5 yaşlı Zəfər - Bakı hərbi parada hazırdır
08.11.2025 [11:42]
Artıq 5-ci ildir ki, dünya azərbaycanlıları noyabrı zəfər ayı kimi qeyd edir. Məhz 2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanatla 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz rəsmən təsdiqini tapıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsas memarı olduğu bu Qələbə son 200 illik tariximizin ən parlaq səhifəsidir. Bu Qələbəyədək məmləkətimiz çoxlu sayda savaşların məkanı olub, zaman-zaman torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. 44 günlük müharibədə itkilər seriyasına, nəhayət, son qoyuldu. Vətən müharibəsində qazanılan Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Şanlı Zəfərimiz Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün, qüdrətinin və vətəndaş həmrəyliyinin rəmzidir.
Şanlı Zəfərin 5 illiyi münasibətilə Bakıda hərbi parad keçiriləcək. Son bir neçə gündə paytaxtımızda hərbi parada genişmiqyaslı hazırlıqlar aparılır. Xalqqımızın Qələbəni təntənəli şəkildə qeyd etməyə mənəvi haqqı var. Çünki bu Qələbəni heç kim bizə hədiyyə etməyib. Onu igid əsgər və zabitlərimiz ağır döyüşlərdə misilsiz şücaətlər göstərməklə, canlarını Vətən torpağı uğrunda fəda etməklə, şəhidlik zirvəsinə ucalmaqla qazanıblar. Hərbi paradda hər bir azərbaycanlının qürur və güvənc yeri olan yenilməz Ordumuzun gücü bir daha dünyaya nümayiş etdiriləcək.
Şanlı Qələbənin əzəmətli nümayişi - Zəfər paradı
Xalqımız, dövlətimiz 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbəni ilk dəfə 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı ilə qeyd etdi. Həmin tarixədək Azadlıq meydanı, Bakı küçələri çoxlu sayda paradlara, izdihamlı tədbirlərə şahidlik etmişdi. Zəfər paradının isə xüsusi bir mənası var idi. Xalqımız bu tənətənəni düz otuz il həsrətlə və böyük inamla gözləmişdi. Mənfur düşmən havadarlarının dəstəyinə arxalanmaqla torpaqlarımızdan çıxmaq istəmirdi, hətta cəzasız qaldığından ruhlanaraq yeni ərazilər uğrunda yeni müharibə istəyini gizlətmirdi. Özləri barədə miflər düzəldən Ermənistan silahlı qüvvələrinin, Qarabağdakı separatçı rejimin təmsilçiləri tanklarla Bakıya gələcəklərini bəyan edirdilər. Erməni hərbiçiləri, separatçı rejimin başında dayananlar və onların silahları həqiqətən də Bakıya gəldi. Ancaq qolları qandallı şəkildə, hərbi qənimət qismində. 44 günlük müharibədə “döyüşkən erməni xalqı” mifi tar-mar oldu. Bu necə döyüşkən ordu idi ki, onun əsgər və zabitləri Azərbaycan hərbçilərinin ayaq səslərini eşidən kimi gizlənməyə və yaxud qaçmağa yer axtarırdılar. Erməni mətbuatının yazdığına görə müharibə günlərində 11 mindən çox erməni hərbiçisi fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusu isə 44 gün ərzində mümkünsüz görünəni reallığa çevirdi, hər gün döyüş meydanlarında qələbələr qazandı, hər gün irəlilədi və sonda ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin olundu. Bu, tarixi ədalətiin, beynəlxalq hüququn bərpası idi. Möhtəşəm Zəfər paradının keçirilməsi də Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi oldu. Paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu. Paraddakı çıxışında Zəfərin qürurunu və sevincini xalqla bölüşən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.
2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir. Prezident, Müzəffər Ali Baş Komandan xüsusi olaraq vurğulayıb: “Yadımdadır, 2018-ci ildə biz Azərbaycan Ordusunun yaradılmasının 100 illiyini qeyd edərkən mən paradda çıxış edərək demişdim ki, indi parada 2016-cı il döyüşləri zamanı işğaldan azad edilmiş Lələtəpə ərazisində ucaldılmış bayrağı gətirəcəklər. O vaxt demişdim ki, gün gələcək, biz azad edilmiş ərazilərdə ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik. Həmin gün gəldi!”
Zəfər paradı, həmçinin dünyaya Azərbaycan-Türkiyə həmrəyliyinin, dostluğunun, qardaşlığının nə qədər möhkəm olduğunu nümayiş etdirdi. Türkiyə Prezidentinin Zəfər paradında iştirakı təsadüfi deyildi. Məhz qardaş Türkiyə Vətən müharibəsində ədalətli müharibə aparan Azərbaycana güclü mənəvi-siyasi dəstək göstərdi və bu da bizim özümüzə inam hissimizi daha da gücləndirdi. Prezident İlham Əliyev paradda çıxışı zamanı bu məqamlara toxunaraq bildirib: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.
Bakıda, Xankəndidə, Şuşada və digər ünvanlarda keçirilən yürüşlər
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıqla bağlı Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilib.
Hazırlıq məşqləri zamanı Bakı şəhərində və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunub.
Noyabrın 6-da paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri başlayıb. 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra hərbçilərin üç marşrut üzrə yürüşlərinə start verilib.
Yürüşlər Şəhidlər xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - “Azneft” dairəsi - Bəhram Gur heykəli; Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı; “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti istiqamətləri üzrə təşkil olunub.
Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edib.
Qeyd edək ki, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında da müəyyənləşdirilmiş marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

