/ / Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail rayon İcra Hakimiyyəti binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail rayon İcra Hakimiyyəti binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
23.11.2013 [12:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakının Səbail rayon İcra Hakimiyyətinin Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısının tapşırığı ilə son illər paytaxtın sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər, icra edilən müasir infrastruktur layihələri ilə yanaşı, müxtəlif icra strukturlarında çalışan əməkdaşların iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Müasir memarlıq üslubu ilə seçilən Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı şəkildə yenidən qurulması paytaxtın görkəminə xüsusi yaraşıq verir.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Binanın girişində xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü qoyulub, Ulu öndərin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş fotostendlər quraşdırılıb. Bildirilib ki, bina əsaslı şəkildə yenidən qurulub, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılıb. Sovet dövründə rayon partiya və icraiyyə komitələrinin fəaliyyət göstərdiyi binada əsaslı təmir və yenidənqurma işləri nəticəsində əlavə mərtəbə inşa olunub, fasad yenilənib. Təmir zamanı bina, ilk növbədə dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, yenidənqurma işlərində keyfiyyətli yerli inşaat materiallarından da istifadə olunub. Yüksək tələblərə cavab verən işıqlandırma, havalandırma sistemlərinin quraşdırıldığı bina ən müasir avadanlıqlarla təchiz olunub. Binadakı iş otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulub və lazımi texniki vasitələrlə təmin edilib. İnzibati binanın kommunikasiya və rabitə xətləri də yeniləri ilə əvəz olunub. İş otaqlarının, iclas və konfrans zallarının təmirində dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan keyfiyyətli materiallardan istifadə olunub. Birinci mərtəbədəki 200 yerlik iclas zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılıb.
Binaya bitişik 6 mərtəbəli yeni korpusda inşaat işlərinin davam etdirildiyi bildirilib. Qeyd olunub ki, yeni korpusun 2-ci mərtəbəsində ən müasir tələblərə cavab verən yüksək texniki imkanlara malik konfrans zalı yaradılıb. Burada vətəndaşlarla onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulub. Sakinlər binaya gəlmədən rayon İcra Hakimiyyətinin nümayəndələri və məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Binada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılıb. Sistem rayon təsərrüfatının idarə olunmasında artıq ən yeni texnoloji vasitə kimi tətbiq edilməyə başlanıb. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır və həyata keçirilən işlər haqqında operativ məlumatlar əldə edilir.
Dövlətimizin başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olub. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilib.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

