görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, daha da zənginləşdirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin. Bir daha sizi bu gözəl hadisə münasibətilə və bütövlükdə Şəmkir rayonunda görülən işlərlə bağlı ürəkdən təbrik etmək istəyirəm. Bu işlərdə əməyi olan hər bir insana öz minnətdarlığımı bildirmək istəyirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, rayonun inkişafı daim diqqət mərkəzində olacaqdır”.
Rayon Ağsaqqallar Şurasının sədri Məmməd Əmirov, Rayon poliklinikasının həkimi Nüşabə Seyidova və Düyərli kənd 2 nömrəli orta məktəbin müəllimi İlhamə İbrahimova Şəmkirin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.
Sonra Prezident İlham Əliyev “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsini əks etdirən stendlərə baxıb. Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Şəmkir şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev “Zəka” İntellektual Gənclər Mərkəzinin çəkiliş pavilyonu və 3 min kitab fonduna malik kitabxanası ilə tanış olub. Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev sentyabrın 10-da “Excelsior Hotel Shamkir” mehmanxanasının açılışında iştirak edib. Mehmanxanadakı şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olub, burada quraşdırılan orqanın müşayiəti ilə xor kollektivinin çıxışını dinləyib. Dövlətimizin başçısı kilsədə yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstəsi qoyub. Dövlətimizin başçısı hərbi hissənin ərazisində yeni inşa edilən əsgər klubu ilə tanış olub. Ali Baş Komandan, həmçinin, üç binadan ibarət əsgər yataqxanası, hərbi hissənin tibb məntəqəsi ilə də tanış olub və hərbi hissənin ərazisində aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə müvafiq göstərişlərini verib.
* * *
Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Prezidentini Gədəbəy aşıqları öz ifaları ilə salamlayıblar. Dövlətimizin başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olunub. Sonra Prezident İlham Əliyev gənc aşıqların ifasını dinləyib.
Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışında iştirak edib. Dövlətimizin başçısı körpünün yerləşdiyi avtomobil yolunun sxematik planı ilə tanış olub. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev zavodu işə salıb. Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olub.
Dövlətimizin başçısı gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodunda yaradılan şəraitlə də tanış olub. Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 1192 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30