Fransa Prezidenti Fransua Olland Azərbaycana rəsmi səfər edib
13.05.2014 [09:45]
Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar.
Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlətinin başçısı Fransua Ollandı qarşılayıb.
Dövlət başçılarına liseydə görülən işlər barədə məlumat verilib.
Sonra dövlət başçıları mərasim iştirakçıları ilə görüşüblər.
Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland mərasimdə çıxış ediblər.
Prezidentlər xatirə şəkli çəkdiriblər.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyinin qarşısında ağac əkiblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland mayın 11-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəziblər.
Fransa Prezidentinə Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər barədə məlumat verilib.
Sonra dövlət başçıları Muğam klubuna gəliblər.
Fransa Prezidentinə klubun tarixi barədə məlumat verilib.
İçərişəhərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər.
* * *
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Fransa Respublikasının Prezidenti Fransua Ollandın mayın 12-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollandı qarşılayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Fransa Prezidenti Fransua Ollanda, Fransa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli cənab Prezident, bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Dünən və bu gün biz artıq geniş fikir mübadiləsi, Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafı ilə bağlı danışıqlar apardıq.
Bu gün biz nümayəndə heyətlərinin iştirakı ilə bu danışıqları davam etdiririk. İkitərəfli gündəliyimiz çox genişdir, bir çox məsələləri əhatə edir. Hər bir istiqamət üzrə qarşılıqlı anlaşma vardır və qarşılıqlı dəstək göstərilir.
Bir daha Sizi ürəkdən salamlayıram. Mən əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır”.
Fransa Prezidenti Fransua Olland deyib: “Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Artıq neçə illərdir ki, Azərbaycan Fransaya etimad göstərir. Fransa Azərbaycandakı böyük inkişafdan məlumatlıdır. Dünən biz bunun bütün sahələrdə müşahidə olunduğunu gördük. Bu səbəbdən bu səfər sadəcə dostluq, nəzakət səfəri deyil və bu, yalnız yüksək səviyyəli şəxslər, iki prezident arasında mövcud olan əlaqələrlə bağlı deyildir. Bu səfər nəticələr verməlidir, iqtisadi baxımdan mübadilələrimizi, sərmayələrimizi daha da artırmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın mətbuat konfransı olub.
Dövlət başçıları əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Hörmətli cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcəkdir.
Bu gün imzalanan sənədlər bizim bir çox sahələr üzrə gələcək əməkdaşlığımızı müəyyən edir. Bu sənədlərin arasında əlbəttə ki, Birgə Bəyanat xüsusi yer tutur. Çünki bu sənəddə bizim gələcək siyasi əlaqələrimizin əsas konturları əks olunur.
Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri bunu bir daha təsdiqləyir. Mən dəfələrlə Fransada olmuşam və mütəmadi olaraq məsləhətləşmələr aparılır. Bir çox beynəlxalq məsələlər üzrə danışıqlar, məsləhətləşmələr, əlbəttə ki, bizim siyasi əlaqələrimizi daha da gücləndirir.
Son 2 il ərzində biz Fransa ilə bərabər BMT Təhlükəsizlik Şurasında iştirak etmişik və dünyanın ən mötəbər qurumunda çox uğurlu əməkdaşlıq qurmuşuq. Yəni, beynəlxalq məsələlərlə əlaqədar bizim mövqeyimiz bir çox hallarda üst-üstə düşür. Əlbəttə, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini göstərir. Bu gün təbii ki, bu məsələ ilə bağlı çox geniş fikir mübadiləsi aparılmışdır. Biz ümid edirik ki, bu münaqişə vasitəçilərin köməyi ilə tezliklə öz həllini tapacaq və bölgəyə sülh gələcəkdir.
Bildiyiniz kimi, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni işğalı altındadır və bu işğaldan 20 ildən çox vaxt keçir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqelərini bildirmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu məsələ öz həllini tapmır. İşğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam edilmişdir və onların məruzələrində göstərilir ki, hər şey dağıdılıb. Bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən yerlə yeksan edilibdir. Bu münaqişəyə tezliklə son qoyulmalıdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. O ki qaldı xalqların öz müqəddəratının təyinedilmə prinsipinə, bu prinsipə hörmətlə yanaşırıq, ancaq bu hüquq ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozmamalıdır. Erməni xalqı isə artıq bir dəfə öz müqəddəratını təyin edib - müstəqil Ermənistan dövləti vardır. Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.
