Təhsil və mədəniyyət işçiləri Konstitusiya islahatlarını dəstəkləyir
04.03.2009 [16:57]
Dünən “Yeni Azərbaycan” təşviqat qrupunun Abşeron rayon şöbəsi Xırdalan şəhərində təhsil və mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşü giriş nitqi ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev bildirib ki, Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu ölkənin bütün bölgələri üzrə seçicilərlə görüş keçirir, Azərbaycanın demokratik inkişafına xidmət edən əlavə və dəyişikliklər barədə ətraflı maarifləndirmə işi aparır: “Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, iqtisadi, sosial potensialı artır. Bu gün Azərbaycanda elə bir sahə tapmaq mümkün deyil ki, orada böyük işlər, islahatlar nəzərə çarpmasın. Həmçinin, hüquq sahəsində görülən işlər Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması prosesinə öz müsbət töhfəsini verib, insan hüquq və azadlıqlarının möhkəmləndirilməsinə xidmət edib. Lakin bu prosesin davamlı olması, gələcəkdə baş verə biləcək problemlərin indidən aradan qaldırılması üçün Konstitusiyada olan boşluqları aradan qaldırmağa, islahatlar aparmağa ehtiyac yaranıb”.
Natiq qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklər insanlarımızın hüquqlarının artırılmasına, onların sosial rifah halının yüksəldilməsinə, ölkədə demokratiyanın inkişafına xidmət edir.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun vəkili, APİ-nin rektoru Yusif Məmmədov referendumun keçirilməsi prosedurları haqqında danışıb. Natiq, eyni zamanda, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib: “Təklif olunan əlavə və dəyişikliklər sırasında əsaslı və texniki dəyişikliklər var. Məsələn, 17-ci maddəyə təklif olunan əlavə ilə dövlətimiz mühüm bir addım atmış olur. Yəni, dövlət kimsəsiz uşaqları himayəyə götürməklə gələcəyimizi, genofondumuzu qoruyur. Milli Bankın, Prezident Aparatının adının dəyişdirilməsi isə texniki xarakterlidir”.
Natiq çıxışının sonunda vurğulayıb ki, Konstitusiya islahatları xalqımızın firavan yaşamasına, dövlətimizin demokratik yolla inkişafına hesablanıb.
Onu da qeyd edək ki, “Yeni Azərbaycan” təşviqat qrupunun Abşeron rayon şöbəsinin tədbirində öncə sadə vətəndaşların Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı nə dərəcədə məlumatlı olduğunu öyrənmək məqsədilə sorğu keçirdik.
Elnur Zeynalov - sakin:
- Mən Azərbaycan xalqını Konstitusiyaya əlavə və dəyişikliklərə səs verməyə çağırıram. Xalqımız bu layihəyə səs verməklə öz gələcəyini sosial cəhətdən təminat altına almış olur.
Səriyyə Səlimova - sakin:
Dəyişikliklərlə tanış olmuşuq. Əlavə və dəyişikliklər dövlətimizin inkişafına, insanların rifah halının daha da yaxşılaşmasına xidmət edir.
Samirə Məmmədova - sakin:
- Biz hər zaman dövlətçiliyə bağlı insanlarıq. Bu dəfə də dövlətimizin yanındayıq və referenduma çıxarılan məsələlərə səs verəcəyik.
Mənsumə İsayeva - sakin:
- Əlavə və dəyişiklikləri dəstəkləyirəm. Martın 18-də keçiriləcək referendumda bu dəyişikliklərin lehinə səs verəcəyəm. İnanıram ki, ölkəmiz hər zaman olduğu kimi demokratik yolla irəliləyəcək və daha da inkişaf edəcək.
Samirə Əzimova - sakin:
- Bu gün Azərbaycan çox inkişaf edib. Təklif olunan məsələlər insanlarımızın həyat səviyyəsini daha da artıracaq. Mən də hamı kimi, bu əlavə və dəyişikliklərin lehinə səs verəcəm.
Xanverdi Kazımov - sakin:
- Dövlətimiz vətəndaşlarının sosial qayğılarını öz ali məqsədi saymağı planlaşdırır. Təbii ki, bu ölkənin vətəndaşı olaraq, həmin məsələnin reallaşdırılmasını dəstəkləmək lazımdır.
çinarə Əliyeva - təhsil işçisi:
- Bizlərə təqdim olunan əlavə və dəyişikliklərlə əyani tanış olduqdan sonra hər şey bəlli olur. Müxalifət yalandan bəyan edir ki, guya bu məsələlər düz deyil. Amma məsələlərə nəzər saldıqda bəlli olur ki, onlar yenə də xalqı aldadır. Burada qeyd olunanlar dövlətin insana qayğısını artırır. Mən də hamı kimi, bu əlavə və dəyişikliklərin tərəfdarıyam.
İradə Süleymanova - sakin:
- Olduqca mühüm və gözəl dəyişikliklərdir. Hər bir maddə xalqın yaşayışını gözəlləşdirməyə yönəlib. Mən də hamı kimi, bu məsələləri dəstəkləyirəm.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

