Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün kompleks tədbirlər həyata keçirilir

Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün kompleks tədbirlər həyata keçirilir

01.03.2014 [11:59]

Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərin gedişi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.
2015-ci ilin iyununda tarixdə ilk dəfə reallaşacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar paytaxt Bakıda  bir sıra mühüm infrastruktur layihələri icra ediləcək. Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası da bu qəbildən olan tədbirlərdəndir. İlk Avropa Oyunlarına aid əksər tədbirlər Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək. Məhz bu ərazi çoxsaylı qonaqları, idmançıları və turistləri qəbul edəcək. Bu baxımdan, Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasının mühüm əhəmiyyəti var. Bununla bağlı birinci mərhələnin bu tədbirlərdən öncə yekunlaşdırılması planlaşdırılır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görüləcək işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və mühafizəsinin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Abşeron yarımadasının 9 gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Gölün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə olacaq. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün, Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaq. Birinci mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulub. Bununla da, neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaq. Ərazinin qərb sərhədini müəyyən edən altıxətli magistral şose şəklində layihələndirilmiş bənd isə bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşdiriləcək. Bu da öz növbəsində şəhər yol infrastrukturuna düşən yükü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcək. Gölə axıdılan çirklənmiş suların qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcək. Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin gölün ətrafında hazırda mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi planlaşdırılır. Gölün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaq. Gölün stadion istiqamətində çirklənmənin qarşısını almaq məqsədilə çirkab su kollektoru inşa olunacaq. Sahil xətti boyunca gəzinti bulvarının inşası və buradan stadion ərazisinə keçid nəzərdə tutulub.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda göllərin bərpası üzrə tədbirlər planının olması Azərbaycan dövlətinin iqtisadiyyatın davamlı inkişafı, vətəndaşların sağlamlığı, onların sosial məsələlərinin həlli və ekoloji durumun yaxşılaşdırılması istiqamətində gördüyü işlərin ardıcıl xarakter daşımasının təsdiqidir.
Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasını tarixi layihə adlandıran Prezident İlham Əliyev onun ekoloji əhəmiyyətini yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 862 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30