İslam mədəniyyətinin paytaxtı - BAKI
19.12.2009 [22:18]
Odlar yurdu Azərbaycan qədim olduğu qədər köklü, milli və mənəvi sərvətlərə məxsus zəngin mədəniyyətli bir xalqın məmləkətidir. Bu gün müasir Azərbaycan əsrlərin sınağından çıxıb müstəqillik illərinə kimi qorunaraq gəlib çatan incəsənət nümunələri, milli sərvətləri ilə haqlı şəkildə öyünməkdədir. Bu mənəvi zənginlik heç də dünya xalqlarının diqqətindən kənarda deyil. Xalqımızın milli musiqi sənətinin incisi sayılan muğam, aşıq sənəti Azərbaycanı bütün dünyaya humanist, qonaqpərvər və istiqanlı insanları olan dövlət kimi tanıdır, sevdirir. Bu diyarın milli-mənəvi sərvətləri təkcə muğam, saz sənəti ilə məhdudlaşmır. Hazırda, dünya, Azərbaycanı Qərbə açıq, bununla paralel milli adət-ənənələrinə, mənsub olduğu İslam dininə və nəhayət, soy kökünə bağlı tolerant ölkə kimi qəbul edir. Əgər belə olmasaydı, beynəlxalq əhəmiyyətli müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi bu ölkəyə, bu şəhərə İslam dünyasının mədəniyyət paytaxtı gözü ilə baxılmazdı. 2009-cu ilin Bakının İslam mədəniyyətinin paytaxtı olaraq tarixə düşməsi bunun əyani sübutudur. Heç kimə sirr deyil ki, möhtəşəm layihə çərçivəsində “küləklər şəhəri” müsəlman ölkələrinin mədəniyyətini, tarixini, adət-ənənələrini özündə ehtiva edən müxtəlif tədbirlərin şahidinə və iştirakçısına çevrildi.
Əvvəla, qısaca olaraq, layihənin tarixindən söhbət açmaq istərdik. Belə ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) tərəfindən irəli sürülən “İslam mədəniyyətinin paytaxtları” ilkin proqramı 2001-ci ildə 29-31 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən mədəniyyət nazirlərinin III İslam Konfransında təsdiqini tapan qətnamə əsasında qəbul olunub. Qətnaməyə görə, İslam Konfransı Təşkilatına üzv dövlətlərin təklif edəcəkləri şəhərlər arasından İSESKO ərəb, Asiya və Afrika regionlarının hər biri üçün bir şəhər olmaqla, hər il üç şəhər seçilməli idi. Beləliklə də, İslam mədəniyyətinin ilk paytaxtı olaraq Səudiyyə Ərəbistanında yerləşən Məkkə Əl Mükərrəm şəhəri seçildi. Məkkə şəhərindən sonra ərəb, Asiya və Afrika regionlarından 30 şəhər 10 il ərzində İslam mədəniyyətinin paytaxtları elan olunmalı idi.
2004-cü ildə dekabrın 15-dən 17-nə kimi Əlcəzairdə Mədəniyyət Nazirlərinin IV İslam Konfransında 2005-2014-cü illər üçün nəzərdə tutulan “İslam mədəniyyətinin paytaxtları” proqramı təsdiqləndi. Sözügedən proqrama uyğun olaraq, İslam Mədəniyyətinin Paytaxtı kimi seçiləcək şəhər ölkə və region səviyyəsində mühüm tarixi keçmişə malik olmalı, həmçinin, İslam, o cümlədən də, bəşər mədəniyyətinə elm, incəsənət, ədəbiyyat sahəsindəki töhfələrinə görə xüsusi yeri olmalı, bundan başqa, elmi tədqiqat mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. 2007-ci ildə Liviyanın Tripoli şəhərində keçirilən mədəniyyət nazirlərinin V İslam Konfransında Bakı şəhərinin 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması və Mədəniyyət Nazirlərinin növbəti VI Konfransının Bakıda keçirilməsi qərara alındı. Və bu qərarın ardınca paytaxt Bakının mərkəzi küçələri, mədəniyyət ocaqlarının və kitabxanaların qarşısında rəngbərəng zolaqlı bayraqlar asılmağa başladı. Bu bayraqlar ölkəmizin mədəni həyatında çox böyük və əlamətdar bir hadisənin təzahürü idi. Bəli, günü-gündən inkişaf edən Azərbaycan, xüsusilə də, Bakı ölkəmizin paytaxtı olmaqla yanaşı, həm də İslam mədəniyyəti paytaxtı şərəfinə layiq görüldü.
