Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
07.04.2009 [18:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dünən Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda nitq söyləyib. Dövlət başçısı bildirib ki, 2009-cu ildə ölkəmizin uğurlu inkişafı davam edir, bütün sahələrdə müsbət meyillər daha da güclənir, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası icra olunur.
Prezident İlham Əliyev vurğulayıb ki, 2009-cu ildə qarşıda duran bütün vəzifələr icra olunmalıdır, konkret proqramlar icra edilməli, nəzərdə tutulan bütün məsələlər həyatda öz əksini tapmalıdır: “Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Uzun illərdir ki, ölkədə sabitlik, əmin-amanlıq hökm sürür və bu amillər hər bir ölkə, o cümlədən Azərbaycan üçün, hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Bu yaxınlarda keçirilmiş ümumxalq səsverməsi - referendum və Azərbaycan xalqının qoyulan məsələlərə münasibəti bir də onu göstərir ki, Azərbaycanda xalqla iqtidar arasında vəhdət möhkəmlənib, güclənib və bu da çox sevindirici haldır. Bütün bunları biz gündəlik həyatda görürük, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasında, ictimai-siyasi vəziyyətin düzgün istiqamətdə inkişaf etməsində görürük. Əlbəttə, bu, bizə əlavə imkan yaradır ki, islahatları daha da uğurla aparaq”.
“Azərbaycan öz müstəqil siyasətini milli maraqlar üzərində qurub. Milli maraqların qorunması bizim üçün ən başlıca, ən ümdə vəzifədir və bu istiqamətdə ölkəmiz böyük nailiyyətlər əldə edib”, - deyən Prezident İlham Əliyev əlavə edib ki, müstəqil siyasət aparmaq imkanlarımız Azərbaycanın hərtərəfli inkişafına çox böyük töhfə verir: “Biz istər ölkədaxili, istər xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik və bundan sonra da bu siyasət davam etdiriləcəkdir”.
ölkə rəhbəri vurğulayıb ki, Azərbaycanın iştirakı olmadan, regionda böyük geosiyasi əhəmiyyətə malik olan təşəbbüslər heç vaxt icra oluna bilməzdi.
Prezident İlham Əliyev söyləyib ki, Azərbaycan bölgədə sabitləşdirici rolunu oynayır: “Bunu artıq həyat göstəribdir. Keçən il Cənubi Qafqazda yaşanan siyasi və hərbi böhran Azərbaycana öz mənfi təsirini göstərməmişdir. Düzdür, müəyyən, qısa müddət ərzində bizim enerji və nəqliyyat imkanlarımız məhdudlaşdı, ancaq biz çevik siyasət aparmaqla, qısa vaxt ərzində yeni nəqliyyat istiqamətlərini işə sala bildik. Beləliklə, ən az itkilər verməklə o vəziyyətdən şərəflə çıxdıq, iqtisadi maraqları qoruduq. Onu da deyə bilərəm ki, Azərbaycan bir daha etibarlı tərəfdaş və sabitləşdirici amil kimi öz rolunu göstərə bilmişdir. Hazırda dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyübdür. Böyük ölkələr, kiçik ölkələr, region ölkələri bu böhrandan əziyyət çəkir. Hamımız yaxşı bilirik ki, müxtəlif ölkələrdə iqtisadi və sənaye tənəzzülü 20, 30, 50 faizlə ölçülür. ölkələrin milli valyutaları qiymətdən düşür. O cümlədən MDB məkanında, bizim regionumuzda milli valyutalar 10 faiz, 20 faiz, 30 faiz, 50 faiz səviyyəsində qiymətdən düşür. Bu nə deməkdir?! O deməkdir ki, milli pul qiymətdən düşdükcə, alıcılıq qabiliyyəti də azalır və beləliklə, insanlar bundan birbaşa əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət tam başqadır. Bizim milli valyutamız - manatımız sabitdir və sabit olaraq qalacaqdır. Bütün dünyada, demək olar ki, dünya ölkələrində 2009-cu ilin birinci rübündə iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda isə iqtisadi artım müşahidə olunur. Bəzi bədxahlar - Azərbaycana paxıllıqla yanaşan və bizim uğurlarımızı qəbul etmək istəməyən dairələr, adətən, Azərbaycanın uğurlu iqtisadi inkişafını neft amili ilə bağlayırlar. İndi neftin qiyməti 3-4 dəfə aşağı düşübdür. Bu il müəyyən səbəblərə görə Azərbaycanda neft hasilatı aşağı düşübdür. Amma buna baxmayaraq, Azərbaycanın iqtisadiyyatı artır. Birinci rübün ilkin rəqəmləri artıq mənə çatdırılıb, indi tam təhlil aparılır. Rəqəmlər göstərir ki, birinci rübdə Azərbaycanda qeyri-neft sektorunda 14 faiz artım var. Budur bizim iqtisadi və siyasi islahatlarımızın nəticəsi. Budur real iqtisadiyyatı şaxələndirmə siyasətinin nəticəsi. Biz buna nail ola bilmişik. Daxili istehsalı təşviq etməklə, kreditlərin verilməsini təmin etməklə, özəl sektorun maraqlarını müdafiə etməklə və digər tədbirlər nəticəsində neft amilindən asılılığımızı xeyli dərəcədə azalda bilmişik. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha böyük addımlar atılacaqdır. Yəni nə siyasi, nə hərbi, nə iqtisadi böhran müstəqil Azərbaycan dövlətinə təsir etmir və biz çalışmalıyıq ki, mümkün olan təsiri maksimum dərəcədə azaldaq. Əlbəttə ki, bu müddət ərzində biz müəyyən çətinliklər çəkən müəssisələrə əlavə yardımlar etməliyik, o cümlədən onları maliyyə resursları ilə təmin etməliyik. Sosial cəhətdən ən az təmin olunmuş insanlara ünvanlı sosial yardımın məbləği gələcəkdə daha da artırılmalıdır. Sosial müdafiə məsələləri həmişəki kimi diqqət mərkəzində olacaqdır. Beləliklə, mən əminəm ki, Azərbaycan bu çətin, qlobal maliyyə və iqtisadi böhrandan şərəflə, üzüağ çıxacaqdır”.
Dövlət başçısı qeyd edib ki, baxmayaraq ki, son illərdə hərbi potensialımız böyük dərəcədə güclənmişdir, ancaq biz hələ də müharibə şəraitində yaşayırıq və belə olan halda, hərbi sahəyə, ordu quruculuğuna daim ən böyük diqqəti göstərməliyik: “Qarşı tərəf də bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır. öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir. Bu yaxınlarda beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də müzakirə olunan və qəbul edilmiş qərarlar bir daha bizim haqlı olduğumuzu göstərir”.
İclasda Azərbaycanda mövcud olan daxili ictimai-siyasi sabitlik, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional vəziyyət, qonşu ölkələrlə münasibətlər və digər məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48

