"Bakı İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin rəsmi bağlanış mərasimi keçirilib
19.12.2009 [22:17]
Sarayın foyesində Mədəniyyət ili çərçivəsində keçirilmiş tədbirləri əks etdirən fotosərgi təşkil edilib. Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri, tanınmış elm adamları, mədəniyyət xadimləri iştirak ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-23-də Liviyanın Tripoli şəhərində “İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması” mövzusunda keçirilmiş V konfransının qərarı ilə Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib.
Nazir vurğulayıb ki, bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibətilə seçilməlidir. Bundan əlavə, İslam mədəniyyətinin paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi-mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır. Azərbaycanın paytaxtı Bakı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verdiyindən İslam mədəniyyətinin növbəti paytaxtı elan edilib.
Mədəniyyət və turizm naziri deyib ki, paytaxtımızın belə yüksək adı daşımasına Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə göstərdiyi qayğı və diqqət sayəsində nail olmuşuq.
“Bakı İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ilinin təntənəli açılış mərasiminə Avropa və İslam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və digər şəxslər qatılıblar. Mədəniyyət ili çərçivəsində ölkəmizdə ümumilikdə 500-dən çox tədbir keçirilib. Bu tədbirlər sırasında Azərbaycana həsr olunmuş sənədli filmin nümayişi, “Qədim Bakı” kitabının təqdimatı, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertlər, Beynəlxalq Muğam Festivalı və digər tədbirlər mühüm yer tutur.
Cari ildə Azərbaycanda doqquz ölkənin mədəniyyət günlərinin təşkil edildiyini diqqətə çatdıran nazir vurğulayıb ki, dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı layihələr həyata keçirilib. “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” internet saytının açılışı isə bu möhtəşəm tədbirlərin bütün dünyaya çatdırılmasına xidmət edib. Hazırda Bakı şəhərinə “Dialoq paytaxtı” statusu verilməsi üzərində işləyirik.
Tədbirdə çıxış edən İSESKO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Hadi Azizzadeh deyib ki, “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanı bütün dünyada bir daha tanıdıb. Bu tədbirlər yüksək səviyyədə təşkil olunub və İSESKO bunu yüksək qiymətləndirir. Bu tədbirlərdə, demək olar, bütün İslam ölkələri yaxından iştirak edib.
Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının əhəmiyyətindən danışan qonaq bildirib ki, bu tədbir müsəlman ölkələri arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə, gələcək inkişafına xüsusi təkan verəcək.
Azərbaycanda mədəniyyət ocaqlarının müasir üslubda yenidən qurulmasını xüsusi qeyd edən Hadi Azizzadeh deyib ki, bütün bunlar Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqətin göstəricisidir. Tədbir geniş musiqi proqramı ilə davam edib. Gecədə “Bakı - 2009” filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

