Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

14.06.2017 [10:15]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Sotir Tsatsarov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tərəfindən həyata keçirilən işlərə öz rəğbətini ifadə edən Bolqarıstanın baş prokuroru respublikamızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildirib. Qonaq hər iki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, bu əməkdaşlığın yüksək peşəkar səviyyədə və dostluq şəraitində aparıldığını vurğulayıb və Bakıya səfərini mövcud əlaqələrin davamı kimi dəyərləndirib.
Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Özünün Bolqarıstana, Bolqarıstan Baş nazirinin Azərbaycana səfərini xatırlayan dövlətimizin başçısı bu səfərlərin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Azərbaycan ilə Bolqarıstanın bütün sahələrdə əlaqələrinin hər iki ölkənin rəhbərlikləri arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı dəstək səviyyəsinə qaldırılmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev prokurorluq orqanlarının yaxşı əməkdaşlığının ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə xidmət etdiyini deyib və bu səfərin münasibətlərimizin perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını bildirib.
Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 995 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30