Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi
19.02.2026 [09:55]
Azərbaycan və BƏƏ ikitərəfli əlaqələrin yeni gündəliyini müəyyənləşdirir
Körfəz Əməkdaşlığı Şurasında və Ərəb Dövlətləri Liqasında aparıcı lider dövlətlərdən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında dərin hörmət və sıx dostluğa əsaslanan münasibətlər son illərdə inkişaf edərək bütün sahələrdə irəliləməkdədir. Ali və yüksək səviyyədə səfər mübadilələri və qarşılıqlı təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, aktiv parlament diplomatiyası və müxtəlif sahələrdə dinamik fəaliyyət Bakı-Əbu-Dabi əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxarıb.
Son dövrlərdə BƏƏ-nin hökumət nümayəndələrinin və dünya miqyaslı nəhəng korporosiayalarının, iş adamlarının Azərbaycana intensiv xarakter alan səfərləri Bakı-Əbu-Dabi əlaqələrinin strateji tərəfdaşlığının nümunəsi olmaqla, ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapıların açılmasını təşviq edir. Müasir iqtisadi gündəliyin geniş və çoxşaxəli istiqamətləri müəyyənləşir. Əgər bir neçə ilə qədər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələrini əhatə edirdisə, son illərdə iqtisadi coğrafiya xeyli genişlənib və qeyri-neft sektorunun bütün istiqamətlərində əlverişli işgüzar təmaslar qurulub və bu əməkdaşlıq dayanmadan irəliləyir.
Aqrar sahədə əməkdaşlığın perspektivləri
Ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti hökumət qurumları ilə bir sıra faydalı görüşlər keçirib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə görüşdə iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulanıb. Qeyd olunub ki, ixracyönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. Bu baxımdan konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb.
Birləşmiş Ərəb Əmirliklərinin dünya miqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçün beynəlxalq əməkdaşlıqların qurulmasının vacibliyinə diqqət çəkən Abdulla Əl Dahak Əl Şəmsi bildirib ki, Bakıda keçirdiyi görüşlər aqrar sahədə əməkdaşlığın genişləndirməsi üçün mühüm dönüş nöqtələrindən biri ola bilər. BƏƏ-nin aparıcı investorlarının ölkəmizin heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiya qoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi və digər layihələrin icrası gözlənilir. Bu prioritetlərə nail olmaq üçün tərəflər arasında birgə işçi qrupunun yaradılması və Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
BƏƏ-nin nüfuzlu “Al-Tayeb” şirkətinin direktoru Riyad Cabbar isə bildirib ki, hazırda Azərbaycan şirkətləri ilə əməkdaşlıq şəraitində meyvə, tərəvəz və quş əti məhsullarının tədarükü ilə bağlı məsləhətləşmələr aparılır. Dünya üzrə güclü tədarük ofisinə sahib olan bu təchizatçı şirkət e-ticarət platforması qurmaqla azərbaycanlı fermerlərin mallarının topdansatış sistemini qurmaq niyyətindədir. Bu isə milli ixracın körfəz regionuna çıxışı üçün yeni qapı açacaq.
Birgə İnvestisiya Fondu maliyyələşdirmədə fəal rol oynayır
İqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə də ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. Ticarəti daha da asanlaşdırmaq və liberallaşdırmaq, həmçinin qeyri-neft-qaz sektoru üzrə dövriyyəni artırmaq məqsədilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin iqtisadi əlaqələrin inkişafında önəmi nəzərə çatdırılıb.
Azərbaycanda yaradılan əlverişli investisiya mühiti vurğulanıb, iki ölkənin iştirakı ilə yaradılmış Birgə İnvestisiya Fondunun qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsində və maliyyələşdirilməsində rolu diqqətə çatdırılıb. Həmçinin “Masdar” şirkətinin Azərbaycanın bərpaolunan enerji sektoruna sərmayələrinin əhəmiyyətinə toxunulub.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi hökumət nümayəndələrinin və iqtisadi qurumların, biznes icmalarının qarşılıqlı səfərlərinin iki dövlət arasında investisiya, sənaye, kənd təsərrüfatı, turizm, iqlim, şəhərsalma və digər sahələr üzrə əməkdaşlığın inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb. Bildirib ki, son iki il ərzində müxtəlif sektorlarda əməkdaşlığı təşviq edən 20-dən çox saziş imzalanıb və yeni sənədlərin mübadiləsinə hazırlıq aparılır, artıq qida sahəsində əməkdaşlıq üçün yeni imkanlar müəyyən edilib. Yaxın zamanda BƏƏ və Azərbaycan arasında birgə müəssisələrinin yaradılmasına investisiya qoyuluşu ilə bağlı müzakirələr aparılacaq ki, bu da birgə sərmayə təşviqlətini daha da gücləndirəcək.
“Yaşıl enerji”nin yeni səhifəsi
BƏƏ şirkətləri Azərbaycanın strateji tərəfdaşı kimi enerji və iqtisadi inkişafa töhfə verir. Bu ölkənin nəhəng investoru “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya ötən il istifadəyə verilib.
“Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
“Masdar” şirkəti Azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq. Bu iri layihələr nəhəng investisiya portfelinin göstəricisi kimi BƏƏ şirkətlərinin Azərbaycana olan yüksək münasibətini əks etdirir.
Azad ərazilərdə BƏƏ investisiyaları üçün imkanlar
Tərəflər digər investisiyayönümlü layihələr üzərində fəal iş aparır və səfər çərçivəsində ölkəmizə gəlmiş nümayəndə heyətlərinin tərkibində nüfuzlu səhmdarların yer alması da bunu təsdiqləyir. Müasir strateji baxış isə əsas etibarilə qeyri-neft bölmələrinə fokuslanıb və hazırda ticari dövriyyədə nəzərə çarpan dinamikanın da əsas hərəkətverici xətti qeyri-neft üzrə əmtəə mübadilələridir. 2025-cü ildə əmtəə mübadiləsi 115,6 milyon dollar təşkil edib, imkanlar isə daha böyükdür. Mövcud potensialları bir platformada birləşdirən tərəflər müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün daha geniştutumlu Yol Xəritəsi hazırlayıb.
Azərbaycanla BƏƏ arasında qurulmuş uzunmüddətli uğurlu tərəfdaşlığın əsas prioritetləri sırasına azad edilmiş ərazilərdə müxtəlif sahələrdə iş qurmaq, o cümlədən bərpaolunan enerji və turizm infrastrukturlarını inkişaf etdirmək də daxildir.
Beləliklə, BƏƏ-nin hökumət nümayəndə heyətinin ölkəmizə səfərləri iqtisadi-ticari əlaqələrin yüksək səviyyəyə çatmasına, investisiya üzrə proqramların həlledici mərhələyə daxil olmasına imkan yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

