Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfər edib
15.05.2015 [09:33]
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın mayın 14-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqı və xanımı May Thi Hanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Prezidentinə raport verib.
Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnam Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Çıonq Tan Şanqa, Vyetnam Sosialist Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın məhdud tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Sizin səfəriniz dostluq münasibətlərimizin inkişafı işində çox əhəmiyyətli addım olacaq. Ölkələrimiz arasında münasibətlərin inkişafından çox razıyıq. Biz bütün istiqamətlər üzrə əməkdaşlığı qətiyyətlə davam etdirmək niyyətindəyik. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və biz Vyetnam ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsi işində daha da irəli gedəcəyik. Bir daha xoş gəlmisiniz!”.
Vyetnam Prezidenti Çıonq Tan Şanq deyib: “Hörmətli cənab Prezident İlham Əliyev, əziz dostlar. Bu gün başçılıq etdiyim nümayəndə heyəti ilə Azərbaycan Respublikasına səfər etmək mənim üçün böyük şərəfdir. Mən Sizin Vyetnam Respublikasına səfərinizi yaxşı xatırlayıram. Həmin səfər zamanı biz ikitərəfli gündəliyin bir çox məsələlərini müzakirə etdik. Mən ölkələrimiz arasında münasibətlərin ildən-ilə inkişaf etdiyini qeyd etməyə şadam”.
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Prezident İlham Əliyev deyib: “Hörmətli cənab Prezident.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Bir qədər əvvəl məhdud tərkibdə görüş keçirdik, ölkələrimiz arasında strateji əməkdaşlığın mühüm məsələlərini müzakirə etdik. İndi nümayəndə heyətinin bütün üzvlərinin iştirakı ilə dialoqumuzu davam etdirəcəyik.
Cənab Prezident, Sizin ölkəmizə səfərinizə çox böyük əhəmiyyət veririk. Vyetnam bizim üçün dost ölkədir və ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Əlbəttə, mən ötən il Sizin ölkəyə səfərimi həmişə xatırlayıram. Apardığımız danışıqlar və qəbul etdiyimiz qərarlar münasibətlərimizin uğurlu inkişafını təmin edir. Siyasi dialoqu, iqtisadi sahədə, energetika sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün çox yaxşı perspektivlərimiz var. Humanitar əməkdaşlıq da münasibətlərimizin formatının ayrılmaz tərkib hissəsidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaq və əlaqələrimizin genişlənməsi üçün daha möhkəm zəmin yaradacaq. Cənab Prezident, Sizi və nümayəndə heyətinizin bütün üzvlərini bir daha salamlayıram”.
* * *
Prezident Çıonq Tan Şanq deyib: “Çox sağ olun, hörmətli cənab Prezident. Sizin ölkəmizə səfərinizdən düz bir il sonra Azərbaycana səfər edən Vyetnam nümayəndə heyətinə başçılıq etməyimə çox şadam. Bu, həm də onu göstərir ki, biz artıq ənənəvi dostlarımız, o cümlədən Azərbaycan ilə münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. İcazə verin, ilk növbədə, bizə göstərilən çox səmimi, təntənəli və qardaşcasına qəbula görə bütün nümayəndə heyətimizin adından Sizə minnətdarlığımı ifadə edim”.
* * *
Söhbət zamanı Azərbaycanın sovetlər dövründə Vyetnama yardımı, xüsusilə neft-qaz sahəsində kadrların hazırlanmasında köməyi yüksək qiymətləndirilib, bu ənənələrin davam etdirilməsinin vacibliyi bildirilib. Beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığın davam etdirildiyi vurğulanıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı diqqətə çatdırılıb. Neft-qaz sahəsində əməkdaşlığın gözəl perspektivə malik olduğu bildirilib. Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində yaxşı təcrübəyə malik olması nəzərə alınaraq, şəhər tikintisi, infrastruktur və nəqliyyat sahələrində ölkəmizlə təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edilib. Təhsil, kadr hazırlığı, tikinti, infrastruktur, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb.
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın iştirakı ilə Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub.
“SOCAR və Petrovietnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Vietnam Oil and Gas Group” şirkətinin prezidenti və baş direktoru Nquyen Kuok Kxan imzalayıblar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Vyetnamın kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Vu Van Tam imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Vyetnamın maliyyə nazirinin müavini Do Hoanq An Tuan imzalayıblar.
