/ / Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
19.11.2019 [10:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Sami Abdullah Ğoşeh fəxri qarovul dəstəsinin qarşısından keçib.
Sami Abdullah Ğoşeh etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək deyib: “Cənab Prezident, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi etimadnaməmi və sələfimin geri çağırılma məktubunu təqdim etmək mənim üçün şərəfdir”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz cənab səfir, sizi Azərbaycanda salamlayıram, sizə uğurlar arzulayıram. Əminəm ki, fəaliyyətiniz dövründə biz İordaniya-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafını görəcəyik.
Bildiyiniz kimi, əlaqələrimiz çox yüksək səviyyədədir və biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Mənim qardaşım Kral həzrətləri ilə çox möhkəm dostluq-qardaşlıq münasibətlərimiz vardır. Bildiyiniz kimi, dövlət başçılarının bir çox qarşılıqlı səfərləri təşkil edilmişdir. Beynəlxalq təşkilatların tədbirləri zamanı biz həmişə bir-birimizlə görüşürük. Eyni zamanda, beynəlxalq tədbirlər zamanı da həmişə görüşürük. Ötən ay Rusiyada “Valday” Diskussiya Klubunun iclasında birlikdə iştirak etmişik. Doğrudan da Kral həzrətləri ilə bizim çox yaxın əlaqələrimiz var və bu əlaqələr ikitərəfli münasibətlərimizin inkişafı üçün də mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik və bu qarşılıqlı dəstək və həmrəylik davam etdiriləcək.
Hesab edirəm ki, biz növbəti mərhələdə daha çox iqtisadi əməkdaşlığa fikir verməliyik. Hələ ki, qarşılıqlı ticarət dövriyyəmiz bizim istəklərimizi əks etdirmir. Ona görə ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə addımların atılması lazımdır. Hesab edirəm ki, hökumətlərarası komissiya da bu istiqamətdə önəmli addımlar atacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də çox diqqətlə baxmaq lazımdır. Son zamanlar turizm sahəsində yaxşı irəliləyiş var və əminəm ki, bu müsbət dinamika davam etdiriləcək. Ölkənizin çox məşhur, dünya səviyyəli tarixi abidələri, əlbəttə ki, bir çox ölkələrdən turistləri ölkənizə cəlb edir. Son illərdə Azərbaycana da xaricdən gələn turistlərin sayı kəskin artmışdır. Bu ilin on ayında 11 faiz artım var. Ancaq oktyabr ayında keçən ilin oktyabrı ilə müqayisədə 25 faiz artım olub.
Biz sözlə, əlaqələrimizin hərtərəfli inkişafı üçün çox gözəl şərait vardır. Əminəm ki, siz öz fəaliyyətinizlə bu işlərə yeni təkan verəcəksiniz. Bir daha xoş gəlmisiniz”.
* * *
Səfir Sami Abdullah Ğoşeh deyib: “Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq, bizə vaxt ayırıb qəbul etdiyinizə, etimadnaməni təqdim etmək üçün şərait yaratdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. İcazə verin, İordaniya Haşimilər Kralı II Abdullahın salamlarını Sizə çatdırım. Azərbaycan Respublikasına və Azərbaycan xalqına davamlı inkişaf, rifah və şəxsən Sizə cansağlığı, uzun ömür arzulayıram.
Əlahəzrət Kralın təlimatına uyğun olaraq mən işlədiyim müddət ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı istiqamətində səylərimi əsirgəməyəcəyəm. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki həmkarlarımla birlikdə və digər qurumların köməyi ilə bu əlaqələrin daha da inkişaf etməsinə nail olacağıq. İki ölkə arasında iqtisadiyyat, investisiya və turizm sahələrində əlaqələrin inkişafı üçün azərbaycanlı həmkarlarımızla birgə iş görəcəyik. Cənab Prezident, Əlahəzrət Kral gələn ay Sizinlə görüşmək arzusundadır.
Cənab Prezident, icazə verin, mən Azərbaycanda gördüyüm bu möhtəşəm inkişaf, bütün sahələri əhatə edən tərəqqiyə valeh olduğum barədə hisslərimi Sizə bildirim. Qeyd etmək istəyirəm ki, cənab Prezident, mən, əlbəttə, Azərbaycanın necə gözəl, füsunkar ölkə olduğunu şəkillərdən, fotolardan bilirdim, amma buraya gəldiyim ilk gündən bunun bilavasitə şahidi oldum. Əlbəttə, əldə olunmuş bu misilsiz, əvəzolunmaz tərəqqinin adamda yaratdığı ilk təəssürat odur ki, həqiqətən Azərbaycan inkişaf etmiş dövlətlərin sırasındadır”.
Prezident İlham Əliyev: “Təşəkkür edirəm, xahiş edirəm mənim də səmimi salamlarımı Kral həzrətlərinə çatdırasınız.
Ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Əminəm ki, fəaliyyətiniz dövründə siz Azərbaycanın müxtəlif regionlarına səfər edəcəksiniz, ölkəmizlə, xalqımızla yaxından tanış olacaqsınız. Eyni zamanda, onu görəcəksiniz ki, İordaniyaya, onun xalqına Azərbaycan cəmiyyətində çox böyük rəğbət var”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

