Naxçıvan regionda potensial ixracatçıya çevrilir
27.01.2010 [09:34]
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illərə dair) uğurlu icrası respublikamızın bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dinamik inkişafın yüksəlməsinə və artım meyillərinin əldə edilməsinə səbəb olub. Bunun nəticəsidir ki, Naxçıvan Azərbaycan iqtisadiyyatında artım meyillərinə görə ilk yerdə dayanır. Muxtar Respublikada ümumi daxili məhsulun artım tempi 18 faizi ötərək 1 milyard 212 milyon dollara yaxınlaşıb.
2009-2013-cü illəri əhatə edən regionların inkişafı ilə bağlı yeni proqramın həyata keçirilməsi isə Muxtar Respublikada iqtisadi fəallığın və tarazlı inkişafın daha da sürətlənməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Naxçıvan iqtisadiyyatı çoxşaxəli olması ilə fərqlənir. Sənaye, maşınqayırma, metallurgiya, kənd təsərrüfatı, emal sənayesi, turizm, xidmət, ticarət bölməsi və digər sahələrin inkişafı son illərdə dinamikliyi ilə diqqəti cəlb edir.
MR-nın əlverişli coğrafi mühiti, iqlim şəraiti, zəngin xammal resursları və təbii ehtiyatları bu bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Belə ki, Muxtar Respublikanın zəruri istehlak məhsulları ilə təmin olunmasında yerli istehsal malları xüsusi əhəmiyyət kəsb edir və bu faktor Naxçıvanın iqtisadi təhlükəsizliyinə əhəmiyyətli dərəcədə baza yaratmış olur. Bununla yanaşı, MR-nın xarici dövlətlərlə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıq münasibətlərinin genişlənməsi və birgə layihələrin həyata keçirilməsi intensiv xarakter alıb. Son 6 ildə Naxçıvan iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırılıb. Sərmayə qoyuluşunda Türkiyə, İran, Latviya, Almaniya, çin və digər ölkələrin investorları aparıcı yer tutur.
Naxçıvan Muxtar Respublikası Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın digər bölgələri ilə, xüsusilə də, paytaxtla, hava nəqliyyatı istisna olmaqla, nəqliyyat-kommunikasiya əlaqələrindən təcrid olunmuş vəziyyətdə olsa belə, pozitiv inkişafını davam etdirməyə qadir olan bölgə kimi diqqəti cəlb edir. MR blokada şəraitində olsa da, quruculuq və inkişaf meyillərini yüksəltməyə nail olub. Amma buna baxmayaraq, Muxtar Respublikanın nəqliyyat imkanlarının məhdud olması xarici bazarlara çıxışına, digər layihələrin həyata keçirilməsinə təsir göstərir. Xüsusilə də, MR-in əlverişli geocoğrafi mövqeyi onun turizm potensialının zənginliyini göstərir. Bu resurslardan və əlverişli imkanlardan istifadə üçün xarici investorların bu bölgəyə cəlb edilməsini təşviq etmək olduqca vacibdir.
Onu da xatırladaq ki, Muxtar Respublikanın investisiya baxımdan cəlbediciliyi və yaradılmış əlverişli sərmayə mühiti son illərdə Türkiyə və İran investorlarının marağının artmasına səbəb olub və bu dinamizm özünü sərmayə qoyuluşlarında göstərir. Türkiyə Naxçıvanda potensial sərmayəçi kimi xüsusi paya malikdir. Qardaş ölkə bu bölgədə ən mühüm layihələri həyata keçirməyə nail olub. Türkiyə Naxçıvanda energetika, maşınqayırma, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı, xidmət və digər sahələrdə təmsil olunub. Qars-Naxçıvan dəmiryolunun, Ərzurum-Naxçıvan qaz kəmərinin çəkilişi və Naxçıvan-İstanbul aviareysinin açılması Naxçıvanın regionda tranzit məkana çevrilməsinə səbəb olacaq.
ötən il Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün keçirilməsi isə Muxtar Respublikaya olan diqqətin güclənməsinə imkan verəcək. Türkdilli dövlətlər Naxçıvanın iqtisadi və turizm potensialı ilə daha yaxından tanış olaraq MR-nın iqtisadiyyatının müxtəlif sektorlarına kapital yatırmaq niyyətlərini bəyan ediblər. Türk dilli ölkələrin dövlət başçılarının Muxtar Respublikanın bir sıra obyektlərində, o cümlədən, bütün regionda ən məşhur turizm və sanatoriya mərkəzi kimi tanınan “Duzdağ” mərkəzində olması bu bölgəyə marağın daha da artması üçün stimul verir. Naxçıvanın iqtisadi resurslarından faydalanması bu ölkələrin sərmayədar kimi imkanlarının artmasına səbəb ola bilər.
Muxtar Respublikada maşınqayırma sahəsinin inkişafı ilə bağlı proqramların həyata keçirilməsi xarici investorların da bu sahəyə marağının artmasına səbəb olub. Naxçıvanda geniş maşınqayırma kompleksinin yaradılması və “Lifan” markalı avtomobillərin istehsalına başlanılması iqtisadiyyatın inkişafına stimul verməklə yanaşı, bu bölgədə yeni iş yerlərinin açılması strategiyasının dərinləşməsinə impuls verəcək. Eyni zamanda, həyata keçirilən siyasət MR-nın özünün potensial ixracatçıya çevrilməsinə səbəb olacaq. Bu gün bu bölgədə istehsal olunan 35 növdə sənaye məhsulunun xarici ölkələrə ixrac olunması ixracın miqyasının daha da genişlənməsinə və Muxtar Respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşməsinə təkan verəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49

