Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Litvaya işgüzar səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Litvaya işgüzar səfər edib

29.11.2013 [09:29]

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına işgüzar səfərə gəlib.
Dövlətimizin başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşılayıblar.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib, ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berjinsin görüşü olub.
Görüşdə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib.
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Vilnüsdə “Şərq tərəfdaşlığı” Sammitində iştirak edən dövlət, hökumət və nümayəndə heyəti başçıları üçün noyabrın 28-də qeyri-rəsmi işçi nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işçi naharda iştirak edib.

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30