Bu münaqişənin həlli bölgənin hər bir ölkəsi üçün faydalı ola bilər. Ümid edirəm ki, Fransa və digər həmsədrlər bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər və biz işğal edilmiş torpaqlara tezliklə öz vətəndaşlarımızı yerləşdirə biləcəyik.
Bizim aramızda iqtisadi sahədə çox uğurlu əməkdaşlıq aparılır. Bu gün keçiriləcək biznes forumda sənədlər imzalanacaqdır. Ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Azərbaycanda 50-dən artıq Fransa şirkəti fəaliyyət göstərir. İmzalanacaq kontraktların həcmi də təxminən 2-2,5 milyard dollar səviyyəsindədir. Əminəm ki, səfərdən sonra bu istiqamətdə yeni layihələr icra ediləcəkdir. Nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, turizm, inşaat və digər sahələrdə gözəl perspektivlər, imkanlar vardır.
Dünən Fransız Liseyinin açılışı özlüyündə böyük bir hadisə idi. Bu, onu göstərir ki, hər iki ölkə təhsil məsələlərinə böyük diqqət göstərir. İlin sonuna qədər Bakıda Fransız Liseyi yeni, gözəl binada öz fəaliyyətini davam etdirəcəkdir.
Əlbəttə ki, bu gün, eyni zamanda, biz enerji təhlükəsizliyi barədə də fikir mübadiləsi apardıq. Biz bu sahədə də Fransa ilə sıx əməkdaşlıq edirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün öz səylərini göstərir. Keçən ilin sonlarında imzalanan sənədlər Azərbaycan qazını Avropa məkanına çatdıracaq və əminəm ki, bu layihənin icrasından sonra Avropa ilə əlaqələrimiz daha da sıx olacaqdır. “Şahdəniz”, Trans-Anadolu və Trans-Adriatik layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Nəzərdə tutulan investisiyaların həcmi təxminən 45 milyard dollar səviyyəsindədir. Bu layihənin icrası nəticəsində bütün tərəflər - həm Azərbaycan, həm tranzit ölkələri və həm də Avropa istehlakçıları ancaq fayda görəcəklər. Çünki bu, hər bir tərəfin marağına xidmət göstərən bir layihədir.
Azərbaycan Xəzər hövzəsində enerji resurslarının dünya bazarlarına, o cümlədən Avropaya çıxarılmasında öz liderlik funksiyasını davam etdirir. Əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizlik məsələlərinə çevrilmişdir və Azərbaycanın zəngin neft-qaz resursları, mövcud və yaranmaqda olan nəqliyyat infrastrukturu Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir.
Bizim gündəliyimiz çox genişdir. Sadəcə olaraq bir mətbuat konfransı zamanı bütün məsələləri əhatə etmək mümkün deyildir. Ancaq hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı əlaqələri davam etdirmək üçün hər iki tərəfdə çox güclü siyasi iradə, qarşılıqlı maraq vardır. Xalqlararası əlaqələr də inkişafdadır, yüksək səviyyədədir. Əminəm ki, bu səfər münasibətlərimizə yeni güclü təkan verəcəkdir.
Bir daha cənab Prezident, Azərbaycana xoş gəlmisiniz”.
Prezident Fransua Ollandın bəyanatı: “Cənab Prezident.
Mən ölkənizə - Azərbaycana səfər etməyi arzulayırdım. Səfəri bu an belə bir xüsusi kontekst çərçivəsində arzulayırdım. Siz ölkəmizə 2012-ci ilin sentyabr ayında gəlmişdiniz. Bu, bizim üçün böyük fürsət oldu. Çünki Parisdə Siz Luvr Muzeyində İslam incəsənəti bölməsinin açılışında iştirak etdiniz. Bununla həm iqtisadi, həm mədəni sahələrdə bizimlə əməkdaşlıq etmək iradənizi ifadə etdiniz.
