Sahibkarlar vətənpərvərlik nümayiş etdirməlidirlər
14.05.2010 [10:45]
Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi son illərdə geniş vüsət alıb və sahibkarlar cəmiyyətdə aparıcı təbəqəyə çevriliblər. Respublikamızda böyük sahibkarlar ordusunun formalaşması iqtisadiyyatın özəl sektorunda irimiqyaslı layihələrin sayının artmasına əlverişli zəmin yaradıb. Hazırda, sahibkarlıq sektoru keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub və bu sahədə dinamik inkişaf meyilləri yüksəlməkdədir.
Sahibkarların ən yaxın dostu olduğunu bəyan edən Prezident İlham Əliyev onların hüquqlarının qorunması, bu sahədə əlverişli şəraitin yaradılması və sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı davamlı addımlar atmaqdadır. Dövlət başçısı sahibkarların iqtisadiyyatın müxtəlif bölmələrində fəal iştirak etmələrini təqdir edərək, bu sahədə daha böyük işlər görmək imkanlarına malik olduqlarını bildirib. Prezident İlham Əliyev sahibkarları vətənpərvərlik nümayiş etdirməyə, sərmayələri ölkəmizə yatırmağa, daha iri layihələrdə təmsil olunmağa çağırıb: “Arzu edirəm ki, Azərbaycanın bütün sahibkarları doğma Vətənə sadiq olsunlar. Arzu edirəm ki, Azərbaycan sahibkarları öz sərmayələrini Azərbaycana qoysunlar. Azərbaycanda və xaricdə qazanılan vəsaiti Azərbaycan iqtisadiyyatına qoysunlar ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, çiçəklənsin və iqtisadi inkişaf baxımından dünyanın aparıcı ölkələri sırasına daxil olsun. Bunu etmək üçün bütün imkanlar vardır”.
Prezident İlham Əliyevin çağırış xarakterli bu müraciəti sahibkarların iqtisadiyyatın flaqmanı kimi bütün sahələrdə aktiv iştirak etməsi, onların aparıcı qüvvə kimi ən iri layihələrə sərmayə yatırması üçün ən böyük təminat sayıla bilər. Dövlət başçısı bu bəyanatla ölkəmizdə böyük maliyyə imkanlarına malik olan sahibkarlar sinfinə dayaq olduğunu, onların həyata keçirmək istədikləri planların gerçəkləşməsi üçün hər cür dəstək göstərdiyini xatırlatmış olub. Prezident bu fikirləri səsləndirməklə bir daha sahibkarları əmin edib ki, onlar üçün hər bir şərait yaradılıb və dövlət strukturlarının əsassız yoxlamalarına, bürokratik əngəllərə qarşı mübariz olsunlar və onlara mane olanlar barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görməkdən çəkinməsinlər. çünki onların arxasında birbaşa ən yaxın dostları olan dövlət başçısı dayanıb.
Onu da qeyd edək ki, həmişə sahibkarların hüquqlarının müdafiəsi üçün müvafiq tapşırıq və tövsiyələrini verən Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamalar aparan orqanların öz səlahiyyətlərindən sui-istifadə etmə hallarına yol verməmələri üçün qəti xəbərdarlıq edib. Dövlətimizin başçısı bu cür hallara yol verən məmurların cəzalandırılacağını bildirib və sahibkarların hüquqlarının effektiv müdafiəsinin təmin edilməsi məqsədilə davamlı tədbirlərin görüləcəyini diqqətə çatdırıb. ümumiyyətlə, sahibkarlıq sektorunda şəffaflığın təmin edilməsi, əlverişli biznes mühitinin yaradılması ilə bağlı vəziyyət daim nəzarətdə saxlanılacaq.
Sahibkarlara göstərilən həm maddi, həm mənəvi dəstək təbii ki, onları biznes layihələrində daha fəal iştirak etməyə sövq edir, rəqabət qabiliyyətli məhsul istehsalı üçün bütün qüvvələrini səfərbər etməyə ruhlandırır. Bu faktor, eyni zamanda, sahibkarlığın bütün regionlarda inkişaf etməsinə əlverişli zəmin yaradır. Sahibkarların öz vəsaitləri hesabına bölgələrdə yüzlərlə yeni müəssisənin tikilərək istifadəyə verilməsinə böyük imkanlar açır.
Ən iri investisiya layihələrinin reallaşmasında aktiv rol oynayan sahibkarlar bölgələrdə iqtisadiyyatın bütün bölmələrində, xüsusilə də, kənd təsərrüfatı, yeyinti sənayesi, turizm, emal və xidmət sahələrində fəallıq nümayiş etdirirlər. Bu gün regionlarda böyük maliyyə tutumlu layihələrin həyata keçirilməsində yerli investor kimi sahibkarlar çıxış edirlər. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycana qoyulan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir. Sahibkarlıq sektorunun inkişafı yerli istehsalın stimullaşmasına böyük təkan verməklə respublikamızın ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə də əhəmiyyətli dərəcədə zəmin yaradıb. Bunun nəticəsidir ki, istehsal olunan yeyinti mallarının böyük əksəriyyəti yerli sahibkarlara məxsusdur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarların iqtisadiyyatda rolunun artması yerli istehsalın stimullaşmasına və ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə dərin əsaslar yaradır: “Əvvəlki illərdə biz daha çox xarici investisiyalardan asılı idik. Bu gün bu asılılıq minimum səviyyəyə enibdir. Yəni, Azərbaycanda artıq böyük maliyyə imkanlarına malik olan sahibkarlar sinfi yaranmışdır. ölkədə yaranan şərait onları da iqtisadiyyata sərmayə qoymağa daha da sövq edir. Bu, çox müsbət haldır ki, Azərbaycanda qazanılan pullar Azərbaycan iqtisadiyyatına, yerli istehsala qoyulur. Bax, belə gözəl soyuducu anbarlar, ondan sonra başqa müəssisələr, emal müəssisələri - bütün bunlar ölkəmizi gücləndirir. Biz bunun nəticəsində bu gün özümüzü demək olar ki, ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik”.
Sahibkarların istehsal etdiyi məhsulların həm çeşidinin, həm də həcminin artması daxili tələbatı tam ödəməklə yanaşı, ixrac üçün böyük stimul yaradıb. Bir neçə il əvvələ kimi həmin məhsulların istehlakında daha çox idxaldan asılı olan Azərbaycan hazırda potensial ixracatçıya çevrilib. Bu faktor, həm də Azərbaycan sahibkarlarının xarici ölkələrin bazarlarında mövqeyinin yüksəlməsinə əlverişli şərait yaradır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

