Bakının Xətai rayonundakı 1 nömrəli çörək zavodu istifadəyə verilib
19.10.2013 [13:36]
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib
Oktyabrın 18-də Bakının Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edib. İqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunub. Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş siyasəti nəticəsində hazırda ölkəmiz bir çox sahələrdə daxili tələbatın təmin edilməsi istiqamətində böyük uğurlar əldə edib. Bu gün ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsullarına olan tələbatın 95 faizini Azərbaycan özü ödəyir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin taxıla olan tələbatını da tam yerli istehsal hesabına ödəmək vəzifəsini qarşıya qoyub. Bu vəzifəyə uyğun olaraq taxılçılığın inkişaf etdirilməsi üçün böyük fermer təsərrüfatlarının yaradılması istiqamətində mühüm işlər görülür. Beynəlxalq mütəxəssislərin fikrincə, Azərbaycanda ərzaq təhlükəsizliyi göstəriciləri ötən 10 ildə xeyli yaxşılaşıb. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.
Qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində sahibkarlıq subyektlərinin fəaliyyətinə böyük önəm verir. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri kimi məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi əsas götürülür. Dövlət tərəfindən ayrılan kreditlər və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına çox böyük dəstəkdir.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsasında insan amili dayanır. Bu siyasətə uyğun olaraq, əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Heç şübhəsiz ki, bu istiqamətdə keyfiyyətli çörək və çörək məmulatı istehsalı ən əhəmiyyətli sahələrdəndir. Son illərdə ölkəmizdə digər sahələrdə olduğu kimi, çörəkbişirmə sənayesinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, bu sahədə ən müasir texnologiya və avadanlıq tətbiq edilir. Müasir və qabaqcıl texnologiyaların tətbiqi çörəkbişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin, çoxçeşidliliyin təmin olunmasına imkan yaradır. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 108,2 milyon manat, gündəlik istehsal gücü 721 ton olan 25 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 38,1 milyon manat güzəştli kredit verilib. Türkiyə, Almaniya, Çex Respublikası və digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş gündəlik istehsal gücü 638 tonadək olan 18 çörək zavodu artıq istifadəyə verilib. Bu yaxınlarda Bakı və Sumqayıt şəhərlərində ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının fəaliyyətə başlaması bu şəhərlərdə istehlakçıların 70-75 faizini yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məmulatları ilə təmin etməyə imkan yaradıb.
Yeni istifadəyə verilən 1 nömrəli çörək zavodu ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlar səviyyəsində qurulan müəssisənin ümumi sahəsi üç hektara yaxındır. Ümumi dəyəri 48,7 milyon manat olan layihənin həyata keçirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Zavodun tikintisinə 2012-ci ildə başlanıb. İnşaat işləri yüksək səviyyədə başa çatdırılıb.
Prezident İlham Əliyev çörək zavodunu işə salıb.
Respublika əhəmiyyətli belə böyük obyektlərin istifadəyə verilməsi ilk növbədə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində atılan vacib addımlardandır. Bu zavodun yaradılması həm də ölkədə özəl sektorun inkişafına göstərilən qayğının əyani təsdiqidir. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın ən son texnologiyası əsasında qurulub.
Bildirilib ki, müəssisədə beş çörək istehsalı xətti, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü olan anbar sistemləri quraşdırılıb. Burada 50-dək çeşiddə çörək və çörək-bulka məmulatı istehsal olunur. Gələcəkdə məhsul növlərinin artırılması planlaşdırılır. Gündəlik məhsul buraxılışı gücü 168 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılıb. Xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək burada quraşdırılan və hər birinin tutumu 40 ton olan 7 anbara boşaldılır. Un metal detektorlardan keçdikdən sonra çəki stansiyalarına ötürülür. Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılıb. Reseptlərə uyğun olaraq tərkiblər xəmir çənlərinə avtomatik tökülür və mikserlə yoğurulur. Zavoddakı bütün xəmir çənləri çiplərlə təchiz olunub. Bu da işin rahat aparılmasına kömək edir. İstehsalda çəkiyə avtomatik nəzarət qaydaları tətbiq olunub. Çörəyin növündən asılı olaraq acıtma müddəti, temperatur və rütubət avtomatik müəyyən olunur. Hər növ çörəyin göstəriciləri fərqlidir. Bişirmə prosesi yüksək keyfiyyətli Avropa standartlarına uyğun sobalarda həyata keçirilir. Çörəyin bişmə prosesini sobanın üzərində yerləşən xüsusi pəncərələrdən izləmək olur. Hər bir sobanın çıxışı videosayğacla təchiz olunub. Çörək bişdikdən sonra soyutma mərhələsinə keçir. Zavodda istehsal olunan çörəklər növündən asılı olaraq, burada quraşdırılan xüsusi soyutma xətti vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır. Bu da məhsulun istifadə müddətini 48 saatadək artırır. Qablaşdırılan məhsullar qutulara yığılaraq satış anbarına ötürülür. İstifadə olunan qutular avtomatik yuyularaq qurudulur və yenidən istehsal xəttinə yönəldilir.
Diqqətə çatdırılıb ki, istehsal prosesində istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirilir. Su, un, duz, şəkər, maya və digər xammal zavodda quraşdırılan xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsala buraxılır. Həmçinin istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur. Bütün bunlar da sanitar-gigiyenik normalara əməl olunmaqla yüksək keyfiyyət standartlarına cavab verən çörək və çörək-bulka məmulatlarının istehsalına şərait yaradır.
Qeyd olunub ki, çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. İstehsal olunan bütün məhsullar qablaşdırıldıqdan sonra üzərində istehsal tarixi, istifadə müddəti və istehsal olunan partiya nömrəsi qeyd edilir. Buradakı müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına səbəb olur.
Prezident İlham Əliyev “Gilan Holdinq”in müəssisələrində istehsal olunan məhsulların və 1 nömrəli zavodda hazırlanan çörək və çörək-bulka məmulatlarının nümunələrinə baxıb.
Qeyd olunub ki, müəssisənin məhsulları “nömrə 1” brendi altında satışa çıxarılacaq. Zavodun müasir texnologiyalar əsasında yaradılması və istehsal prosesinin müvafiq normalara uyğun aparılması ərzaq təhlükəsizliyinin və əhalinin yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsulları ilə təmin edilməsinə şərait yaradır. Zavodda istehsal olunan məhsulların Bakı şəhəri və ətraf qəsəbələrdən olan istehlakçılara çatdırılması üçün hər biri üç tonluq 30 xüsusi nəqliyyat vasitəsi alınıb. Burada inşa olunan inzibati bina, yeməkxana və digər yardımçı binalarda işçilər üçün hər cür şərait yaradılıb. Zavodda üçnövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 420-dək yeni iş yeri yaradılıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59

