Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Moldovanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Moldovanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

04.06.2015 [09:31]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı səfir İqor Bodiunun diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Moldova əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Fövqəladə və səlahiyyətli səfir İqor Bodiu qeyd edib ki, o, Azərbaycanın əsl dostu kimi ölkəmizi tərk edəcək. Moldovalı diplomat son illər Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. O, bütün bu uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edildiyini xüsusi qeyd edib. İqor Bodiu ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini, fəaliyyəti dövründə müxtəlif səviyyəli səfərlərin təşkil edildiyini, əlaqələrimizin sosial-mədəni sahələrdə fəal şəkildə inkişaf etdirildiyini vurğulayıb.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30