Prezident İlham Əliyev Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib
25.12.2019 [10:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.
AZƏRTAC xəbər verir ki, son illər ərzində Bakı Ağ Şəhər layihəsi çərçivəsində yaradılan infrastruktur insanların rahatlığı və təhlükəsizliyini təmin etməklə yanaşı, paytaxtın görünüşünə əlavə gözəllik verir. Təməli 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan Bakı Ağ Şəhər layihəsinin baş planında nəzərdə tutulan şəhər tipli 10 universal kvartalın bir neçəsi artıq istifadəyə verilib. Hazırda Bakı Ağ Şəhər layihəsinin yeni Park Kvartalında abadlıq və infrastruktur-kommunikasiya işləri yekunlaşıb. Yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası, yeraltı avtodayanacaqlar və böyük park kompleksindən ibarət müasir kvartalda sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılır, yeni yollar salınır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma ərazidə görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, Ağ Şəhərdə tikinti-quruculuq işləri çərçivəsində eni 37 metr, uzunluğu 2 kilometrə çatan Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşməsi istiqamətində işlər görülüb.
Dövlətimizin başçısı və birinci xanım buradakı parkın abadlaşdırılması və genişləndirilməsi planı ilə də tanış olublar.
Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov görülən və görüləcək işlər barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
Prezident İlham Əliyev Bakı Ağ Şəhər Mərkəzi Bulvar küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva buradakı parkda ağac əkməklə abadlaşdırma işlərinə start veriblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Park Kvartalı ilə tanış olublar.
Məlumat verilib ki, artıq bir neçə ildir Mərkəzi Bulvar küçəsinin Xəqani Rüstəmov küçəsindəki dairəyə birləşən hissəsi istismara verilib. Küçəni əhatə edən Paris evləri, quraşdırılmış heykəllər və yaşı yüz illərlə ölçülən dekorativ zeytun ağacları ərazinin bəzəyidir. Fəvvarələr Meydanı və Mərkəzi Park kvartallarını ayıran Mərkəzi Park küçəsi Ağ Şəhərin iki kilometrlik maneəsiz gəzinti zolağı ilə kəsişir və burada piyadalara üstünlük verildiyini bildirən hündür piyada keçidləri salınır. Küçə, eləcə də Park Kvartalının ərazisində qərbdən London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm “Knighstbridge Residence” kompleksi və şərqdən Böyük Park kompleksi və iyirmimərtəbəli müasir binalara keçidləri təmin edir. Müasir şəhər trendlərinə uyğun olaraq, Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənilib və həyata keçirilib. Bu yolayrıcında piyada və velosipedçilərin üstünlüyünü qeyd edən zolaqlar və yol nişanları, qoruyucu tumbalar nəzərdə tutulub.
Növbəti mərhələdə Mərkəzi Bulvar küçəsinin Nobel prospekti ilə kəsişməsinin işıqforla tənzimlənməsi, Bulvar yoluna birləşməsi və avtomobillərin bu küçə ilə birbaşa Sahilyanı kvartala və Ağ Şəhər Bulvarına hərəkəti planlaşdırılır. Mərkəzi Bulvar küçəsi Ağ Şəhərin təkrarolunmaz üslubunu əks etdirən xüsusi detallarla bəzədilib - eni 11 metrə çatan səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, səkilərdə küçənin adı daş nişanlarla qeyd edilib, yolgöstəriciləri və xəritələr, incəsənət nümunələri quraşdırılır, piyada keçidləri və avtomobillər üçün xüsusi dayanacaq yerləri təşkil edilir.
Yeni salınmış yaşıllıq zolağında əvvəllər ərazidə yerləşən və 1863-cü ildə ilk dəfə Bakıda tətbiq edilmiş ağ neftin ikiqat təmizlənməsi qurğuları bərpa edilərək saxlanılıb. Burada yaradılan yaşıl istirahət zonalarında çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda yeni ağaclar əkilib, eləcə də Ağ Şəhər ərazisində illər boyu bitən ağaclar buraya köçürülərək, onlara yeni həyat verilib. Qara şəhərin tarixi irsinə hörmətlə yanaşaraq, burada XIX əsrdə dünyanın ən qabaqcıl ağ neftin təmizlənməsi qurğuları, XIX əsrin sonları - XX əsrin əvvəllərində neft çənləri əhatə edən istinad divarı və 1890-1940-cı illərdə əhaliyə təmiz suyun paylanmasını təmin edən pavilyon bərpa edilib. XIX əsrə aid olan neft anbarlarını əhatə edən istinad divarı da qorunub saxlanılıb, divar boyunca Olimpiya kvartalına piyada keçidi salınıb. Yeni salınan yaşıllıq zolağında parka keçid pilləkənləri kompleksi yaradılıb, layihənin tarixi və göstəriciləri haqqında qranit xatirə daşı qoyulub.
Prezident İlham Əliyevə Ağ Şəhərdə mərhələlərlə görülən işlər, Nobel prospekti üzrə xüsusi layihələndirilmiş binalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada yerli və xarici sənətkarların incəsənət nümunələri qoyulub və gələcəkdə bu işlər davam etdiriləcək. Bundan əlavə, Olimpiya kvartalında görülən infrastruktur işləri, o cümlədən eni 80 metr olan Nobel, Babək, Heydər Əliyev prospektlərini, Ziya Bünyadov küçəsini və gələcəkdə tikiləcək bulvar küçələrini birləşdirən yol və digər infrastruktur layihələri barədə məlumat verilib. Qeyd edilib ki, Ağ Şəhərdə ofis, yaşayış, inzibati, dövlət binalarının, parkların və digər tikililərin inşası nəzərdə tutulub.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev deyib: “Hər il biz ənənəvi olaraq Ağ Şəhərin təməlqoyma günündə görülən işlərlə tanış oluruq və gələcək il üçün planlar tərtib edirik. 2019-cu ildə görülən işlər yüksək səviyyədədir, mən bunu bəyənirəm. 2020-ci ildə də nəzərdə tutulan bütün planlar gərək həyata keçirilsin, o cümlədən yol infrastrukturu. İnvestorlar üçün yeni təkliflər ortaya qoyulmalıdır ki, investorlar Ağ Şəhərin tikintisinin davam etdirilməsinə və tamamlanmasına daha böyük həvəslə vəsait yatırsınlar. Görülmüş işlər münasibətilə sizi təbrik edirəm, yeni uğurlar arzulayıram. Sağ olun”.
Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov görülən işləri yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və onu doğum günü münasibətilə təbrik edib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

