Prezident İlham Əliyev: Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır
02.10.2019 [09:51]
Prezident İlham Əliyev ölkəmizdə keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb
Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə keçirilən növbəti siyahıyaalınma barədə Prezident İlham Əliyevə məlumat verən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib: “Cənab Prezident, Fərmanınıza əsasən bu gün ölkədə əhalinin siyahıyaalınmasına start verilir. İlk növbədə, cənab Prezident, tərtib olunmuş siyahıyaalma və sorğu vərəqələrinin cavablandırılmasını Sizdən xahiş edərdik. Bu siyahıyaalınmanın keçirilməsi zərurəti ondan irəli gəlir ki, son illərdə insanların yaşayış, mənzil şəraitində çox ciddi dəyişikliklər baş vermişdir. Miqrasiya proseslərində də müəyyən dəyişikliklər olmuşdur. Bütün bunlar nəzərə alınaraq keçirilən bu siyahıyaalmanın nəticəsində insanların rifah halında, onların gəlir mənbələrində, mənzil-məişət şəraitində baş verən dəyişikliklərlə yanaşı, əhalinin ailə tərkibi, ev təsərrüfatlarının tərkibi, hər bir şəxs barədə toplanılan məlumatlar ölkədə həm daxili, həm xarici miqrasiya proseslərinə, eyni zamanda, insanların məşğulluq statusuna, onların gəlir mənbələrinə, təhsil səviyyəsinə dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaq”.
Tahir Budaqov ilk dəfə olaraq siyahıyaalınmaya sosial statusla bağlı məsələlərin daxil edildiyini bildirib. O, siyahıyaalınmada Strateji Yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı sualların da nəzərə alındığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev deyib: “Çox yaxşı. Bu, hər bir ölkə üçün çox önəmli tədbirdir. Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir.
Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda, qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun”.
Dövlət Statistika Komitəsinin əməkdaşı Zəbihə Əsgər deyib: “Cənab Prezident, BMT-nin tövsiyələrinə əsasən siyahıyaalmanın iki əsas sənədi var ki, bunlardan biri siyahıyaalma vərəqi, digəri isə sorğu vərəqidir. Siyahıyaalma vərəqinin doldurulmasının məqsədi ev təsərrüfatları haqqında məlumat əldə etməkdir”.
Sonra Prezident İlham Əliyev siyahıyaalma və sorğu vərəqələrində nəzərdə tutulan sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

