Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib
10.10.2019 [09:36]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Giorgi Qaxariyanı salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli cənab Baş Nazir. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
İlk növbədə, sizi Baş Nazir vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Siz dəfələrlə Azərbaycanda səfərdə olmusunuz. Mən sizinlə keçirdiyim görüşləri böyük məmnunluq hissi ilə xatırlayıram. Bu dəfə siz qardaş ölkənin Baş Naziri kimi Azərbaycana səfər edirsiniz və sizin Baş Nazir kimi ilk xarici səfərinizdir. Bu, bizi olduqca məmnun edir. Birinci səfəriniz Azərbaycana edilir və bu, bir daha onu göstərir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli və ən yaxın tərəfdaşlardan biridir. Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir. Bizi birləşdirən ortaq tarix, ortaq coğrafi məkan əlaqələrimizin inkişafı üçün gözəl təməldir. Müstəqillik dövründə əlaqələrimiz uğurla inkişaf edib və bu gün bir çox sahələri əhatə edir. Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik.
Şadam ki, iqtisadi sahədə gözəl nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdədir. Birgə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat layihələri ikitərəfli formatdan çıxıb və qlobal məna daşıyır. Əlbəttə ki, insanlar arasındakı əlaqələr xüsusi məna daşıyır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu əlaqələrin inkişafında çox önəmli amildir. Bir daha sizi salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm”.
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya deyib: “Təşəkkür edirəm, cənab Prezident, səmimi və xoş qəbulunuz üçün. Mənim üçün böyük şərəfdir ki, ilk xarici səfərimi məhz Azərbaycana edirəm. Bu, təsadüfi deyil ki, biz ilk səfəri Azərbaycan Respublikasına etdik. Biz bu qərarı ona görə qəbul etdik ki, düşmənə və dosta sübut edək, Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz.
Mən Sizinlə görüşləri xatırlayıram, biz bütün məsələlər ətrafında açıq söhbət edirdik. Bu, mənim üçün böyük təcrübə idi. Siz dediyiniz kimi, Azərbaycan və Gürcüstan ən yaxın dost və qardaş ölkələrdir. Həqiqətən bizim əməkdaşlığımız və tərəfdaşlığımız regional çərçivədən çıxdı və beynəlxalq müstəviyə yüksəldi, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində. Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Bizim üçün çox vacib olan məsələdə - Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.
Əlbəttə ki, insanlarımız arasında mehriban, dost münasibətlər də çox mühümdür və vacibdir. Bizim xalqlar arasındakı əlaqələr uzunəsrlidir və mədəni əlaqələrdir. Bizim xalqlarımız arasında münasibətlərin böyük tarixi var.
Əminəm ki, bugünkü səfərim, bugünkü görüşlərimiz son dərəcə səmərəli olacaq, dosta və düşmənə bir daha göstərəcək ki, Gürcüstan və Azərbaycan arasındakı əlaqələr hər zaman dost əlaqələridir. Onlar arasında həll olunmayan məsələlər yoxdur və onlar hər zaman bütün məsələlərdən çıxış yolu tapa bilərlər.
Səmimi qəbul üçün Sizə bir daha təşəkkür edirəm”.
* * *
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş Naziri Giorgi Qaxariya işçi nahar ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

