Tarixi, mədəni, etnik köklərin formalaşdırdığı təməl...
04.04.2026 [12:20]
İlham Əliyev: Təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq
Uzun illər həm geosiyasi, həm də geoiqtisadi strateji potensialı arxa planda qalan Türkdilli dövlətlər XXI əsrdə yeni inkişaf mərhələsi formalaşdırır. Mövcud reallıqlarda mühüm və möhkəm siyasi birlik formatını mənimsəyən, güc mərkəzi kimi özünü sübut edən Türk Dövlətləri Təşkilatı qısa müddətdə əsaslı inkişaf yolu keçib. Özünü iqtisadi-siyasi konsepsiyası, ideoloji əsasları olan və ən əsası suveren, milli mənafeyə söykənən prinsiplərə malik təşkilat kimi sübut etməyi bacaran Türk Dövlətləri Təşkilatının əldə etdiyi uğurlar saymaqla bitməz. Bu inkişaf tendensiyasında maddi nailiyyətlərdən daha çox mənəvi nailiyyətlər göz oxşayır - vahid Türk dünyası ailəsi prinsiplərinin inkişaf etdirilməsi, qarşılıqlı maraqların qorunması üçün gücün və imkanların səfərbər olunması, fərqli cəhətlərin və ya coğrafiyaların oturuşmuş siyasi birliklərinə qarşı bütün aspektlərdə müqavimətin yaradılması kimi prioritet hədəflər TDT-nin ali qurum statusunu daha da möhkəmləndirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən TDT-ni bizim ailəmiz adlandırıb. Dövlət başçısı qeyd edib ki, bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək: “Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”.
Türk dünyası bizim ailəmizdir...
Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı sadalamaqla bitməz. Tarixi bağlara və yeni çağırışlara əsaslanan cəmiyyətlər və dövlətlər bütün müstəvilərdə yaxınlaşmaq niyyətlərini açıq surətdə ortaya qoyurlar. Statistikaya nəzər saldıqda bu amil diqqət çəkir - Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun 4 üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatın sıraları genişlənib. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Eləcə də, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti bu möhkəm bağlara malik ailədə təmsil olunurlar. Bu birliyin təməlində sağlam və səmimi münasibətlər, müttəfiqlik və strateji anlaşmanın ən yüksək səviyyədə təmin edilməsi kimi real faktorlar dayanır. Aparılan müzakirələr, münasibətlərin inkişafına istiqamətlənən görüşlər isə bu mühiti daha da gücləndirir - səbəb isə bəllidir. Tarixi birlik, bağlılıq, hətta eynilik bu birliyi daha da qətiyyətli edir. Dövlət başçısı çıxışında qeyd edib ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir: “Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq”.
Uğurlu gələcək üçün...
Təsadüfi deyil ki, yeni nizamın formalaşdığı qlobal mühitdə son illər ərzində ən mühüm dəyişikliklər məhz TDT coğrafiyası daxilində baş verib. Bu dövrdə regional təhlükəsizliyin təmini istiqamətində yeni arxitekturanın qurulmasından başlayaraq yeni iqtisadi münasibətlərin formalaşması və yeni qlobal əməkdaşlıq platformalarının reallaşmasına qədər vacib və əhəmiyyətli yol qət olunub. Bu mənada beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşması, regional əməkdaşlıq formatlarının aktuallaşması fonunda adıçəkilən coğrafiyanın yeni, amma əsaslı təşkilatına çevrilməkdə olan TDT getdikcə daha çox strateji çəkisi olan birlik kimi ön plana çıxır. Hazırda TDT qarşısında duran əsas vəzifələr daha qlobal və mahiyyət etibarı ilə strateji anlam daşımaqdadır. İnteqrasiyanın dərinləşdirilməsi və strukturlaşdırılmış əməkdaşlığın təmini, müasir dövrdə artan geosiyasi risklər, regional münaqişələr, enerji və kommunikasiya təhlükəsizliyi kimi məsələlər fonunda müdafiə və təhlükəsizlik sahəsində koordinasiyanın vacibliyi TDT gündəliyinin əsas müzakirə predmeti kimi xarakterizə olunur. Bu sahələr üzrə birgə fəaliyyət isə kollektiv müdafiə mexanizminin gücləndirilməsi ilə yanaşı, həm də Türk dünyasının strateji sabitliyini təmin edən siyasi dayaq yaradır. Prezident İlham Əliyev TDT-nin gələcək fəaliyyətinə toxunaraq qeyd edib ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir: “Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq”.
Dünəndən bu günə, bu gündən sabaha gedən yol...
TDT özünəməxsus fərqliliyi ilə seçilən bir təşkilatdır - ənənəvi siyasi və ya coğrafi birlik mahiyyətini daha da irəliyə apararaq etnik köklər üzərində bərqərar olub. Bu isə təşkilata üzv olan ölkələr arasında həmrəyliyi, siyasi dialoqu və koordinasiyanı daha da gücləndirir. Tarixi bağlılığımız bu gün suveren dövlətlərimizin bir-birinə arxa-dayaq olmasına xüsusi təsir göstərir. Məhz bu amil “Türk xətti” adlanan coğrafiyanın son illərdəki yüksək inkişaf tempi əldə etməsində əsaslı rol oynayıb. TDT adı altında fəaliyyəti cəmisi 5 ilə söykənsə də, təşkilat olduqca geniş siyasi potensial nümayiş etdirməkdədir. Hər il keçirilən ənənəvi Zirvə toplantıları, eləcə də, Azərbaycanın təşəbbüsü ilə baş tutan qeyri-rəsmi Zirvə toplantıları təşkilat daxilində konsolidasiyanı daha da möhkəmləndirir. Bunun nəticəsidir ki, ortaq Türk dilinin formalaşdırılması, inteqrasiyanın gücləndirilməsi, siyasi platformalarda vahid prizmadan çıxış edilməsi kimi fundamental prinsiplər ön plana çıxır. Yeni mərhələdə isə qarşıya qoyulan hədəflər daha fərqli, daha qlobal mahiyyətə malikdir. TDT artıq qlobal dünyada hərtərəfli tanınan, gücü, imkanları və potensialı ilə seçilən təşkilatlardan birinə çevrilməkdədir. Ortaya qoyulan səy bunu təsdiqləyir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil: “Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Təşkilatımızın inkişafı üçün əlbəttə ki, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir və bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi Zirvə Görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq”.
Bəli, TDT müasir çağırışları, yeni inkişaf trendlərini, regional bağlılığı və dəyərləri, yüksək iqtisadi-siyasi dialoqu, o cümlədən, humanitar, mədəni inteqrasiyanı özündən birləşdirən bir təşkilatdır. Bizi birləşdirən dəyərlər isə möhkəm təməllərə malikdir. Bu təməl üzərində bərqərar olan birlik uğurlu, sabit gələcək vəd edir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39

