Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdəndir
09.01.2010 [09:28]
Azərbaycanda həyata keçirilən inkişaf və modernizasiya strategiyası respublikamızın iqtisadiyyatının qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirməsinə, artım dinamikasının davamlılığına və sosial inkişafın təmin edilməsinə səbəb olub. 2009-cu ildə ölkəmizdə iqtisadi-sosial inkişaf meyillərinin qeydə alınması respublikamızda makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına əhəmiyyətli baza yaradıb. Bu reallıqların dünyanın ən məşhur iqtisadi tədqiqat mərkəzlərinin, reytinq agentliklərinin, nüfuzlu nəşrlərin, eləcə də, statistik qurumların açıqladığı hesabatlarda və qiymətləndirmələrdə öz əksini tapması isə Azərbaycanın yüksək inkişaf tempinə və sabit makroiqtisadiyyata malik olmasının əyani təzahürləridir.
ölkəmizdə güclü sabitlik potensialı yaradılıb...
Məlum olduğu kimi, indiyədək Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Fitç İbka”, “Standard and Poor’s” kimi dünyanın ən mötəbər təşkilatları və “Financial Times”, “The Economist” kimi nəşrləri respublikamızdakı inkişafı şərtləndirən pozitiv indikatorları ən yüksək indekslərlə qiymətləndiriblər. Bu qurumların Azərbaycanla bağlı 2010-cu ilə dair proqnozları həddindən artıq ürəkaçan hesab olunur. Qeyd olunan hesabatlarda Azərbaycan iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərdən biri kimi qiymətləndirilməkdədir. Dünyanın nüfuzlu nəşrlərindən hesab edilən “İnternational Living” jurnalının iki gün əvvəl açıqladığı reytinq göstəricilərində Azərbaycandakı maliyyə və makroiqtisadi sabitlik, iqtisadi inkişaf və digər indikatorlar bir daha təqdir olunur. ümumilikdə, bu hesabatda da respublikamızın inkişaf etmiş və yüksəkgəlirli ölkə statusuna malik olması öz əksini tapıb.
“İnternational Living” jurnalının reytinq göstəricilərində Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğu qeyd olunub. Sözügedən iqtisadi nəşr 194 ölkədə həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə araşdırmalar aparıb və hesabatda Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab olunur. Qeyd edək ki, respublikamız makroiqtisadi göstəricilərə görə, MDB dövlətləri ilə yanaşı, dünyanın inkişaf etmiş ölkələrini də geridə qoyub. Məsələn, Portuqaliya, Malta və Slovakiya bir çox indekslərə görə, ölkəmizdən xeyli geridə qalır. Hətta Avropa İttifaqının aparıcı dövlətlərindənt olan Yunanıstanda iqtisadi indekslər respublikamızla müqayisədə bir neçə bənd aşağı dəyərləndirilib. Eləcə də, İspaniyanın iqtisadi göstəriciləri Azərbaycanla eyni səviyyədə qiymətləndirilib.
Proqnozlar respublikamızda dinamizmin davamlı olacağını söyləməyə əsas verir...
“İnternational Living”in qənaətinə görə, dünyada maliyyə böhranının davam etdiyi 2009-cu ildə əksər ölkələrdən fərqli olaraq Azərbaycanda ümumi daxili məhsulun (üDM) həcmi 8-9 faiz artıb. Halbuki, bir çox inkişaf etmiş ölkələrdə ötən il iqtisadi artım müşahidə olunmayıb. Jurnalın ekspertlərinin fikrincə, respublikamızda biznes mühitinin vəziyyəti, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, tikinti üçün icazələrin verilməsi, əmlakın qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər parametrlər üzrə əhəmiyyətli islahatlar həyata keçirilib.
