28 aprel: İşğal muzeyi yaradılsın
30.08.2025 [12:30]
İlham Əliyev: “1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu - həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi”
(26 avqust 2025. “Əl-Ərəbiyyə” telekanalına müsahibə)
Heydər Əliyev: “Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək xalqın qarşısında ikiüzlü olarıq!”
(30 avqust 1991 - ci il. Azərbaycan Respublikası Ali Sovetinin sessiyası)
Yaxın və uzaq tariximizdə bir sıra qara səhifələr var. Onlardan biri də 1920-ci il aprelin 28-də baş verənlərdir. Keçmiş sovet dönəmində - təxminən 70 il ərzində xalqa bayram kimi sırınan bu tarix, əslində, müstəqilliyimizə vurulan ağır zərbə, məmləkətimizin işğalının növbəti mərhələsi idi. Bundan əvvəl Azərbaycan ərazisində mövcud olmuş kiçik dövlətlər - xanlıqlar Rusiya tərəfindən işğala məruz qalmış və torpaqlarımız bölünmüşdü. İmperiya qüvvələri bununla kifayətlənmədilər və qeyd olunan tarixdə respublikamıza soxularaq 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətini də süquta uğratdılar.
Azərbaycan dövlətçiliyinin bərpası və ikinci Rusiya işğalı
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, əslində, 1828-ci ildə baş tutan Rusiya işğalından sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü cümhuriyyətin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız dövlətçilik tariximizin bərpası baxımından önəmli deyildi. Yeni respublikanın yaradılması, əslində, xalqımızın milli kimliyinin son dərəcə parlaq təcəssümü idi. Əgər cümhuriyyət yaşasaydı, süqut etməsəydi, daha böyük uğurlara imza atacaqdı. Ancaq Rusiyanın imperiya xisləti qonşuluqda belə bir müstəqil və müasir dövlətin mövcudluğunu inkar edirdi. Burada AXC-nin süquta uğradılması və Azərbaycanın bütünlüklə işğal altına alınması məqsədilə ssenarilər hazırlanırdı. Həmin bədnam planlar 1920-ci ilin aprel ayında işə salındı...
AXC-nin Rusiya bolşevik qüvvələri tərəfindən süquta uğradılması faktiki olaraq Azərbaycanın Rusiya tərəfindən işğalının yekunlaşması demək idi. Bunu həm müstəqil Azərbaycanın banisi Heydər Əliyev, həm də Prezident İlham Əliyev işğal faktı kimi dəyərəndiriblər. Heydər Əliyev hələ 29 avqust 1991-ci il tarixində Azərbaycan parlamentindəki çıxışında işğal faktının müstəqilliyin bərpası haqqında bəyannaməyə salınmasını təkid etmişdi. Müdrik siyasətçi olan Heydər Əliyev Ali Sovetin sessiyasındakı çıxışında açıq şəkildə bildirmişdi: “Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub.Əgər biz bunu qeyd etməsək, xalqın qarşısında ikiüzlü olarıq!”
Aradan illər ötəndən sonra Prezident İlham Əliyev də 1920-ci il 28 aprel olaylarını eyni baxış bucağından dəyərləndirib. Dövlətimizin başçısı bu günlərdə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində tariximizə ekskurs edərək vurğulayıb: “1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu - həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi”.
Əlavə şərhə ehtiyac yoxdur. Keçmiş sovet rejimi tarixdə baş verənləri fərqli, saxtakar bir formada təqdim etsə də, zaman hər şeyi ələyərək öz yerinə qoyub. Baş vermiş işğal xalqımızın dövlətçilik tarixinə ağır zərbələr vurub.
İşğal muzeyinin yaradılmasının zəruriliyi
Muzeylər tarixin güzgüsüdur. Burada toplanan eksponatlar bizi keçmişə aparır, yaddaşımızı təzələyir. Azərbaycanda məhz 1920-ci il 28 aprel istilası ilə bağlı tarixi faktları özündə cəmləşdirəcək işğal muzeyinin yaradılması bu gün zərurət qismində çıxış edir. Həmin məşum tariximiz gələcək nəsillərə aşılanmalıdır. Artıq keçmiş sovet respublikalarının bir çoxunda, o cümlədən Tallində (Estoniya), Riqada (Latviya), Tbilisidə (Gürcüstan) belə muzeylər yaradılıb. Həmin muzeylərin milyonlarla ziyarətçisi qeydə alınıb.
Azərbaycanda da respublika əhəmiyyətli işğal muzeyinin yaradılması üçün zəmin var. Qeyd edək ki, 2019-cu il mayın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı baş tutub. Bu muzeyin 1925-ci ildən keçmiş rejimin əsas repressiya qurumlarının fəaliyyət göstərdiyi binada açılması rəmzi məna daşıyır.
Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərardır. Bu qərara əsasən terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kasasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

