/ / Prezident İlham Əliyev ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə, Zığ gölünün kompleks bərpası layihəsi ilə tanış olub
Prezident İlham Əliyev ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə, Zığ gölünün kompleks bərpası layihəsi ilə tanış olub
04.02.2015 [09:54]
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olublar.
Maliyyə naziri Samir Şərifov dövlətimizin başçısına burada aparılan işlər barədə məlumat verib.
Əvvəllər bu ərazidən neftlə çirklənmiş torpaqların və məişət tullantılarının atılma məntəqəsi kimi istifadə olunub. Ötən ilin sentyabrından 16 hektar ərazidə abadlıq və yenidənqurma işləri aparılıb, torpaq qatı təmizlənib. Ərazinin 6 hektarında sürücülər üçün Təlim Mərkəzi yaradılır. Burada praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən yollar salınıb. Bu yollarda xüsusi döngələr və maneələrin yaradılması, müxtəlif yol şəraitini imitasiya edən avadanlığın quraşdırılması nəzərdə tutulur. Mərkəzdə minik və yük avtomobilləri, iritutumlu avtobuslar və motosiklet sürücüləri üçün peşəkar mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi planlaşdırılır. Yol hərəkəti təhlükəsizliyi üzrə təlim-tədris mərkəzi sürücülər üçün fərdi uyğunlaşdırılmış təlim proqramı təklif edir. Bunun da nəticəsində yolda hərəkət zamanı sürücülərin məsuliyyəti, diqqəti və təcrübələri artır. Bu məqsədlə tədris zamanı 5 təlim modulundan istifadə olunur. Burada 9 hektar ərazidə bir inzibati və dörd xidməti bina inşa edilir. İnzibati binada ümumi idarəetmə, mühasibatlıq, nəqliyyatın idarəetmə mərkəzi, treninq sinifləri, yeməkxana və digər inzibati otaqlar olacaq. Mərkəzdə, həmçinin sürücülərin tibbi yoxlama otağının, daxili dispetçer xidmətinin, işdən sonra avtobusları qəbuletmə və yoxlama məntəqəsinin yaradılması da nəzərdə tutulur. Layihəyə uyğun olaraq inşa edilən yanacaqdoldurma məntəqəsi, həmçinin təmir və texniki baxış binası da müasir səviyyədə qurulur. Burada bütün növ təmir və texniki baxışın həyata keçirilməsi mümkün olacaq. Binada 12 avtobusa eyni zamanda təmir və xidmət göstəriləcək. Burada işləyəcək ustalara avtobus istehsalçıları tərəfindən xüsusi treninqlər və peşəartırma kursları təşkil ediləcək. Binada növbəli iş rejimində çalışan usta və əməkdaşlar üçün istirahət otaqları da yaradılacaq. Ekoloji məsələlərə xüsusi diqqət yetiriləcək. Avtoyuma məntəqəsində işlənmiş suyun və ümumilikdə, ərazidə yağış sularının 85 faizi xüsusi qurğuda təmizlənərək təkrar istifadə ediləcək. Layihə fevralın sonunadək yekunlaşdırılacaq.
Ümumilikdə, “Bakubus” MMC-də 900-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. İşçilərin 650 nəfərini sürücülər təşkil edəcək. Avtobus parkı fəaliyyətini beynəlxalq təcrübəyə əsasən quracaq. Sürücülərə xüsusi geyim formaları veriləcək, avtobuslar şəhərə çıxmazdan əvvəl texniki baxışdan keçiriləcək.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.
Layihə dövlətimizin başçısının “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilir. Burada işlərin görülməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Qısa müddətdə gölün mühafizəsi təmin olunub, buraya məişət tullantılarının atılmasının qarşısı alınıb. Layihə çərçivəsində çirklənmə mənbələrinin, istismara yararsız neft quyularının və digər qurğuların ləğv edilməsi, gölün səviyyəsini saxlamaq üçün çirkab suların təmizlənərək buraya axıdılması, dib çöküntülərinin zərərsizləşdirilməsi işlərinin aparılması nəzərdə tutulur. Beləliklə, gölün ərazisi təbii məcrasına uyğunlaşdırılacaq. Hazırda gölün müfəssəl layihəsinin hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətlərin işə cəlb olunması ilə bağlı tədbirlər görülür. Gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmənin həyata keçirilməsi ilə əlaqədar təşkilati-təsərrüfat işlərinin görülməsi, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarında iştirak edəcək yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxıblar.
Avtobuslarda sərnişinlərin rahatlığını təmin etmək üçün hərtərəfli şərait var.
Prezident İlham Əliyevə “Bakubus” MMC-nin “İVECO” markalı yeni avtobusları barədə də məlumat verilib. İlkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb. Yeni avtobuslarda gediş haqqı kartla ödəniləcək. Bu kartdan həm də metroda istifadə olunacaq. Avtobuslardakı bütün materiallar yanğına, donmaya və buxarlanmaya davamlıdır. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə avtobusların salonlarında kameralar quraşdırılıb, qapılar xüsusi sistemlə təchiz edilib. Bu nəqliyyat vasitələrində uşaq və əlillər üçün xüsusi oturacaqlar qoyulub. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tapşırıq və göstərişlərini verib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