Eyni zamanda, ölkəmizdə investisiya sahəsində həyata keçirilən tədbirlər bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsinə impuls verib və Azərbaycanın maliyyə sabitliyinin möhkəmlənməsinə baza yaradıb. Dünya maliyyə böhranı bir çox dövlətlərdə iri və orta şirkətlərlə yanaşı, kiçik müəssisələrin bağlanmasına səbəb olsa da, respublikamızda bu tendensiya müşahidə olunmayıb. Azərbaycanda ötən il iqtisadi fəallıq aşağı düşməyib, əksinə, daha da yüksəlib, buna görə də, yeni yaradılmış sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması qeydə alınmayıb. Bununla yanaşı, xarici investorların ölkəmizə marağı artıb ki, bu da iri investisiya layihələrinin icrasına başlamaq üçün əlverişli şəraitin göstəricisi sayıla bilər.
Xatırladaq ki, “İnternational Living”in araşdırması 2009-cu ilin iqtisadi parametrlərini əhatə edir, amma bununla yanaşı, mövcud qiymətləndirmənin məzmunu hesabata daxil olan dövlətlərin 2010-cu ildəki makroiqtisadi vəziyyəti barədə də proqnozlar verməyə əsas yaradır. Belə ki, qeyd olunan və digər iqtisadi nəşrlərin proqnozlarına görə, 2009-cu ildə böhrandan ən itkisiz çıxan və iqtisadi fəallığı qorumağa müvəffəq olan dövlətlər yeni başlayan ildə də bu templəri davam etirməyə qadirdir. Mütəxəssislərinin fikrincə, 2010-cu ildə proqnozlaşdırılan iqtisadi göstəricilər bir sıra ölkələr, o cümlədən, Azərbaycan üçün dinamizmin davamlı olmasına əlverişli zəmin yaradır. Bu il ölkəmizdə maliyyə sabitliyi möhkəm olmaqla ümumilikdə makroiqtisadi vəziyyətə mühüm təsir göstərmiş olacaq. 2010-cu ildə Azərbaycanın xarici tərəfdaşları ilə ticarət münasibətləri aktiv şəkildə davam edəcək və respublikamızın tədiyyə balansı müsbət saldo ilə nəticələnəcək. Tədiyyə balansının müsbət saldosu üDM-in 14 faiz nisbətində olacaq.
Azərbaycan 2010-cu ildə də islahatçı dövlətlər qrupunda yer alacaq...
Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə və reytinq təşkilatları tərəfindən ardıcıl olaraq yüksək qiymətləndirilməsinin başlıca səbəbi hökumətin həyata keçirdiyi davamlı islahatların geniş miqyas alması və dinamik inkişafı şərtləndirən kompleks addımların atılması ilə bağlıdır. Bu qurumlar respublikamızda inkişaf tempinin davamlılığına diqqət çəkərək makroiqtisadi sabitlik göstəriciləri üzrə yüksək nəticələr əldə edilməsini, maliyyə sabitliyinin və uzunmüddətli inkişaf strategiyasının təmin olunmasını hökumətin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlarının təzahürü kimi dəyərləndirir. Bu təşkilatların ekspertləri ölkəmizdə həyata keçirilən islahatların çoxşaxəli olmasını və qeyri-neft bölmələri üçün daha yüksək artım meyilləri yaratmasını dəyərləndirərək Azərbaycan iqtisadiyyatının qarşıdakı illərdə pozitivliyi ilə bağlı proqnozlar irəli sürürlər.
Xarici iqtisadi qurumların ekspertləri iqtisadiyyatdakı artım meyillərində qeyri-neft bölməsinin xüsusi çəkisinin yüksələcəyini güman edirlər. Həmin proqnozlarda ölkəmizdə 2010-cu il qeyri-neft bölməsinin iqtisadiyyatda daha çox fəallaşan sahə olduğu öz əksini tapmaqdadır. Belə ki, neftdən kənar sahələrdən əldə olunan gəlirin bir neçə dəfə artaraq iqtisadiyyatda və üDM-də mühüm yer tutmağa başlayacağı bildirilir.
ümumiyyətlə, “İnternational Living” və digər iqtisadi nəşrlərin qiymətləndirmələrində, eləcə də, beynəlxalq təşkilatların hesabatlarında ölkəmizin 2010-cu ildə də islahatçı dövlətlər qrupunda yer alacağı ifadə olunur.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