Odlar yurdunda İslam mədəniyyətinin paytaxtı layihəsininin təntənəli açılış mərasimi Heydər Əliyev Sarayında reallaşdı. İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Heydər Əliyev Sarayında keçirilən təntənəli açılış mərasimində “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin emblemini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev Bakının İslam mədəniyyətinin paytaxtı elan olunmasında həm İslam Konfransı Təşkilatının, həm də İSESKO-nun çox böyük rolunun olduğunu vurğulayaraq deyib ki, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın böyük dostudur və onun fəaliyyəti hesabına İSESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir.
“Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində keçirilən ilk tədbirlərdən biri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq artisti, “Şöhrət” ordenli Afaq Məlikovanın rəhbərliyi ilə Azərbaycan Dövlət rəqs ansamblının konserti oldu. Silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan muzeylərində İslam mədəniyyətinə aid qorunub saxlanılan eksponatlardan ibarət sərgi təşkil edildi.
Son 100 ildə Azərbaycan və ümumən İslam dünyasında yetişən, 2009-cu ildə yubileyi olan görkəmli ədəbiyyat və incəsənət xadimlərinə həsr olunan təntənəli tədbirlər, konsert və sərgilər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin üzvü Mehriban xanım Əliyevadan bəhs edən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının rus və ingilis dilinə tərcümə edilməsi və nəşri, o cümlədən, Bakı muzeylərinin əldə etdiyi qiymətli dəyərlərin İslam incəsənətinin İSESKO Virtual muzeyi layihəsi çərçivəsinə daxil edilməsi, İSESKO-ya üzv dövlətlərin Beynəlxalq Turizm Filmləri Festivalı, habelə, “İslam memarlığında ornament” adlı sərgi mədəniyyət ili ərzində reallaşan tədbirlər sırasındadır. Bundan başqa, “İslamda mədəniyyət və gözəllik amili” adlı beynəlxalq elmi-praktiki konfransı, İordaniya Krallığının, Mərakeş Krallığının, Qətər Dövlətinin, İSESKO təşkilatının Azərbaycanda mədəniyyət həftəsini, İran İslam Respublikasının Azərbaycanda Mədəniyyət Günlərinin təşkilini, İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı, İslam ölkələrinin folklor rəqs qruplarının festivalını, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda elmi konfransı, “İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik” adlı konfransı, İSESKO-ya üzv dövlətlərin xalqlarının bənzər sənət, ev, mətbəx əşyalarının və dekorativ-tətbiqi yaradıcılığına həsr edilmiş “Nuhun Gəmisi” adlı sərgisini, o cümlədən, Bakı Caz Festivalın, İstanbulun “Əsgəri” muzeyində saxlanılan Şirvanşahlar dövrünə aid zirehli geyimlər sərgisinin açılışını yaddan qalan tədbirlər adlandırmaq olar.
Həmçinin, mədəniyyət ili çərçivəsində ilk dəfə olaraq I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Görkəmli musiqişünas alim Mir Möhsün Nəvvabın 175 illiyi qeyd olundu. Fransanın “Maison des cultures” assosiasiyası ilə birgə istehsal olunmuş “Aşıq musiqisi antologiyası” kompakt-disklərinin təqdimatı, “İslam ölkələrinin tarixi şəhərləri və müasir memarlığı” adlı beynəlxalq konfrans, “Şərq dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqəsi, o cümlədən, Uşaq rəqs kollektivlərinin respublika baxış-festivalı, İslam mədəniyyəti mövzusunda əl işlərindən ibarət sərgi təşkil olundu.
Şübhəsiz ki, bu il düzənlənən çoxsaylı tədbirlər sırasında Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı da xüsusi qeyd olunmalıdır. Dünyanın 45-dən artıq ölkəsinin və müxtəlif təşkilatların 200-dən çox nümayəndəsi Bakıda - İslam mədəniyyəti paytaxtında toplaşdı. İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxışında diqqətə çatdırdı ki, müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşən Azərbaycan sivilizasiyalar arasında dialoqa böyük töhfə verir. Uğurlu keçən konfransın səmərəsi isə ondan ibarət oldu ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyəti paytaxtı seçildi. Konfransdan sonra təşkil olunan Dəyirmi masada isə nazir Əbülfəs Qarayev bildirdi ki, Bakı şəhəri “Dialoq paytaxtı” statusunu birinci olaraq qəbul edə bilər. Nazir, həmçinin, diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə Azərbaycanda Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək.
Bütövlükdə il ərzində bakılıların, həmçinin, şəhərimizin qonaqlarının maraqlı tədbirlərlə könüllərini oxşayan “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət ilinə dekabrın 18-də Heydər Əliyev Sarayında təntənəli şəkildə yekun vuruldu. Qarşıda isə zəngin tədbirlər planı sayəsində mədəniyyət ilini geridə qoyan ölkəmizi daha da məsuliyyətli və şərəfli beynəlxalq layihələr gözləyir. İnanırıq ki, günü-gündən inkişaf edən Azərbaycan bu sınaqlardan da üzüağ çıxacaq.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

