ABŞ-ın qanunverici orqanının birtərəfli mövqeyi qaçqın və məcburi köçkün gəncləri məyus edir
18.12.2009 [09:34]
ABŞ Nümayəndələr Palatasının və Senatın 2010-cu ildə Ermənistana və Dağlıq Qarabağ ermənilərinə iqtisadi yardım paketini qəbul etməsi məsələsi Azərbaycan ictimaiyyətində təəssüf doğurmaqdadır. Azərbaycanın mediası hələ də bu məsələni müzakirə edir, müxtəlif QHT-lər, ictimai təşkilatlar bu məsələ ilə bağlı narahatlıqlarını ABŞ Prezidenti Barak Obamaya çatdırmaq üçün bəyanatlar qəbul edirlər. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı da etirazını bildirmək məqsədilə bəyanat yayıb. Bəyanatda deyilir: “Cənubi Qafqaz bölgəsində müharibə və terror ocağı yaradan Ermənistan hələ də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal altında saxlayır. Zəbt olunmuş Azərbaycan ərazisində dünyanın heç bir dövləti tərəfindən tanınmayan separatçı rejim beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərməkdədir. Hazırda Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı sülh danışıqları prosesində qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Azərbaycan xalqı, xüsusilə də biz qaçqın və məcburi köçkünlər 20 ilə yaxındır ki, erməni terror və təcavüzündən əziyyət çəkirik. Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin və qərarlarının həyata keçirilməsi indiyədək təmin edilməmişdir. Vəziyyətin bu cür davam etməsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasına təhlükə yaratmaqdadır”.
Bəyanatda, həmçinin, vurğulanır ki, Azərbaycan xalqının səbrinin tükəndiyi bir vaxtda, ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon ABŞ dolları məbləğində vəsait ayırması qaçqın və məcburi köçkün gənclərdə hiddət və təəssüf hissi doğurur: “çünki etnik təmizləməyə məruz qalan, ərazisinin 20 faizi işğal edilən və 1 milyona yaxın qaçqını olan ermənilər deyil, Azərbaycan xalqıdır. Belə olan halda maddi dəstək zərər çəkən xalqa, yoxsa, işğalçıya göstərilməlidir? Bu vəsaiti ayırmaq Ermənistanın hərbi təcavüzkarlıq və terror siyasətinə dəstək vermək deyilmi? Qarabağ probleminin həlli missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətin qanunverici orqanının bu cür birtərəfli mövqeyi biz qaçqın və məcburi köçkün gəncləri məyus edir. Biz ABŞ Prezidenti Barak Obamanı özünün veto hüququndan istifadə edərək, Dağlıq Qarabağdakı erməni separatçılarına maddi yardım göstərilməsinin qarşısını almağa çağırırıq. İnanırıq ki, ABŞ Prezidenti bizim çağırışımızı dəstəkləyəcək və separatçı quruma maddi yardım göstərilməsi məsələsinə razılıq verməyəcəkdir”.
Bir daha xatırladaq ki, ABŞ Konqresinin Ermənistana və Dağlıq Qarabağ ermənilərinə ayırdığı iqtisadi yardım paketi çərçivəsində işğalçı dövlət Ermənistana 41 milyon dollar, separatçı Dağlıq Qarabağ ermənilərinə isə 8 milyon dollar məbləğində iqtisadi yardım ayrılıb. Azərbaycan ictimaiyyətini isə narahat edən əsas məqam ölkəmizin ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini, münaqişənin ədalətli həllinə çalışdığını dəfələrlə ən yüksək səviyyələrdə bəyan etmiş ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verməsidir. Bu, beynəlxalq aləmdə ABŞ-ın demokratik imicinə ciddi zərbə vurur və rəsmi Vaşinqtona qarşı inamsızlığı gücləndirir. Digər tərəfdən, əksər ekspertlərin də qeyd etdikləri kimi, indiki halda ABŞ Konqresinin Dağlıq Qarabağa 8 milyon dollar yardım ayırması Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, separatçılığa dəstək, haqsızlıq və ədalətsizlikdir. Daha doğrusu, Dağlıq Qarabağın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgəsi olduğunu, hazırda bu bölgədə özünü müstəqil dövlət elan etmiş separatçı rejimin mövcudluğunu nəzərə alsaq, ABŞ-ın son addımı heç bir şəkildə anlaşılan deyil.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

