Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə nazirini qəbul edib

28.06.2014 [09:43]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Türkiyə Respublikasının Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlunu qəbul edib. Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident İlham Əliyevi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbrik edib. Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqdakı nitqinin ölkəsində böyük maraqla izlənildiyini deyib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının önəmi vurğulanıb, ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının bundan sonra da genişləndiriləcəyi əminliklə qeyd olunub. Dövlətimizin başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 782 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31