Sülh prosesində vacib addım
10.07.2025 [10:54]
İkitərəfli danışıqlar formatı uğurlu nəticənin əsas meyarıdır...
Cənubi Qafqaz bəlkə də yüzilliklərdir ki, gözlədiyi sülhün, sabitliyin bir addımlığındadır. 2022-ci ildən start götürmüş və son dövrlərdə ikitərəfli danışıqlar prosesi əsasında mühüm bir yol qət etmiş sülh danışıqları özünün ən mühüm nəticələrini ortaya qoyur. Beləliklə, ötən dövr ərzində qarşılıqlı müzakirələr nəticəsində artıq sülh sənədinin 17 maddəsinin hər biri razılaşdırılıb - vurğulandığı kimi, sülhün imzalanmasına cəmisi bir addım qalıb. Ermənistanın bu “bir addım”ı atması bölgədə daimi və əbədi sülhün yaranmasına yol açacaq. Yeri gəlmişkən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Bu da nəticəyə doğru olduqca vacib bir addım sayıla bilər.
Birbaşa danışıqlar formatı...
Göründüyü kimi, uzun illərdən sonra Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması artıq reallığa çevrilir. Azərbaycanın 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində əldə etdiyi qələbə bölgədə yeni siyasi mənzərə formalaşdırıb - Ermənistan anlamalıdır ki, regional təhdidə çevrilməklə heç nə əldə etməyəcək. Əksinə, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək regional inkişafın bir hissəsinə çevrilmək, bu inkişafdan yararlanmaq perspektivi formalaşdırır. Bunun nəticəsidir ki, son 1 ildə Ermənistan ilə Azərbaycan arasında gedən müvafiq danışıqlar müəyyən pozitiv nəticələrə yol açıb. Xüsusilə, ikitərəfli komissiyaların aktiv şəkildə görüşməsi sülh prosesinə mühüm töhfələr qazandırıb. Dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi sülh şərtlərindən biri kimi münasibətlərin normallaşmasına xidmət göstərir. Xüsusilə, hazırkı sülhlə bağlı açıq mətnli fikirlərin səsləndirildiyi bir dövrdə ikitərəfli danışıqlar formatı mövqelərin yaxınlaşmasında əsaslı rol oynadı. Vurğulayaq ki, Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı kim çıxış edib - hətta qalib olduğu halda, rəsmi Bakı ilk olaraq sülh təşəbbüsü ilə çıxış etdi. İndiki halda, bu istiqamətdə addımların davam etdirilməsi son sənədin ortaya çıxmasını şərtləndirib ki, bu kimi uğurlu nəticə də Azərbaycanın mövqeyinin düzgün olmasını növbəti dəfə sübuta yetirir. İllərdir ki, ikitərəfli təmasların yarada biləcəyi üstünlükləri önə çəkən dövlətimiz bunu əyani şəkildə ortaya qoyur. İndiki mərhələdə isə Ermənistanın atacağı addımlar sülhün daha da tezləşdirilməsinə yol aça bilər - bunun üçün ən əsas şərt rəsmi İrəvanın konstitusiyasında dəyişiklik etməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı qəti mövqe sərgiləməsi, Azərbaycana qarşı olan əsassız torpaq iddialarından əl çəkməsi və sülhün, sabitliyin davamlı, əbədi olmasına şərait yaratmasıdır.
Beynəlxalq diqqət, ikitərəfli təmaslar...
Bütün bunlarla yanaşı, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən uğurlu proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu istər region üçün perspektivdə gözlənilən əməkdaşlıq platformalarına münasibət, istər bölgənin siyasi-hərbi reallıqlarına qarşı yanaşmalar, istərsə də danışıqlar prosesinə olan maraq, eyni zamanda ortaya qoyulan mövqelər də təsdiqləyir. Artıq aylardır ki, vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr həm təqdir olunur, həm də bu prosesin daha da inkişaf etdirilməsinə maraq diqqətə çatdırılır. Bu məqam onu təsdiqləyir ki, artıq beynəlxalq aləm bölgədə əbədi və dayanıqlı sülhün bərqərar olmasını istəyir - bu istiqamətdə atılan addımların ortaya qoyulan səylərlə daha effektiv olacağını düşünür. Amma bu, birmənalı olaraq ikitərəfli təmasların ortaya qoyduğu nəticədir. Bəzən bu vacib, region üçün əvəzsiz uğura sahiblənmək kimi halların baş verməsi də başadüşüləndir - məsələn, ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın kabinetinin iclasında bildirib ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacağına ümid edir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Tammi Bryus Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dair Dövlət katibi Marko Rubionun açıqlamasını şərh edib. O, rəsmi Vaşinqtonun danışıqlarda əldə olunan irəliləyişlərdən məmnun olduğunu bildirib.
Bryusun sözlərinə görə, ABŞ danışıqlarda bir sıra məsələlərin həllində birbaşa iştirak edir və bu, Vaşinqtonun regional sülhə verdiyi dəstəyin göstəricisidir.
“Bu, dövlət katibinin vacib bir açıqlaması idi. Biz əldə olunan razılaşmalar, atəşkəsin davamlılığı və müsbət dəyişikliklərlə bağlı məmnunluğumuzu bildiririk. Dövlət katibinin bunu demək üçün əsasları var və ətraflı məlumat aldıqdan sonra onları da sizinlə bölüşəcəyik,” - deyə Tammi Bryus vurğulayıb.
Həqiqətdir ki, təxminən bir müddət davam edən vasitəçilərin iştirakı ilə təmaslar gözlənilən effekti verməmişdi - təbii ki, ABŞ-ın sülhlə bağlı ortaya qoyduğu mövqe anlaşılandır və dəyərləndirilir. Qlobal dünyada baş verənlər və onun təhlili mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir - başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar bu və ya digər şəkildə beynəlxalq aləmin diqqətindən yayınmır. Xüsusilə, Donald Trampın prezident seçilməsinin ardından ABŞ-ın münaqişələrin həllinə baxışı dəyişib - daha konservativ, daha praqmatik və sülhpərvər istiqamət alıb. Təsadüfi deyil ki, ABŞ rəsmiləri vaxtaşırı fərqli münaqişə bölgələrinə səfərlər edir, tərəflər arasında təmas formalaşdırır, hətta atəşkəs üçün səy göstərirlər.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi isə bu qəlibdən daha fərqlidir - danılmazdır ki, mühüm siyasi-iqtisadi, ticari geocoğrafi məkan kimi xarakterizə olunan Cənubi Qafqazın Şərq-Qərb, Şimal-Cənub strateji xətləri üzrə qovuşma imkanları bu sülh prosesinin ən vacib detallarındandır. İki dövlət arasında əldə olunacaq razılıq qlobal ticari münasibətlərdə yeni səhifə açacaq. Eyni zamanda, yeni situasiyaya uyğun olaraq möhkəmlənən ticari əlaqələr həm də geopolitik təhlükəsizlik meyarının daha da oturuşmasına yol açacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