Mən xüsusi bir çərçivədə bu səfəri həyata keçirirəm. Həmin mövzuya Siz elə indicə toxundunuz. İlk öncə Ukraynadakı vəziyyəti nəzərdə tuturam. Biz bu haqda söhbət apardıq ki, Siz də Fransanın, Avropanın bu məsələ ilə bağlı mövqeyinə əmin olasınız, ölkələrin ərazi bütövlüyünə sadiq olduğumuzu görəsiniz. Beləliklə, uzun müddət çəkən münaqişələrin həllinə nail olmaq üçün dialoqa açıqlığın vacibliyini qeyd edirik. Mənim Qafqaza, bu gün Azərbaycana səfərimin də məqsədi məhz bundan ibarətdir.
Əslində səfərimi dünən başlamışam, bu axşam isə Ermənistanda olacağam. Niyə? Çünki atəşkəsdən artıq 20 ildir keçir. Bu gün atəşkəsin ildönümüdür. Elə münaqişənin özü də 20 ildən artıqdır ki, davam edir. Biz hələ də onun həll variantlarını tapmamışıq. Minsk qrupunda həmsədr olan Fransa məsuliyyət daşıyır. Bu məsuliyyət gərginliyin aradan qaldırılması, etimadın yaradılmasını nəzərdə tutur. Bu gün bu məqsədlə biz Prezident Əliyevlə dialoq apardıq. Bu gün günün ikinci yarısında həmin dialoq Ermənistanda davam etdiriləcəkdir.
Fransa münaqişənin mərhələli şəkildə həllinin tapılmasında yardım etməyə hazırdır. Siz burada müəyyən elementləri təsvir etdiniz. Hər iki tərəfdən etimad doğuran tədbirlərin görülməsi vacibdir. Sonra isə uyğun statusun tapılması üçün müvafiq vaxt ayrılmalıdır. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” adlandırılan konsepsiyası üzərində də Azərbaycan ilə Fransa ümumi mövqedən çıxış edir. Bu tərəfdaşlıq heç kimə qarşı deyil, o, daha sürətli inkişafa, mübadilələrə, sərmayələrə və nəhayət, sabitliyə xidmət etməlidir.
Fransa üçün Azərbaycan mühüm tərəfdaşdır. Bu, xüsusən də enerji sahəsinə aiddir. Bu baxımdan mən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün görəcəyimiz işləri çox yaxşı anlayıram. Mən məsələ ilə əlaqədar öz iradəmi bildirmişəm və Avropadakı əsas tərəfdaşlarımızla açıq söhbət aparmışam ki, gələn illərdə biz enerji mənbələrimizi şaxələndirməliyik. Bununla da Avropanın enerji təhlükəsizliyi təmin ediləcəkdir.
Beləliklə, Azərbaycan ilə həyata keçirdiyimiz bir çox layihələri nəzərdən keçirdik. Çünki Azərbaycan böyük qaz hasilatçısıdır, gələcəkdə isə daha böyük neft və qaz hasilatçısına çevrilə bilər. Fransız şirkətləri böyük layihələrinizdə tam şəkildə iştirak edirlər və onlar növbəti illərdə işlənəcək yataqların kəşf olunmasında da iştirak ediblər.
Lakin münasibətlərimiz enerji məsələləri ilə məhdudlaşmır. Prezident Əliyevlə söhbətimiz zamanı bildirdik ki, fransız şirkətlərinə daha geniş imkanlar yaradılmalıdır. Bu haqda biz bir azdan biznes forumda danışacağıq. İstərdik ki, fransız şirkətləri şəhərsalma layihələrində geniş şəkildə iştirak etsinlər. Bu, Azərbaycan üçün prioritetdir. Tullantıların işlənilməsi, aqroərzaq, nəqliyyat sahələrini qeyd etmək olar. Yeri gəlmişkən, nəqliyyat sahəsində müqavilələr imzalanacaqdır. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan dünyada ən müasir nəqliyyat sistemini tətbiq etmək arzusundadır. O cümlədən rəqəmsal, yüksək texnologiyaları tətbiq etmək istəyir. Bu sahələrdə isə fransız şirkətləri liderdir.