“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzalayıblar.
* * *
Mayın 14-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaqdır. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər çox uğurlu keçmişdir. Mənə göstərilən qonaqpərvərlik heç vaxt yadımdan çıxmaz. Hesab edirəm, bir il ərzində artıq Sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter daşıyır.
Bu gün biz ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş şəkildə müzakirə etdik. Bir daha gördük ki, bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələrini genişləndirmək fikrindədir. İlk növbədə, siyasi əlaqələrimiz inkişaf edəcəkdir. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir.
Bu gün, eyni zamanda, regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi apardıq. Mən cənab Prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illər bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə, işğal davam edir.
Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ərazimizin 20 faizi hələ də işğal altındadır. Bir daha qeyd etməliyəm ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirmişdir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqqı işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul etmişlər.
Bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlüyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir. Burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir.
Bu gün biz, əlbəttə ki, iqtisadi sahədə görülən işlər haqqında fikir mübadiləsi apardıq. Çox müsbət haldır ki, aramızda olan ticarət dövriyyəsi yüksək səviyyədədir, daha da yüksələ bilər. Buna nail olmaq üçün konkret tədbirlər planı hazırlanmalıdır. Biz bu barədə də danışdıq. Hesab edirəm ki, ticarət dövriyyəsinin artırılması üçün yaxşı imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edildi. Bu sahədə də həm Vyetnam, həm Azərbaycan şirkətlərinin artıq təcrübəsi vardır. Bu gün keçiriləcək biznes forumda əminəm ki, iki ölkənin biznes qurumları da bu məsələ ilə bağlı öz sözünü deyəcəklər. Bir sözlə, iqtisadi və ticarət əlaqələrimiz bizim ümumi əməkdaşlığa çox müsbət təsir göstərir və gözəl perspektivlər də vardır.
Təbii ki, ənənəvi olaraq neft-qaz sahəsində əməkdaşlıqla bağlı bu gün biz məruzələri də dinlədik. Bu sahədə çox gözəl təcrübə var. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamda neft-qaz sahəsində işləmişlər, öz təcrübələrini bölüşmüşlər. Bu gün də buna imkan var. Bu gün biz artıq Vyetnam şirkətlərini Azərbaycana dəvət edirik. Azərbaycanda zəngin neft-qaz yataqları vardır. İstərdik ki, Vyetnam şirkətləri də bizim yataqlarımızda, onların işlənməsində iştirak etsinlər. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR da artıq beynəlxalq enerji şirkətinə çevrilib və böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir.
Bu gün, eyni zamanda, humanitar sahədə əməkdaşlıq da diqqət mərkəzində idi. Burada da gözəl təcrübə, gözəl ənənələr var. Mən keçən il Vyetnamda olarkən vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə görüşmüşdüm. Çox səmimi bir görüş idi və mən onları Azərbaycana dəvət etdim. Şadam ki, onlar bir həftə bundan əvvəl Azərbaycana gəlib öz doğma yerlərinə bir daha baxıblar. Əminəm ki, Vətənə çox xoş təəssüratlarla qayıdıblar. Eyni zamanda, Vyetnam-Azərbaycan Dostluq Forumu da keçirilmişdir. Bu gün cənab Prezidentlə bir daha bu məsələ ilə bağlı öz fikirlərimizi bildirdik. Biz də istəyirik ki, Vyetnamdan daha çox tələbə Azərbaycana gəlsin və burada təhsil alsın. Beləliklə, bizim əlaqələrimiz daha da genişmiqyaslı ola bilər.
Bir sözlə, çıxışımı yekunlaşdıraraq qeyd etməliyəm ki, bizim əlaqələrimiz artıq yüksək səviyyədədir. Bir il ərzində iki dövlət səfəri həyata keçirilir. Bu, özlüyündə bir göstəricidir. Əlaqələrimizin mahiyyəti də çox müsbətdir, çox möhkəmdir. Gələcəkdə biz iki dost ölkə kimi əlaqələrimizi daha da genişləndirəcəyik və Vyetnam-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəyik.
Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm”.
Prezident Çıonq Tan Şanqın bəyanatı: “Hörmətli cənab Prezident İlham Əliyev.
