Azərbaycanla İordaniya çox fəal əməkdaşlıq edir və bu əməkdaşlığın yaxşı nəticələri var
18.05.2010 [10:20]
Mayın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi keçirilib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib ki, həm Azərbaycan və İordaniya, həm də region üçün vacib olan dostluq, qardaşlıq əlaqələrimiz davam edəcək.
İordaniya Kralı II Abdullah səmimi qəbul üçün təşəkkür edərək söyləyib ki, dövlətlərimiz arasında əlaqələrlə yanaşı, regional müstəvidə münasibətlər də mühüm əhəmiyyət kəsb edir.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, artıq bir neçə ildir ki, biz çox fəal əməkdaşlıq edirik və bu əməkdaşlığın yaxşı nəticələri var: “Siyasi dialoqumuz çox fəal və dinamikdir. Biz mütəmadi olaraq görüşürük və dövlət liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizi daha da gücləndirir. ümidvaram ki, biz gələn illər ərzində iqtisadi əməkdaşlığa daha çox diqqət yetirəcəyik. çünki biz daha çox işlər görməliyik. İşgüzar dairələrimizin nümayəndələri arasında artıq ilkin təmaslar vardır. Lakin hesab edirəm ki, potensialımızdan daha geniş şəkildə istifadə etməliyik. Biz bu səfər çərçivəsində iqtisadi əməkdaşlığımızın praktiki aspektlərini, müxtəlif investisiya layihələrini müzakirə etdik və onları yaxın gələcəkdə həyata keçirmək niyyətindəyik. ölkələrimiz arasında möhkəm mədəni əlaqələr də vardır. Münasibətlərimizin uzun tarixi mövcuddur. İndi isə biz ikitərəfli məsələlərə aid gündəliyin daha da genişləndirilməsi üçün görüləsi işlər üzərində düşünməliyik. Əlahəzrət! Sizin və ölkənizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman açıq və birmənalı mövqeyinizə görə, olduqca minnətdarıq. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Azərbaycana verdiyiniz dəstəyə görə, dərin minnətdarlığımızı bildiririk. Bu, bizim üçün çox vacib idi. çünki Siz də bilirsiniz ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları uzun illərdir Ermənistanın işğalı altındadır. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq təşkilatlar torpaqlarımızın azad edilməsi ilə bağlı bir sıra qətnamələr qəbul ediblər. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, onlar hələ də yerinə yetirilməyib. İslam Konfransı Təşkilatı qətnamələr qəbul edib. Həmçinin ATƏT və Avropa Şurasının qərarları Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Təəssüflər olsun ki, Ermənistan tərəfi həmin qətnamələrə məhəl qoymur. Torpaqlarımız artıq uzun illərdir ki, işğal altındadır. Biz məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Danışıqları konstruktiv tərzdə aparırıq və bu baxımdan Ermənistan tərəfindən də eyni yanaşmanı gözləyirik. Belə olarsa məsələ yaxın vaxtlarda həll edilə bilər”.
İordaniya Kralı II Abdullah bəyanatla çıxış edərək söyləyib ki, bu gün apardığımız konstruktiv müzakirələr və bu səfər çərçivəsində imzalanacaq sənədlər əməkdaşlığımızı daha da gücləndirəcək: “İnanıram ki, biz nəqliyyat, kənd təsərrüfatı, enerji və xidmətlər sektorunda xüsusi əməkdaşlıq sahələrini müəyyən edə biləcəyik. Son bir neçə ildə bir sıra perspektivli imkanlar araşdırılıb. İnanıram ki, ikitərəfli münasibətlərimizin gələcəyi çox vədedicidir. Zati-aliləri! Digər beynəlxalq və regional, xüsusən də Yaxın Şərqdə hərtərəfli sülhün bərqərar olması üçün zəruri hesab edilən məsələlərlə bağlı Sizinlə müzakirələr aparmaqdan çox şad oldum. İsrail-Fələstin münaqişəsinin iki dövlət variantı əsasında həllinə yönələn səylərimizdə irəliləyişin əldə olunması hamı üçün təxirəsalınmaz xarakter daşıyır. Bu, İsrail dövləti ilə sülh və təhlükəsizlik şəraitində yanaşı yaşayan suveren və möhkəm Fələstin dövlətinin qurulmasına xidmət etməlidir. Bu münaqişənin həlli sabitliyin və təhlükəsizliyin bərpası üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bu məsələni Bakıda qardaşlarımızla müzakirə etdik. Zənnimcə, ölkələrimiz arasında əməkdaşlıq genişdir. Biz beynəlxalq səviyyədə bir-birimizi hər zaman dəstəkləyirik. Zati-alilərinizin qeyd etdiyi kimi, bütün sahələrdə güclü əlaqələrimiz vardır. Mənim zati-aliləri ilə xeyli vaxtdır ki, sıx əlaqələrim mövcuddur. Uzun illərdir ki, bir-birimizi tanıyırıq. Aramızda olan bu münasibətlər hökumətlərimiz və xalqlarımız arasında olan əlaqələrdə də öz əksini tapıb. İnanıram ki, biz İordaniya ilə Azərbaycan arasında xüsusi münasibətlərimizi gələcəkdə daha da gücləndirəcəyik”.
Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin adından İordaniya Kralı II Abdullahın şərəfinə rəsmi nahar verilib.
İstehsalına artıq başlanılan silahlar sırasına əsasən döyüş sursatları, o cümlədən “Zəfər”, “Zəfər K” və “İnam” tapançaları, minaatanlar, qumbaralar, minaaxtaranlar daxildir. Məlumat verilib ki, zavodda istehsal olunan silah-sursat və hərbi texnika dünya standartlarına tam cavab verdiyi üçün son illər müəssisə öz məhsullarını beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirir. Sonuncu belə sərgi isə bu günlərdə İordaniyanın paytaxtı Əmman şəhərində təşkil olunub. Beynəlxalq sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 55 adda müdafiə təyinatlı məmulat ilə təmsil olunmuşdu.
Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, elektron hesablayıcı maşınlar zavodunda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əsaslı yenidənqurma işləri aparılıb. Zavodda mexaniki emal, yığma, bərk xromlama və istehsalın texnoloji hazırlığı sexləri, ən müasir tələblərə cavab verən istehsal sahələri yaradılıb. Bu da müəssisədə yüksək beynəlxalq standartlara uyğun müdafiə təyinatlı texnikanın seriyalı istehsalını təmin edib.
Zavodun sex və sahələrində istehsal prosesi, döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş müxtəlif növ zirehli texnikanın iş prinsipləri ilə tanışlıq da Kral II Abdullahda böyük maraq doğurub. İordaniya Kralı zirehli maşınların istehsalı sexində müxtəlif növ texnikaya baxıb.
Ali qonağa burada istehsal olunan “Motodor” maşınının texniki göstəriciləri barədə məlumat verilib. Cənubi Afrika Respublikasının “Paramaunt qrup” şirkəti ilə müqaviləyə əsasən zavodda yığılan bu maşınlar dünya standartlarına cavab verir. Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı və İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Adel Adelay iştirak ediblər.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

