Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul edib

Prezident İlham Əliyev Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul edib

29.04.2010 [11:08]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul edib. Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamulla Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdə böyük inkişaf və tərəqqi proseslərinin onda yüksək təəssürat oyatdığını deyib. Azərbaycan ilə yaxından tanış olmaq fürsəti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən qonaq dünya dini liderlərinin Bakı sammitinin əhəmiyyətini yüksək qiymətləndirib, sammitdə səslənən fikirlərin və ideyaların reallaşmasını arzulayıb.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətləri genişləndirməyin vacibliyini vurğulayıb. Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Dünya dini liderlərinin Bakı sammitinə toxunan dövlətimizin başçısı sammitin yaxşı nəticələr verəcəyinə inamını ifadə edib.

Paylaş:
Baxılıb: 1019 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30