Hörmətli dostlar.
Mən Azərbaycana səfər etmək imkanından çox məmnunam. Azərbaycan çox gözəl ölkədir, qədim tarixə, mədəniyyətə malikdir. Biz bilirik ki, bu ölkənin çox zəngin potensialı var və Azərbaycan bizə çox dost ölkədir. Bizə göstərilən səmimi qəbula və ehtirama görə cənab Prezident, Sizə, azərbaycanlı dostlarımıza minnətdarıq. Vyetnam nümayəndə heyətinə və mənə yüksək qonaqpərvərlik göstərilmişdir. Bizim ölkələrimiz arasındakı münasibətlər inkişaf edir.
Bizim bu gün cənab Prezident İlham Əliyev ilə çox məhsuldar və səmərəli danışıqlarımız oldu. Cənab Prezident ilə biz yekdilik ki, Vyetnam və Azərbaycan çox böyük imkanlara malikdirlər. Bu, bizə imkan verir ki, əlaqələrimizi, əməkdaşlığımızı, iqtisadi və ticari sahədə işbirliyimizi daha da artıraq və digər sahələrdə işləyək.
Biz, həmçinin qeyd etdik ki, artıq imzalanmış sazişlər həyatda öz əksini tapsın və bu gün imzalanan sazişləri də icra edək. Biz bu gün nəzərdən keçirməliyik ki, yaxın gələcəkdə daha hansı sazişləri imzalayaq ki, əməkdaşlığımızı daha da inkişaf etdirək.
Biz digər vacib məqamları da nəzərdən keçirdik. Hər iki tərəf razılığa gəldi ki, nümayəndə heyətlərinin səfərlərinin, xüsusən də yüksək səviyyəli səfərlərin sayı artsın. Cənab Prezident qeyd etdi ki, son bir il ərzində biz olduqca mühüm iki dövlət səfərini həyata keçirdik. Bu, bir daha bizim etimada əsaslanan münasibətlərimizi nümayiş etdirir. Bizim Xarici İşlər nazirliklərimiz arasında daha sıx məsləhətləşmələrin aparılması vacibdir ki, beynəlxalq səviyyədə atdığımız addımlarımızı əlaqələndirək. Nümayəndə heyətlərinin səfərləri daha da artmalıdır. Müxtəlif nazirliklər və qurumlar arasında səfərlər mübadiləsi aparılmalıdır. Biz imzalanmış sazişləri icra etməliyik”.
Vyetnam Prezidenti Çıonq Tan Şanq ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin də inkişaf etdiyini diqqətə çatdırıb, bu sahədə yaxşı perspektivlərin olduğunu bildirərək deyib: “Bizim ölkələrimiz arasında əməkdaşlıq artıb. 2014-cü ildə ticarət dövriyyəsi 422 milyon ABŞ dolları təşkil edib ki, bu da 2013-cü il ilə müqayisədə 30 faiz artım deməkdir. Qeyd etmək istəyirik ki, hökumətlərarası komissiyanın ilk iclası keçirilmişdir. Bu məqsədlə biz neft və qaz sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik. Bu, əməkdaşlıq üçün olduqca vacib bir sahədir.
Bu əlaqələrimizin strateji əsası var. Çünki Prezidentimiz Ho Şi Min vaxtilə Bakıda zəngin neft-qaz yataqlarına səfər etdikdə onun bir arzusu var idi ki, biz bu sahələrdə birgə işləyək”.
Vyetnamın Prezidenti regional təhlükəsizliyin təmin olunmasının sülh və danışıqlar yolu ilə həllinin vacibliyini bildirərək deyib: “Biz istərdik ki, məhz Vyetnam ilə Azərbaycan arasındakı əməkdaşlıq, dostluq geniş şəkildə inkişaf etsin. Bu, hər iki ölkəyə, bizə çox konkret fayda verəcəkdir.
Cənab Prezident, hörmətli dostlar, diqqətinizə görə çox sağ olun”.
Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər.
Dövlət başçıları forumda çıxış ediblər.
Biznes forumda Azərbaycandan və Vyetnamdan rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
* * *
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın və xanımı May Thi Hanın şərəfinə rəsmi qəbul təşkil edilib.
Dövlət başçıları rəsmi qəbulda çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