Biz, həmçinin mədəniyyət və təhsil sahəsində yüksək səviyyəli əlaqələrə malikik. Bu isə səfərin məhz Bakıdakı Fransız Liseyindən başlamasını bir daha izah edir. Həqiqətən bu, Azərbaycanın iqtisadi inkişafına töhfə verən fransız ailələrdən olan şagirdləri, o cümlədən ayıracağımız təqaüdlər hesabına Fransanın universitetlərinə tələbə kimi qəbul olunacaq Azərbaycan şagirdlərini qəbul edəcək müasir təhsil ocağına çevriləcəkdir. Bundan əlavə, Azərbaycan tədbirləri, məsələn, idman oyunlarını təşkil etmək arzusundadır. 2015-ci ildə Avropa Oyunları keçiriləcək, digər tədbirlər də sizi gözləyir. Bakı şəhərində “Formula-1” yarışı keçiriləcəkdir. Biz sizi həmin tədbirlərdə müşayiət etmək üçün ölkənizə gəlməliyik.
Eyni zamanda, regionlarımız arasında da əməkdaşlığımız genişlənməlidir. Bilirəm, burada bölgələrimizin bəzi nümayəndələri əyləşib ki, rayonlarımız və departamentlərimiz arasında əlaqələr qurulsun. Biz elə etməliyik ki, bölgələrimiz də Azərbaycanın inkişafında tam şəkildə iştirak etsin. Səfərin mənası bundan ibarətdir, onun məqsədi uzun perspektivlidir. Çünki hesab edirik ki, biz uzaq gələcəkdə daha böyük nəticələri, sərmayələri əldə edə bilərik. Bütün bunlar regionunuzun - Qafqazın gələcəyi ilə, Avropa və Fransa ilə bağlı olan gələcəklə əlaqəlidir və siz bununla daha yaxşı əlaqələrə nail olacaqsınız.
Cənab Prezident, göstərdiyiniz olduqca səmimi qonaqpərvərliyə görə bir daha minnətdaram. Sağ olun”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Dünən Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland biznes forumda iştirak ediblər.
Dövlət başçıları forumda çıxış ediblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland biznes forumda iştirak edən iş adamlarının suallarına cavab veriblər.
Daha sonra forumda iqtisadi sahədə əməkdaşlığa dair ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.
Azərbaycan-Fransa biznes forumu başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland birgə nahar ediblər.
Mərasimdə iştirak edən Azərbaycan əsilli məşhur fransız teatr və kino aktyoru, rejissor, Parisin “Marini” Teatrının bədii rəhbəri Rober Oseyn çıxış edərək deyib: “Mən bunu iftixar və fərəh hissi ilə bu ölkənin övladı kimi qeyd etmək istəyirəm. Çünki mən hər ikisi vətənim olan ölkələrimiz arasında böyük dostluğu, əgər belə demək olarsa, təcəssüm etdirirəm. Mən sevdiyim ölkədə - Fransada anadan olmuşam. Mən, həmçinin qibtə etdiyim ölkənin - Azərbaycanın oğluyam. Hər iki ölkə inkişaf edib. Bu ölkələrdə qadınlar, hətta digər ölkələrlə müqayisədə cəmiyyətdə daha mühüm yer tuturlar, kişilərlə bərabər mövqedədirlər. Fransa Respublikasının Prezidenti bilməlidir ki, bu paytaxt Bakı şəhərində həm sinaqoq, həm məscid, həm də kilsələr yan-yana mövcuddurlar, heç bir problem olmadan fəaliyyət göstərirlər”.
Rober Oseyn babasının Azərbaycanda doğulduğunu, atasının isə Səmərqənddə dünyaya gəldiyini bildirib. Qeyd edib ki, onlar Fransada yaşadıqları müddətdə dünya mədəniyyətinə və musiqisinə əvəzsiz töhfələr veriblər. Onların yaratdıqları əsərlər hazırda müxtəlif səhnələrdə səsləndirilir və bu gün həmin ənənə Rober Oseynin oğlu Pyer tərəfindən davam etdirilir.
Mərasimin sonunda dövlət başçıları ilə görüşən Pyer Oseyn Azərbaycan tarında ifa edib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Prezidenti Fransua Ollandı yola salıblar.
Fransa Respublikasının Prezidenti Fransua Olland mayın 12-də Şəhidlər xiyabanını ziyarət edib.
Mayın 12-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fransa Respublikasının Prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

