Azərbaycan Prezidenti İlham Əliyevin və Roma Papası Fransiskin görüşü olub
03.10.2016 [10:04]
Oktyabrın 2-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub.
Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz Zati-müqəddəsləri. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Bu səfəriniz tarixi səfərdir. Mən şadam ki, səfəriniz çox yaxşı keçir.
Roma Papası FRANSİSK dedi:
-Çox sağ olun. Mən Sizə təşəkkürümü bildirirəm. Belə xoş hava ilə müşayiət olunan günə görə də Sizə minnətdaram. Mən bilirəm ki, Vatikanda səfərdə olmusunuz. Mən o səfərə görə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Həmçinin səfərə başladığım zaman mənə göstərdiyiniz səmimi qəbula görə Sizə minnətdaram.
Prezident İlham ƏLİYEV: Çox minnətdaram ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana səfər edirsiniz. Ümid edirəm ki, Siz Vətənə xoş təəssüratlarla qayıdacaqsınız. Səfəriniz həm Vatikan–Azərbaycan əlaqələri, eyni zamanda, sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir.
Roma Papası FRANSİSK: Mən, ümumiyyətlə, qeyd etmək istəyirəm, indiki zamanda, xüsusilə də Avropa dövlətlərinə bu sözləri aid etmək olar ki, bizim hamımız üçün çox vacib olan zənginliklərə, mənəvi dəyərlərə gəldikdə, bunlar xüsusi əhəmiyyət kəsb edir. Bir halda ki, bu hadisələr baş verir və əslində bu, insanlar üçün indiki zamanda olduqca lazımlı bir məqamdır. Biz yalnız onunla öz əlaqələrimizin məhsuldarlığı haqqında danışa bilərik. Biz bilirik ki, bu gün Sizin qədim torpağınızdayıq. Həmçinin bunu da bilirik ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib.
Prezident İlham ƏLİYEV: Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, sülh, mehribanlıq şəraitində yaşayır.
X X X
Sonra Prezident İlham Əliyevin ailə üzvləri Roma Papası Fransisklə görüşdülər.
Papa Fransisk Prezident İlham Əliyevin ailə üzvlərinə hədiyyələr təqdim etdi.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olundu.
Roma Papası bildirdi ki, onun Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.
Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim etdi.
Prezident İlham ƏLİYEV dedi: Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir.
Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə etdi. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.
Sonda xatirə şəkli çəkdirildi.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

