/ / Bakıda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksi istifadəyə verilib
Bakıda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksi istifadəyə verilib
03.07.2010 [10:26]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli Böyükşor yol qovşağının ikinci kompleksinin açılışında iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yeni yol qovşağının texniki göstəriciləri haqqında məlumat verib.
Bildirilib ki, Böyükşor yol qovşağı respublikamızda yol-nəqliyyat sisteminin ən müasir standartlar səviyyəsində yenidən qurulmasının əyani nümunələrindəndir. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində paytaxtda çoxlu sayda yolötürücü, yeraltı və yerüstü piyada keçidləri inşa edilib, ən müasir standartlara cavab verən avtomobil yolları salınıb. Həyata keçirilən ardıcıl tədbirlər hesabına respublikamızın bütün bölgələrində olduğu kimi, Bakı şəhərinin yol-nəqliyyat kompleksi də əsaslı şəkildə yenilənir və tıxac probleminin aradan qaldırılması istiqamətində mühüm işlər görülür.
Qeyd olunub ki, Böyükşor yol qovşağı Azərbaycan Prezidentinin 2006-cı il 1 fevral tarixli Sərəncamı əsasında inşa olunur. Qovşaq 3 kompleksdən ibarətdir. Layihəyə əsasən həmin qurğu ümumi uzunluğu 3145 metr təşkil edəcək 9 körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarət olacaq.
Kompleksin tikintisinə 2006-cı ilin martında başlanıb. Təməlqoyma mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi Böyükşor yol qovşağının Ziya Bünyadov prospektini Qara Qarayev küçəsi və hava limanı avtomobil yolu ilə birləşdirən birinci kompleksi 2008-ci ilin sentyabında istifadəyə verilib.
İndi isə yol qovşağının ikinci kompleksi istismara buraxılır. Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərkörpü” ASC-nin inşa etdiyi bu kompleks Heydər Əliyev, Ziya Bünyadov və Qara Qarayev prospektlərini hava limanı və Bakıxanov qəsəbəsi istiqamətində yollarla birləşdirən, ümumi uzunluğu 1194 metrə çatan 5 xüsusi yolötürücüsü, onun yanaşmaları və bir sıra digər yollardan ibarətdir. Tikinti zamanı 650 min kubmetr torpaq və 61 min kubmetrdən çox dəmir-beton işi görülüb. 176 min kvadratmetr sahəyə yüksək keyfiyyətli asfalt örtük salınıb. Tikinti işləri zamanı əsasən yerli materiallardan istifadə edilib. Kompleksdəki yolötürücülərinin maksimum eni 27,5 metrdir. Yolötürücülərinin yerdən hündürlüyü isə 6,5 metrə bərabərdir.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, aşırımının uzunluğu 56 metr olan tağlı yolötürücü əraziyə həm də əlavə gözəllik verir. Bu yolötürücünün tağları metaldandır. Onların radiusu 60, yerdən hündürlüyü isə 36 metrdir.
Kompleksin ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.
Böyükşor yol qovşağının ikinci kompleksinin tikintisində 425 nəfər işləyib.
Prezident İlham Əliyev yol qovşağının layihəsinə və inşaat işlərinin gedişini əks etdirən fotoşəkillərə baxıb.
Məlumat verilib ki, hazırda bu yol qovşağının üçüncü kompleksinin inşası davam edir. 665 metr uzunluğunda yolötürücü və onun yanaşmalarından ibarət olacaq 3-cü kompleks hava limanı avtomobil yolunu Qara Qarayev prospekti ilə birləşdirəcək. Regionda ilk dəfə inşa olunan vant konstruksiyalı ikiaşırımlı bu yolötürücünün uzunluğu 360 metr, orta dayağın yer səviyyəsindən hündürlüyü isə 98 metr olacaq. Bu yolötürücü hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci Kilometr, Əhmədli, Günəşli yaşayış massivləri və Zığ dairəsi-hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa edilir. Həmin kompleksin 2011-ci ilin mayında istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, inşaatçıları təbrik edərək onlara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

