/ / Prezident İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
22.09.2015 [10:07]
Sentyabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Respublika Əlillərin Bərpa Mərkəzi 1986-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda bu sahədə ilk tibb ocağı kimi fəaliyyətə başlayıb. Müəssisənin ilk adı “Respublika Əlillərin Həkim-Əmək Ekspertizası və Sosial Reabilitasiya Dispanseri” olub. Bir neçə il sonra “Dispanser” sözü “Mərkəz” sözü ilə əvəz edilib. 1992-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Mərkəz iki yerə ayrılıb: Respublika Həkim Əmək Ekspertizası Mərkəzi və Respublika Əlillərin Bərpa Mərkəzi. Mərkəz üçün 1994-cü ildə dördmərtəbəli korpus inşa edilib və 1998-ci ildə əlavə funksional diaqnostika şöbəsi yaradılıb. O vaxtdan burada əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. 2013-cü ildə Mərkəzdə başlayan yenidənqurma işləri artıq yüksək səviyyədə başa çatıb.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Binanın foyesində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud olan insanlara qayğısı, onlar ilə keçirdikləri görüşləri əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Prezident İlham Əliyevin 2015-ci il martın 16-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti yaradılıb. Respublika Əlillərin Bərpa Mərkəzi hazırda həmin xidmətin tərkibində fəaliyyət göstərir. Mərkəz yarandığı vaxtdan bu günədək respublikada olan bütün əlillərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlıqlarını itirmiş Qarabağ müharibəsi əlillərinin, 20 Yanvar, Çernobıl, Əfqanıstan hadisələri zamanı əlil olmuş insanların müayinə və müalicəsində yüksək peşəkarlıq göstərir. Mərkəzdə fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri var.
Fizioterapiya və psixoloji korreksiya şöbəsində parafin vannaları, su ilə müalicə kabinetləri, hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar fəaliyyət göstərir. Bu şöbədə, həmçinin müasir fizioterapiya aparatları, skelet dartması üçün traksion masa və müasir kineterapiya aparatları var. Böyük idman zalı, həmçinin əlavə məşğələ otaqları müasir avadanlıq və qurğularla təmin edilib. Burada robot aparatlar da quraşdırılıb. Bu robot aparatlar vasitəsilə hərəkət funksiyası məhdud xəstələr hərəkət edirlər.
Hazırda ölkədə əlillərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu da Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini açıq göstərir. Odur ki, dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Bu çərçivədə son illərdə əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi təkmilləşdirilib, yeni hüquqi normativ aktlar qəbul edilib. Əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin edilib.
Dövlətimizin başçısına tibbi sosial reabilitasiya şöbəsində yaradılan şəraitlə bağlı da məlumat verilib. Əlli çarpayılıq şöbədə palatalar 1, 2 və 3 nəfərlikdir. Otaqların hamısında məhz bu kateqoriyadan olan insanların rahat yaşaması üçün lazımi şərait yaradılıb.
Bərpa müalicəsi alanların mərkəzə qəbulu tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən həyata keçirilir. Mərkəzdə 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir. Birinci qrup əlillər 21 gün, ikinci və üçüncü qrup əlillər isə 18 gün tam bərpa kursu keçirlər. Bu müddətdə onlar gündə üç dəfə sağlam və təbii qida ilə təmin olunurlar. Mərkəz il ərzində 1000 nəfərə yaxın əlilin reabilitasiya və müalicəsi ilə məşğul olur. Əlillərin xarici ölkələrdə də müalicəsinə diqqət göstərilir. Mərkəzin həkim və tibb heyəti vaxtaşırı xarici ölkələrdə təkmilləşmə kursuna cəlb olunur, öz bilik və bacarıqlarını artırır.
Funksional diaqnostika şöbəsində xəstələrin diaqnostikası üçün ən müasir avadanlıq quraşdırılıb.
Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli ölkədə həmişə diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxtda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilib. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilib. Respublika Əlillərin Bərpa Mərkəzində yaradılan şərait də bir daha sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Bu ildən başlayaraq Mərkəzdə xəstələr üçün mütaliə otağı da istifadəyə verilib. Xəstələr həm kitablardan, həm də elektron kitabxana sistemindən istifadə edə bilərlər.
Bildirilib ki, Mərkəz, həmçinin bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanlarla bağlı məlumat bankının yaradılmasını da həyata keçirir.
Mərkəzin həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35

