Azərbaycan çoxşaxəli iqtisadi inkişafını davam etdirəcək
22.06.2010 [08:58]
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) aparıcı mütəxəssisləri dünya iqtisadiyyatının mövcud vəziyyətini şərh edərkən inkişaf templərini qoruyaraq davamlı islahatlar həyata keçirən ölkələr sırasında Azərbaycana xüsusi önəm verib. Hər iki maliyyə qurumunun nüfuzlu analitikləri Mərkəzi Asiya və Qafqaz regionu dövlətlərinin 2007-2009-cu illər üzrə iqtisadi və maliyyə sektorlarını təhlil ediblər və respublikamızdakı dinamik inkişafı yüksək qiymətləndiriblər. DB və BVF-nin ekspertlərinin qənaətinə görə, bölgədə qlobal maliyyə böhranının təsirlərini ən az hiss edən ölkə Azərbaycan olub.
ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda “Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri” mövzusunda keçirilən konfransda Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin nümayəndəsi Ratna Sahay bildirib ki, böhran dövründə Azərbaycan iqtisadiyyatına böyük ziyan dəyməyib: “Böhran Azərbaycan iqtisadiyyatındakı inkişafı əngəlləyə bilməyib. Hətta, bəzi sahələrdə dinamik inkişaf da müşahidə edilib. Bu, aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Onu da deyim ki, Azərbaycandan daha çox neft ehtiyatlarına malik olan Rusiya və Qazaxıstan kimi ölkələrdə belə inkişaf nəzərə çarpmır. ümid edirəm ki, Azərbaycan gələcəkdə də çoxşaxəli iqtisadi inkişafını davam etdirəcəkdir”.
BVF-nin nümayəndəsi qeyd edib ki, Azərbaycan XXI əsrin əvvəllərindən yeni mərhələyə qədəm qoyan inkişaf dinamikasını davam etdirib və iqtisadi böhran zamanı ən az zərər çəkən ölkə kimi qlobal resessiyalara dözümlülük nümayiş etdirməklə mükəmməl antiböhran proqramına malik olduğunu təsdiq edib. Böhranın ilkin simptomlarının müşahidə edildiyi ilk günlərdən etibarən ölkəmiz mənfi tendensiyaları dəf etməyə müvəffəq olub. Azərbaycanda iqtisadiyyatın artım dinamikasının daha yüksək olduğu 2007-2008-ci illərdə böhran meyilləri qlobal xarakter daşıyıb, amma respublikamızın iqtisadi bölmələrində dinamizm meyillərini səngidə bilməyib.
Dünya Bankının mütəxəssisləri isə bildiriblər ki, Azərbaycan hökumətinin həyata keçirdiyi antiböhran siyasəti makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasına və real sektorda iqtisadi dinamizmin artmasına imkan yaradıb. Dünya böhranının birinci və ikinci mərhələlərini dəf edən Azərbaycan makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasını təmin etməklə yanaşı, maliyyə sektorunda və real sektorda iqtisadi dinamizmin artmasına nail olub. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir və böhranın bütün fazalarının ölkəmizə mənfi təsirlərinin qarşısını alıb. Azərbaycan hökuməti əvvəlkitək inkişaf tempinin və makroiqtisadi sabitliyin qorunub saxlanması ilə bağlı strategiyanın həyata keçirilməsinə görə, bir çox dövlətlərə nümunə olduğunu təsdiqləyib.
DB bəyan edib ki, 2009-cu ildə yüksək makroiqtisadi göstəricilər əldə edən ölkəmiz milli valyutanın sabitliyini qoruyub saxlayaraq, iqtisadi inkişafın yüksələn xətt üzrə davam etməsini nümayiş etdirib. Böhrana qarşı başlıca vəzifələrdən biri maliyyə sisteminin möhkəmliyini qoruyub saxlamaqdan ibarət olub. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər öz müsbət səmərəsini verib. Bir çox ölkələrin valyuta bazarı böhran tsiklinin qarşısında tab gətirə bilməyərək milli valyutaların devalvasiyasına səbəb olsa da, həyata keçirilən monetar siyasət milli valyuta olan manatın bazarda aktiv pul aləti kimi çəkisinin artırılmasına səbəb olub. Mərkəzi Bankın həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan manatının məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənib və hazırda bölgədə ən dəyərli valyuta növü kimi çıxış edir.
Amerika və Avropanın ən inkişaf etmiş dövlətlərinin böhranla bağlı investisiya layihələrini dayandırmasına baxmayaraq, Azərbaycan bu istiqamətdə layihələri həyata keçirməkdə davam edir. BVF və DB-nin qənaətinə görə, ümumiyyətlə, Azərbaycan hökuməti real sektorda və investisiya bölmələrində layihələrin davamlılığını təmin edib. Hökumət sərmayə proqramları ilə yanaşı, şirkətlərə birbaşa maliyyə yardımlarının göstərilməsinə, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinə, onlara vergi güzəştlərinin tətbiq edilməsinə, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılmasına, ixracyönümlü müəssisələrin dəstəklənməsinə, kənd təsərrüfatı mülkiyyətçilərinə yardımların gücləndirilməsinə yönəlmiş siyasət yürüdüb. Bunun nəticəsidir ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı dünyada ən islahatçı və lider dövlət kimi qiymətləndirib.
DB-nin proqnozlarına görə, bu il ölkəmizdə əsas makroiqtisadi indiqator olan ümumi daxili məhsulun (üDM) artım tempi 7 faizə yaxın olacaq və bu dinamika Azərbaycanın mövqeyinin irəliləməsinə zəmin yaradacaq. Eyni zamanda, 2010-cu ildə ölkəmiz digər iqtisadi-sosial inkişaf indiqatorlarına görə də əsas dövlətlərdən biri olacaq. Azərbaycanda sənaye, kənd təsərrüfatı və qeyri-neft sektorunun bir çox sahələrində artım gözlənilir. Bundan başqa, əhalinin pul gəlirləri və orta aylıq əməkhaqqının da artımı baş verəcək. Respublikamız inkişaf dinamikasına görə dünya miqyasında əsas aparıcı dövlətlərdən olacaq. Azərbaycanda makroiqtisadi sabitlik ümumi iqtisadi inkişafı təmin etməklə bir çox sahələrdə - investisiya qoyuluşu, daxili sərmayələrin həcminin artması, infrastruktur və kommunikasiya layihələrinə kapital yönəldilməsi kimi bölmələrdə inkişafın da davamlılığına zəmin yaradacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

